Bilik Gününə Aid Şeirlər 15 sentyabr bilik gunu serileri
3.6
(106)

15 sentyabr Bilik Günü haqqında qısa məlumat
Ölkə Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

Kitab şeiri (Bəxtiyar Vahabzadə)

Kitab böyük müəllimdir,
Sinəsində min aləm var.
O səni bir insan kimi
Gah güldürər, gah ağladar.

Dili yoxdur, o danışır,
Hər bir şeydən xəbər verir.
Ata kimi sənə bəzən
Kitab doğru yol göstərir.

Bu dünyanın hər sirrini
Bizə deyir bu kitablar.
Ömrümüzün yollarına
Nur çiləyir bu kitablar.


Məktəbə get, dərs oxu şeiri (Abdulla Şaiq)

Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.


Kitabların anası şeiri (Zahid Xəlil)

Əlifba kitabıdır,
Kitabların anası.
Hər hərf bir göyərçin,
Hər hərf su sonası.

Nə çox səs var dünyada
Adam səsi, quş səsi.
Təbiətin dili var,
Düşündürür hər kəsi.

Səslərdən söz yaranır,
Sözdən gözəl cümlələr.
Sözə ―qızıl deyibdi,
Söz qədrini bilənlər.

Böcəyin də səsi var,
Küləyin də səsi var,
Hər səsin də yazıda
Bir cür işarəsi var.

Səs yazılsa vərəqə
Çönüb hərf olacaq.
Qanaq çalıb havada
Dəftərimə dolacaq.

A- da ana deyirəm,
V- da vətən kəlməsi.
Vətən ulu babamdır,
Vətən atamın səsi.

Əlifba xəzinədir,
Onda min inci yatır.
Hər şirin kəlməsində,
Uşaq sevinci yatır.

Gəlin heç tələsməyək,
Öyrənək Əlifba-nı.
Bu dünyada onun tək
Əziz bir kitab hanı?!

Rafiq Yusifoğlu. Müəllim
Müəllimdən öyrəndik
Oxumağı, yazmağı,
Qəlbimizin səsinə
Hər an qulaq asmağı.

O, yeni həyat verir
Hər kəlməyə, hər sözə.
Yerin, göyün sirrini
Odur öyrədən bizə.

Müəllim göstərir ki,
Nə düzdür, nə əyridir.
O bizə ləyaqətlə
Yaşamağı öyrədir.

Hamımıza sevdirir
Ana yurdu o insan.
Qəlbimizdə həmişə
Yanan nurdu o insan…


Məktəb şeiri (Şirinxanım Kərimbəyli)

Məktəb-həyat kamalı,
Ağlımıza incidir.
Gələcəyin amalı,
Yaşamaq sevincidir.

Kitablarla o bizə,
Dil tapmağı öyrədir.
Düşüb zamanla izə,
Düz çapmağı öyrədir.

Odur ömrün işığı,
Gələcəyin can barı.
Həyatın yaraşığı,
Uşaqlığın nübarı.

15 Sentyabr Bilik Günü Təbrikləri , İlk dərs günü təbrik mesajları


İlk dərs şeiri ( Bəxtiyar Vahabzadə.)

Bu gün yeni dərs ili
Başlanır… səhər-səhər
Məktəblərə yollanır
Al yanaqlı körpələr.

sponsor 3

O dalında çantası
Gedən uşağa bax bir
O da, görəsən, belə
Məktəbəmi tələsir?

Sevinc sığışmır onun
Bugünkü hər anına.
Bu gün ayaq basacaq
Məktəb pilləkanına.

Bəli, bəli gör necə.
Sevimlidir, o bu gün.
Həyatında ilk dəfə
Gedir bir məqsəd üçün.

Pillələri aramla
Qalxır tək-tək yuxarı.
Həyatda da o belə
Yüksələcək yuxarı.

Bu qədəm ilk qədəmdir.
Arzular üçün ona.
Bu qədəm son qədəmdir
Şıltaq uşaqlığına.

Zəng çalınır… uşaqlar,
Bir-bir dolur sinifə.
Bu qəribə zil səsi
O eşidir ilk dəfə.

Bu səs onu çağırır
Düşünməyə, duymağa.
Bu səs onu aparır
Səadətli bir bağa.

Bu səs gör bir nə deyir:
“qədrini bil hər günün”
Bu gün gördüyü hər şey,
Yenidir onun üçün.

Dərs qutarır, dağılır
Evlərinə uşaqlar.
O da gedir, üzündə
Yeni bir nəşə çağlar.

Sən bu gün “A” səsini
Öyrənmisən a bala,
Onu sev, sən onunla
Yetəcəksən kamala.

Müqəddəsdir, əzizdir
Sən sev bu “A” səsini.
Bu səslə yazacaqsan
Sən “ana” kəlməsini.

Biz ilk qələm tutanda
Bu kəlməni yazırıq.
“ana vətən” deyərək
Ölməyə də hazırıq.

Bizim ilk dərsimiz də
Ana ilə başlanır.
Son dərsimiz ananın
əlilə alqışlanır.

Ana, vətən deməkdir
Quzum, sev bu vətəni.
Vətəndir məktəb açıb
Bu gün oxudan səni.


Mənim doğma vətənim şeiri(Mina Rəşid.)

Azərbaycan adlanır
Mənim doğma vətənim.
Azərbaycan dilidir
Mehriban ana dilim.


Vətənimin paytaxtı
Yaraşıqlı Bakıdır.
Möhtəşəm Qız qalası
Bakının baş tacıdır.

Bayrağım üçrənglidir
Qırmızı, yaşıl, mavi.
Mənim nağıllarımda
“Cırtdan” aldadır “Div”i.


Dinim İslam dinidir
Vətənim Odlar yurdu.
Torpağımı qoruyur
Böyük, güclü bir ordu.

Son Söz : Ağıllı insanlar üçün hər gün bilik günüdür.

Bənzər Mövular:

Axtarış sözləri: 15 sentyabr bilik günü haqqında şeirlər, bilik gunune aid seirler yazili, bilik gününə aid şeirlər,bilik gününə aid şeir, 15 sentyabr bilik gunu haqqinda seirler,bilik gunu haqqinda seir

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.6 / 5. Səs sayı: 106

İlk səs verən sən ol!

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir