[quads id=7]

Cinayət və Cəza əsərindən mənalı sitatlar

cinayet ve ceza sitatlar,cinayət və cəza sitatlar,cinayət və cəza əsəri,cinayət və cəza kitabı,cinayet ve cezadan sitatlar,cinayət və cəza sözlər
4.1
(13)

Hamıdan əvvəl yalnız özünü sev, çünki dünyada hər şey şəxsi mənfəət üzərində qurulmuşdur…
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Nifrətə sevgidən çox güvənirəm.Çünki, nifrətin saxtası olmur.
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Dünyada doğruluqdan çətin, yaltaqlıqdan asan şey yoxdur.
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Mənə elə gəlir ki, əsil böyük insanlar bu dünyada böyük kədər duymalıdırlar.
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Kilidləməyə bir şeyi olmayan adamlar xoşbəxt adamlardır.
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Adamı acıqlandıran odur ki, yalan deyirlər, hələ üstəlik öz yalanlarına baş əyirlər.
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Kimin vicdanı varsa, o əzab çəkəcək. Əgər səhvini dərk eləsə, bu da onun cəzasıdır.
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Hər şeyin həddi var, bu həddi aşmaq təhlükəlidir; aşdınmı – geri qayıtmaq mümkün deyil.
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Gərək elə olsun ki, hər bir adamın heç olmasa, bir gediləsi yeri olsun.
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

insanın üzü bərkdir, hər şeyə öyrəşir!
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

İnsanlar ən çox nədən qorxur? Bu çox maraqlıdır. İnsanlar ən çox atacaqları yeni addımdan, söyləyəcəkləri yeni sözdən qorxurlar…
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Siz qadının bəzən çılğınlıq dərəcəsinə qədər sevdiyini bilirsinizmi?
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Elə təsadüflər olur ki, görürsən, heç tanış olmadığımız bir adamla, heç bircə kəlmə də söz söyləmədən, lap elə ilk baxışda, birdən maraqlanmağa başlayırıq.
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Qızın ki, bir adama yazığı gəldi, bu onun üçün ən təhlükəli məsələdir. O, mütləq istəyəcək ki, bu adamı “xilas etsin”, onu ağıla gətirsin, onu diriltsin, onu daha nəcib məqsədlərə dəvət etsin, onun qəlbində yeni həyat, yeni fəaliyyət həvəsi oyatsın..
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

O, tamamilə özünü unutmaq, hər şeyi unutmaq, sonra da ayılıb hər şeyi yenidən başlamaq istəyirdi.
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

“Bəli!… Bu doğrudur ki, adamı öyrənmək üçün ona gərək yavaş-yavaş, ehtiyatla yanaşasan”–bu doğrudur!
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Yüz dovşanı bir yerə yığsan da bu yüz dovşandan heç vaxt at olmaz, yüz şübhəni də bir yerə yığmaqla dəlil olmaz.

– Hörmətli cənab, kasıblıq ayıb deyil, – bu bir həqi­qət­dir! Mən onu da bilirəm ki, əyyaşlıq da yaxşı şey deyil, – bu da həqiqətdir. Amma hörmətli cənab, yoxsulluq ayıb­dır. Kasıblıqda siz hələ də fitri hisslərinizin nəcibli­yini mühafizə edirsiniz, yoxsulluqda isə heç kəs heç vaxt bu hisslərinin nəcibliyini mühafizə edə bilməz.

Əgər doğ­ruluqda zərrə qədər yalan olsa – o saat nəzərə çarpır, son­ra da biabırçılıq olur; lakin – yaltaqlığın lap hamısı yalan da olsa – yenə də adamın xoşuna gəlir, onu məmnu­niy­yətlə qəbul edirlər; kobudcasına bir məmnuniyyətlə də olsa, hər halda məmnuniyyətlə qəbul edirlər.

İnsan halsız olanda, gördüyü yuxular çox vaxt son dərəcə qabarıq, aydın və həyata uyğun olur.
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

sponsor 3

Cənab, həyat və insan təbiəti çox mühüm şeylərdir, baxırsan ki, gələcəyi görən ən ağıllı adamlar da bu barədə yamanca yanılırlar!
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Tanrının mənə baş edə bilməyəcəyim bir şey verməyəcəyini bilirəm. Sadəcə kaş ki, mənə bu qədər güvənməsədi deyirəm…
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Xəstəlik mi cinayəti doğurur, ya cinayət özü, öz təbiətinə görə, həmişə bir növ xəstəliklə yanaşı meydana gəlir?
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

İnsanın beyni nə ilə məşğuldursa, yuxusunda onu görür.Hələ də içiniz rahat olmadımı, həqiqətə nə qədər də uyğundur yuxularımız!!!
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Hə!… Bəli… Hər şey adamın öz əlindədir, ancaq o şeyin ki, adam yanından ötüb keçir, əhəmiyyət vermir-bunu yalnız qorxduğu üçün edir… bu sübuta ehtiyacı olmayan bir həqiqətdir…
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Dünyada doğruluqdan çətin , yaltaqlıqdan asan şey yoxdur.Əgər doğruluqda zərrə qədər yalan olsa – o saat nəzərə çarpır, sonra da biabırçılıq olur; lakin – yaltaqlığın lap hamısı yalan da olsa – yenə adamın xoşuna gəlir, onu məmnuniyyətlə qəbul edirlər;…
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Adam öldürməyə görə insanı öldürmək cinayətin özü ilə müqayisədə çox böyük cəzadır. Hökm ilə adam öldürmək, quldur kimi adam öldürməkdən qat-qat dəhşətlidir. Quldurların gecə vaxtı öldürdükləri, meşədə başını kəsdikləri, yaxud da başqa sayaq öldürdükləri adam son dəqiqəyədək mütləq ümid edir ki, bəlkə xilas olacaq. Elə hallar olur ki, adamın boğazını kəsirlər, amma o hələ də ümidini itirmir, ya qaçır, yaxud da yalvarır. Amma hökm ilə öldürəndə bütün bu son ümidi də adamın əlindən alırlar, burada hökm mövcuddur, özün də bilirsən ki, bundan yaxa qurtara bilməyəcəksən, bütün dəhşətli iztirab da elə burasındadır, dünyada bundan ağır cəza ola bilməz. Halbuki ümidlə ölmək bundan on qat asandır. Müharibə vaxtı soldatı aparıb qoyun topun qabağında və ona atəş açın, o hələ də ümidini itirməyəcək, lakin siz həmin soldata qəti hökm oxuyun, görərsiniz ki, o ya dəli olar, yaxud da ağlayar. Kim deyib ki, insan təbiəti buna dəli olmadan dözə bilər? Bu cür eybəcər lüzumsuz, əbəs bir təhqir nəyə lazımdır?
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Yalnız mövcud olmaq onu təmin etmirdi; o, həmişə daha böyük bir şeyin arzusunda idi.
(Cinayət və Cəza, Fyodor Dostoyevski)

Axtarış sözləri: cinayet ve ceza sitatlar,cinayət və cəza sitatlar,cinayət və cəza əsəri,cinayət və cəza kitabı,cinayet ve cezadan sitatlar,cinayət və cəza sözlər,cinayet ve ceza kitabi,cinayət və cəza romanı

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 13

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir