[quads id=7]

Azərbaycan Atalar Sözləri

Azərbaycan atalar sözləri Azerbaycan atalar sozu,Azerbaycan atalar sozler
3.5
(24)

Niyyətin hara – mənzilin ora. – Azərbaycan atalar sözü

Hər şeyin təzəsi, dostun köhnəsi. – Azərbaycan atalar sözü

Az olsun, saz olsun. – Azərbaycan atalar sözü

Zəhmətin barı, torpağın varıdır. – Azərbaycan atalar sözü

Torpağın qarası – üz ağardar. – Azərbaycan atalar sözü

Nə tökərsən aşına, o çıxar qaşığına. – Azərbaycan atalar sözü

Zəhmət çəkməyən rahatlığın qədrini bilməz. – Azərbaycan atalar sözü

İgid ölər, adı qalar. – Azərbaycan atalar sözü

Yurd yeri – guman yeri. – Azərbaycan atalar sözü

Oba köçüb, yurdu qalıb. – Azərbaycan atalar sözü

Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım. – Azərbaycan atalar sözü

Nəvə övladdan şirindir. – Azərbaycan atalar sözü

Uşaq sözün düzünü deyər. – Azərbaycan atalar sözü

Toyun yaraşığı oynamaqdır. – Azərbaycan atalar sözü

Babadan hikmət – nəvədən xidmət. – Azərbaycan atalar sözü

Faydasız qohumdan faydalı yad yaxşıdır. – Azərbaycan atalar sözü

Nə izi var, nə tozu. – Azərbaycan atalar sözü

Torbada pişik var. – Azərbaycan atalar sözü

Nə ucu var, nə bucağı. – Azərbaycan atalar sözü

Yalançının evi yandı, heç kəs ona inanmadı. – Azərbaycan atalar sözü

Üzü bəzək, içi təzək. – Azərbaycan atalar sözü

Əl uzadılan yerə ayaq uzadılmaz. – Azərbaycan atalar sözü

sponsor 3

Nə dost kimi dostdur, nə düşmən kimi düşmən. – Azərbaycan atalar sözü

Nə şiş yansın, nə kabab. – Azərbaycan atalar sözü

Təzəcə çıxıb təndirdən, minnəti yox pendirdən. – Azərbaycan atalar sözü

 Pişiyin ağzı ətə çatmayanda deyər iy verir. – Azərbaycan atalar sözü

Ya dağ ətəyində, ya bəy ətəyində. – Azərbaycan atalar sözü

Bağa qınından çıxdı, qınını bəyənmədi. – Azərbaycan atalar sözü

Əldən qalan əlli il qalar. – Azərbaycan atalar sözü

Üzdə gülür, dalda hürür. – Azərbaycan atalar sözü

Uşaq nədir, bıçaq nədir? – Azərbaycan atalar sözü

 İgidin sözü ilə işi bir olar. – Azərbaycan atalar sözü

Dəmiri isti-isti döyərlər. – Azərbaycan atalar sözü

Şad günün dostu çoxdu. – Azərbaycan atalar sözü

Papaqçının papağı yırtıq olar. – Azərbaycan atalar sözü

Hər şeyin təzəsi, dostun köhnəsi. – Azərbaycan atalar sözü

Xain gözdən, mərd üzdən bilinər. – Azərbaycan atalar sözü

Xalam bildi – aləm bildi. – Azərbaycan atalar sözü

Gəncədən kişmiş gəlir, əppəyi pişmiş gəlir. – Azərbaycan atalar sözü

Xeyir de, xeyir taparsan. – Azərbaycan atalar sözü

Qanan ilə daş daşı, qanmaz ilə yemə aşı. – Azərbaycan atalar sözü

Mərdi qova-qova namərd eləmə. – Azərbaycan atalar sözü

Nə qədər qoca olsa, min cavana dəyər. – Azərbaycan atalar sözü

 Nə ölüyə hay verir, nə diriyə pay. – Azərbaycan atalar sözü

Oğru elə bağırdı, doğrunun bağrı yarıldı. – Azərbaycan atalar sözü

Pis olmasa, yaxşının qədri bilinməz. – Azərbaycan atalar sözü

Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir. – Azərbaycan atalar sözü

Yaxşı, yaman – keçdi karvan. – Azərbaycan atalar sözü

Azərbaycan atalar sözü, Azerbaycan atalar sozu,Azerbaycan atalar sozler

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.5 / 5. Səs sayı: 24

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir