Ağıllı ədəbi ədəbsizdən öyrənər.
Çox bilmək istəyən, çox da çalışsın gərək.
İş insanın cövhəridir.
Torpaq çörəyi ilə, insan əməyi ilə…
Sözü məqamında deyərlər.
Yaxşı övlad ata-ananın fərəhidir.
Ev şamdan işıqlanar, baş – bilikdən.
Torpaq deyər sən mənə tər ver, mən sənə zər.
Hərəkət harada, bərəkət orada.
Zəhməti sеvəni hamı sеvər.
Yaxşılıq edən yaxşılıq görər.
Hər kəsin çörəyi xəmirinə görədi.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Vətənə göz bəbəyi kimi qayğı göstər.
Dost dosta arxa olar.
Fürsət əldə ikən yaxşılıq eylə.
Dost dostun aynasıdır.
Hər şeyin təzəsi, dostun köhnəsi.
Kitab bilik mənbəyidir
Kitablar ruhun qidasıdır.
Su axar, çuxurun tapar.
Qış olmasa yaz olmaz, qar olmasa bar olmaz.
Dost yolunda boran olar, qar olar.
Yaxşı dostu yaman gündə sına.
Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
Dost dar gündə tanınar.
Hər kəsə öz Vətəni əzizdir.
Zaman keçər, söz qalar.
Yaxşılıq yerdə qalmaz.
Yolçu yolda gərək.
Xeyir xeyri tapar, şər də şəri.
Yalançının ipi ilə quyuya düşən quyuda qalar.
Özünə hörmət et ki, başqaları da sənə hörmət etsin.
Yaxşı kitab yaxşı dostdur.
İki yaxşı adam düşmən, iki pis adam dost ola bilməz.
Cahil özünə düşməndir, başqasına necə dost ola bilər?
Ağıllıya bir söz bəsdir, axmağa min söz əbəsdir.
Atalar sozler usaqlar ucun
Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir.
Təhsilsiz insan, cilasız aynaya bənzər.
Alim olmaq asandır, adam olmaq çətin…
Biləyi güclü olan birin yıxar, biliyi güclü olan minin.
Ağıllı düşmən ağılsız dostdan yaxşıdır.
Eyibsiz dost axtaran, dostsuz qalar.
Dostunu mənə de, deyim sən kimsən.
Ən yaхşı yоl düzlükdü.
Sözün doğrusu dəmiri dələr.
Sən doğru ol, əyri bəlasını tapar.
Özgəyə quyu qazan özü düşər.
Dağına baxar qar verər, bağına baxar bar verər.
Yaman günün ömrü az olar.
Cəfa çəkməyən səfa görməz.
Saxla samanı, gələr zamanı.
Susuz həyat olmaz, zəhmətsiz rahatlıq.
Nə əkərsən, onu biçərsən.
Bir dəfə yaxşılıq eləmək min dəfə deməkdən yaxşıdır.
Kor ilə çörək yeyəndə insafı arada gör.
Çörəyi tək yeyən yükünü özü çəkər.
Qızıl yerdə qalmaz, yaxşılıq yolda.
Zər qədrini zərgər bilər.
Bülbül gülü sevər, insan – Vətənini.
Bu dünyada şirin şey, bir anadır, bir Vətən.
Kitabsız böyüyən uşaq, susuz böyüyən ağaca bənzər.
Yaxşılıq nur gətirər, yamanlıq – zülmət.
Planınız 1 illikdirsə – düyü əkin, 10 illikdirsə – ağac əkin, 100 illikdirsə – insanlara təhsil verin.
Yaxşılıq eylə at dəryaya, balıq bilməsə, xaliq bilər.
Bənzər Sözlər:
Axtarış sözləri: usaqlar üçün atalar sözləri,atalar sözləri 2 ci sinif,, atalar sozleri 3 sinif,balacalar üçün atalar sözləri,atalar sözü və məsəllər ibtidai siniflər üçün
