Qış haqqında atalar sözləri

qış haqqında atalar sözləri, qisa aid atalar sozleri qışa aid atalar sözləri
1.5
(2)

Ağlı olan qışın qeydinə yayda qalar.

Atalar sözü

Hər qışın bir yazı var.

Yazdan qışa hazır ol.

Qışı qarlı, yazı barlı.

Qış olmasa yaz olmaz, qar olmasa bar olmaz.

Yay var, qış var, hələ çox iş var.

Yazda yatan, qışda üşüyər.

Yazda işləməyənin qışı sərt gələr.

Yay işini qışda gör, qış işini yayda.

Yaz gətirər, qış götürər.

Dağlar başına qış,İgid başına iş.

Yazda yaz, qışda qıs.

Yaz gətirər, qış aparar.

Bir qar ilə qış olmaz, amma qış bir qar ilə başlar.

Yaz günündə tərləməyən qış günündə titrəyər.

Yaz var, qış var, nə tükənməz iş var.

Qışın yorğanı, yayın ayranı.

Dünya yaz ikən qış tədarükünə bax!

Yazın yazlardı yaylağını, qışın qışlardı qışlağını.

Qış haqqında atalar sözləri

Dağlar başına qış, İgid başına iş.

Atalar sözü

Yazın ayransız, qışın yorğansız olmasın.

Qışda ağlayar, yazın gülən.

Yay var qış var, nə tələsik iş var.

sponsor 3

Xəsisdən qışda buz, yayda köz almaq çətin.

Yaz əkinçi, qış dilənçi.

Yayın tör-töküntüsü qışın azuqəsidir.

Qışın işi, yazın yemişi bol olur.

Yayda başı bişənin qışda aşı bişər.

Bağ alırsan qışda al, bağ satırsan yazda sat.

Yazda başı bişənin qışda aşı bişər.

Yayda kölgədə yatan qışda qar üstə yatar.

Yaz bitirir, yay yetirir, güz gətirir, qış itirir.

Kölgəli yayın, qarlı qışı var.

Qış günəşinə inam olmaz.

Yayın yanqısı qışa qalmaz.

Yayın kölgəsin güdən, qışın qarına düşər.

Yayda ilandan qorxan, qışda çatıdan qorxar.

Yaz bitirir, yay yetirir, payız gətirir, qış itirir.

Yazda ayransız olma, qışda yorğansız.

Yayda işləyən, qışda dişlər.

Xıdır çıxdı – qış çıxdı.

Yazda arpa yeyən at, qışda ətini tökməz.

Yayda yanan qışda dilənçilik eylər.

Yay oğurluğu qışda deyilər.

Yayın öz sözü var, qışın öz sözü.

Yayda kölgə xoş, qışda çuval boş.

Xəsisdən qışda buz almaq olmaz.

Ərincəyin işi bitməz, yaz gəlsədə qışı bitməz.

Malı qırov öldürər qışın adı bədnamdır.

Yazda çalan qışda oynar.

Yayda kölgədə oturan, qışda ocaq axtarar.

Yay gününün yağışı, qış gününün yavanlığıdır.

Yazda oynayar, gülər, qışda acından ölər.

Hər könülün bir yazı, bir qışı var.

Yaz günündə yola çıxsan, qış gününü gözünün qabağına al.


Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.

Atalar sözü

Bənzər Sözlər:


Axtarış sözləri: qış haqqında atalar sözləri, qisa aid atalar sozleri qışa aid atalar sözləri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 1.5 / 5. Səs sayı: 2

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir