[quads id=7]

Qışa və Yeni ilə aid tapmacalar

yeni ilə aid tapmacalar,qışa aid tapmacalar,yeni ile aid tapmacalar,yeni il tapmacalari,qış tapmacaları
2.8
(4)

Bu tapmacalar maraqlı, əyləncəlidir və həm də düşündürücüdür. Bunlar adətən yeni il şənliklərində və tədbirlərdə uşaqlar tərəfində dilə gətirilir.

Yerdə bir ağ süfrə var,
Pambıq kimi parıldar.

Cavab: Qar


İki kürküm var –
On qardaşa çatar,
Bunu kim tapar?

Cavab: Əlcək


Həyətdə dağ,
Pambıqdan ağ,
Evə gələr,
Suya dönər.

Cavab: Buz, qar


Bəzəkli bir küknar
Parlayıb içıq saçar.

Cavab: Yolka


Qırmızı paltarlı
Ağ saqqallı
Yeni ildə bizə gələr
Uşaqları sevindirər.

Cavab: Şaxta baba


Əlamət, ay əlamət,
İşi tamam qiyamət,
Əli yox, şəkil çəkir,
Dişi yoxdu, dişləyir.

Cavab: Şaxta


Babamın bir çuxası var, on iki cibi,
Cibin hər küncündə otuz düymə,
Hər düymənin bir üzü ağ, bir üzü qara.

Cavab: İl, ay, gün


Bir ağ daşım var, odda yanmaz,
Suda batmaz, gün çıxanda əriyər.

Cavab: Buz

Qışa və Yeni ilə aid tapmacalar


Bir ağacım var, on iki budağı,
Hər budağın otuz yarpağı,
Hər yarpağın bir üzü qara, bir üzii ağ.

Cavab: İl, aylar, günlər, gecə, gündüz


Qəndə bənzər dadı yox,
Göydə gəzər, qanadı yox.

Cavab: Qar


Ağac başında ağca yumaq.

sponsor 3

Cavab: Qar


Suda bitər,
Suda itər.

Cavab: Buz


Hansı top hoppanmır?

Cavab: Qar topu


Dağdan gəlir dağ kimi,
Qolları budaq kimi,
Oturur həsir kimi,
Duranda yesir kimi.

Cavab: Qar


Bayırda sağdı,
Pambıqdan ağdı,
Evə gələr,
Suya dönər.

Cavab: Qar


Özü burda,
Saqqalı damda.

Cavab: Tüstü


Nə yerdədir, nə göydə
Həlqə vurub bir yerdə.

Cavab: Baca


Ayağı var, əli yox,
Ağızı var, dili yox.
Soyuqlarda gərəkdir,
Boğazı lap dirəkdir.

Cavab:Soba


Qəndə bənzər dadı yox,
Göydə gəzər, qanadı yox.

Cavab: Qar


Göydən yerə buz yağır,
Görün necə düz yağır.
Darı boyda, qoz boyda,
Görmədim qarpız boyda.

Cavab: Dolu


Yerdə bir ağ süfrə var,
Pambıq kimi parıldar.

Cavab: Qar


Bənzər mövzular:

Axtarış sözləri: yeni ilə aid tapmacalar,qışa aid tapmacalar,yeni ile aid tapmacalar,yeni il tapmacalari,qış tapmacaları

YAZIYA QİYMƏT VER!😉

Ortalama 2.8 / 5. Səs sayı: 4

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir