[quads id=7]
qış şeirləri,qış şeiri,qış haqqında şeirlər, qis seiri,qis seirleri,qis haqqinda seir
4.1
(45)

Bu yazıda Qış fəslini təsvir edən 6 şeir yer alır. Qışa aid şeirlərdən 5-i uşaqlar üçün, 1-i isə böyüklər üçündür.

1️⃣ QIŞ ŞEİRİ

Müəllif: Xanımana Əlibəyli.

Yenə qışdır, uşaqlar,
Bayırda bərk şaxta var.
Sular büllur kimidir,
Narın – narın yağır qar.

Qonaq gəlir təzə il,
Qardan paltarı çil – çil.
Yollar , çöllər, evlər ağ,
Nə gözəldir bu fəsil!


2️⃣ QIŞ ŞEİRİ

Müəllif: Məmməd Namaz

Qış bağlayıb yolları,
Cığırları, izləri.
Dümağ qara bələyib
Dərələri, düzləri…
Uşaqlarsa bayırda
Qaçırlar, sürüşürlər.
Qar topu oynayırlar,
Atılırlar, düşürlər.
Qış qorxutmur onları,
Qorxmazlara min alqış.
Uşaqların əlində
Oyuncağa dönüb qış.


3️⃣ QIŞIN NƏĞMƏSi ŞEİRİ
Müəllif: Abdulla Şaiq.

Saqqalı ağ, saçı ağ,
Əlində zorba çomaq
Gəldi qocalmış baba
Şaxta baba, qış baba.
Gurladı boğuq səsi
Uğuldadı nəğməsi:
“Ay uşaqlar, mən qışam,
Burda mənzil salmışam.
Mən gələndə qar yağar,
Onu sevər uşaqlar.
Qardan adam yaparaq,
Oynarlar qar-topalaq.
Soyuq qış axşamında
İsti ocaq başında
Nağıl deyir nənələr,
Qulaq asır nəvələr”.
Çöldə ayaz, boran, qar,
Qışın da bir dövrü var…

Qışa aid şeirlər


4️⃣ QAR ŞEİRİ
Müəllif: Zahid Xəlil

Qar yağıb çiçək – çiçək,
Qar yağıb lopa – lopa.
Qar geyinmiş təpələr
Bənzəyir bir ağ topa.

Atıb yaşıl kürkünü,
Ağ bürünüb ağaclar.
Baxırsan elə bil ki,
Qar gətirib ağaclar.

Hələ Muğana, Milə
Nə qədər qar düşübdür.
Deyirsən, bu düzlərə,
Ağ buludlar düşübdür.

Görün, necə parlayır
Qar dümağ ipək kimi.
Evlər qarın altından
Çıxıb göbələk kimi.


5️⃣ QIŞ ŞEİRİ
Müəllif: Məmməd Rahim.

Qar bürüyüb dağları,
Bağçaları, bağları.
Donub çaylar, bulaqlar.
Buz bağlayıb budaqlar.

Qış belə dovran sürür.
Əllərilə öldürür
Zərərli böcəkləri.
Qışa pis deyənmi var?

Taxılı örtməsə qar
Bir qalın yorğan kimi,
Sünbüllər ümman kimi
Zəmidə dalğalanmaz.

Qış bizə nemət verir,
Dad verir, ləzzət verir.
Qar düşməsə çöllərə,
Qovuşmarıq güllərə.

Sevimli bahar olmaz,
Bağçalarda bar olmaz.
Qış bizə nemət verir,
Dad verir, ləzzət verir.


6️⃣ QAR ŞEİRİ

Müəllif: Musa Yaqub

“Ulduz tək üstümə səpələn, ey qar,
Geydirdin əynimə ağappaq donu.
Sənin ki, bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
Ulduz tək üstümə səpələn, ey qar.
Belə təmizlikdən isinmək olar.”

sponsor 3

Açar sözlər: qış fəsli haqqında şeirlər,qış şeirləri,qış şeiri,qış haqqında şeirlər, qis seiri,qis seirleri,qis haqqinda seir,qis fesli haqqinda seir

Oxşar mövular:

Yeni il şeirləri
Uşaqlar üçün yeni il şeirləri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 45

İlk səs verən sən ol!

8 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir