[quads id=7]
yeni il şeirləri,yeni il şeiri,sud kimi ag qar ile,yeni ile aid şeirler,yeni ile aid seir,yeni ile aid seirler,təzə il şeirləri
4.2
(165)

YENİ İL ŞEİRİ
Müəllif: Elbəyi Cəlaloğlu


Sevinin, a dostlar, sevinin bu gün
Yenə də bir yeni illə görüşdük.
Qəmi unutduran, kədəri danan
Neçə şirin-şirin dillə görüşdük.
Yenə də bir vərəq doldu ömürdən,
Bir qamçı da dəydi göy atımıza.
Bir çəngə gül-çiçək yoldu ömürdən,
Şənlik gətirənlər ovqatımıza.
Ürək odlandıqca gözlər yaş süzər,
Yaşlardır söndürən ürəkdə odu.
Olsa da həyatın sonucu kədər,
Sevincdə, gülüşdə, dəmdədir dadı.
Uşaq cavanlaşır, qocalır cavan,
Yaş üstə yaş gəlir, hər yeni ildə.
Qalacaq yenə də sirli, sehirli
Hər solan çiçək də, açılan gül də.
Sevinin, a dostlar, sevinin, bu gün
Sevinclər bəzəsin anlarınızı.
Gəlsin xoş xəbərlər hey dəstə-dəstə,
Müjdələr oxşasın günlərinizi.


YENİ İLİNİZ MÜBARƏK ŞEİRİ
Müəllif:Gülzar İbrahimova

Yeni ildə uşaqlar
Böyük yolka qurdular,
Yolkanın ətrafında
Çaldılar, oynadılar,

Şaxta baba hamıya
Çoxlu hədiyyə verdi,
Uşaqları bax belə,
O sevdi, əzizlədi:

Mənim əziz balalarım,
Qardan təmiz balalarım,
Gəlin, birlikdə deyək,
Yeni iliniz mübarək!


ŞAXTA BABA, QIŞ BABA ŞEİRİ
Müəllif: Mehdi Seyidzadə

Keçdi dəniz, aşdı dağ
Gəldi bizə bir qonaq,
Saçları qardan dümağ,
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

Çöldə çıxıb qar dizə,
Yolka qonaqdır bizə.
Nəğmə deyib üz-üzə
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

Burda verib əl-ələ,
Oynayırıq bax belə
Səs yayılır hər elə:
Ay sənə alqış, baba,
Şaxta baba, qış baba!


UŞAQLAR ÜÇÜN YENİ İL ŞEİRİ
Müəllif: Naməlum

Köhnə il gedir, yeni il gəlir
Hər kəsə təzə ildən bir möcüzə gözləyir
Yolka qurulur, süfrə bəzənir
Hər yolkanın altında hədiyyələr gizlənir.
Balaca uşaqlar həyəcanla çağırar
Şaxta baba şaxta can hardasan bu vaxtacan?
Payızda gəl qışda gəl Qorxmursansa yayda gəl.
Əynində xalatı, belində torbası
Şaxta baba tez gələr uşaqlar təəccüblənər,
Saxta baba söyləyər
Mənim əziz nəvələrim
Qarlı dağlar aşmışam, çox ellər dolaşmışam
Dağlardan qaçıb gəlmişəm, sizə hədiyyə gətirmişəm.


YENİ İL ŞEİRİ
Müəllif: Zeynal Xəlil.

Əsir qışın küləyi
Küçələrdə soyuq, qar,
Oynayırlar qar topu
Dəstə – dəstə uşaqlar.

Bağçalarda dəydikcə
Soyuq qışın sazağı,
Alma kimi qızarır
Körpələrin yanağı.

Böyük yolka qurulub
Meydançada bax yenə.
Nəğmə deyir uşaqlar
Gözəl qışa, Vətənə,

Yox, yox! Gəlin hələ siz
Bəzəklərə baxın bir,
Bu sayrışan işıqlar
Bir – birindən gözəldir!

Əlində böyük əsa,
Başında da qar papaq
Şaxta baba yenə də
Bizlərə gəlmiş qonaq,

Uşaqlarla o, yenə
Gözlərində məhəbbət
Bəzən də edir söhbət,
O, söyləyir: – Uşaqlar,

sponsor 3

Oynayın qəşəng – qəşəng;
Sizin yeni iliniz
Görüm olsun mübarək!
Sevin dərsi, zəhməti,

Sadiq olun yoldaşa;
Sevin аnа Vətəni,
Ziynət verin hər daşa.
Daha gözəl olacaq
Xalqımızın həyatı!..


TƏZƏ İL ŞEİRİ ( Yeni il üçün şeir)
Müəllif: Naməlum

Təzə il ay təzə il,
Xoş gəlmisən bizə il,
Hər tərəfi bəzə il,
Qədəmlərin xoş olsun,
Qoy ellər qardaş olsun
Ələk götür qar ələ,
Ruzimizi bol elə,
Biz də verək əl-ələ,
Nəğmə deyək,
Rəqs edək,
Oynayaq, yallı gedək.


BU GÜN TƏZƏ İL GƏLİR ŞEİRİ
Müəllif: Nəbi Xəzri

Ana Vətən sevinir,
Bu gün təzə il gəlir.
Çəmənləri, düzləri
Gəzə-gəzə il gəlir.
Gəlir günəş nurundan
Qızılı don geyərək,
Gəlir dilində nəğmə,
Əllərində gül-çiçək.
Mehriban gəlişindən
Qəlbimə vüqar gəlir.
Bir əlində qarlı qış,
Birində bahar gəlir.
Onu qarşılamaqçın
Ulduzlar, aylar gəlir.
O gəlir bəzənərək
Mənim ana yurdumun
Toyu, büsatlarıyla.
O gələndə donunu
Bizim Şaxta babatək
Yumşaq qardan geyəcək.
Bax bu gün gecə yarı
O deyəcək: gəlmişəm,
Mən ki nurlu bahardan
Libas geyib gəlmişəm.
Sizi deyib gəlmişəm,
Sizin böyük zəfərə,
Rəşadətə, hünərə
Mən baş əyib gəlmişəm!
Mən də deyəcəyəm ki,
Xoş gəlmisən bu yurda,
Təzə ilim, ay ilim!
Bizim eli, obanı
Bəzə, ilim, ay ilim!
Gözüm üstə yerin var,
Xoş gəlmisən, ay ilim!

Yeni il şeirləri

Axtarış sözləri: yeni il şeirləri,yeni il şeiri,sud kimi ag qar ile,yeni ile aid şeirler,yeni ile aid seir,yeni ile aid seirler,təzə il şeirləri,şaxta baba şeiri,sen yolka seiri,yolka seiri,yolka şeiri,yeni ilə aid şeirlər,yeni ile aid usaq seirleri, yeni il şeiri 2022,

Uşaqlar üçün yeni il şeirləri

Uşaqlar üçün Yeni İl şənlikləri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 165

İlk səs verən sən ol!

22 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir