[quads id=7]
Ad Günü Şeirləri, ad gunu seirleri, ad gunu ucun seirler,ad gunu seiri
4
(109)

AD GÜNÜ ŞEİRİ
Müəllif: Naməlum


Bu gün mənim ad günümdü,
Bir pillədə ucaldım mən,
Böyüməyə tələsirdim…
Bir il daha qocaldım mən
Qayıtmaq istədim geri,
Qayğısız şən cavanlığa,
Ay demirəm, il demirəm.
Heç olmasa bir anlığa.



DOSTUM AD GÜNÜN MÜBARƏK ŞEİRİ
Müəllif: Naməlum

Üzündə təbəssüm hər zaman olsun,
Ürəyin sevinclə fərəhlə dolsun.
Fərəhlə deyirəm mən bu kəlməni,
Dostum, ad günün mübarək olsun.

Təhsildə hər zaman uca olasan,
İşində silinməz izlər qoyasan.
Sevdiyin insanla yaşa dolasan,
Dostum, ad günün mübarək olsun.

Sədaqət ən yaxin sirdaşın olsun,
Qəm-kədər utancdan pərişan olsun.
Məhəbbət üstündə yorğanın olsun,
Dostum, ad günün mübarək olsun.

Ayriliq acısın çəkməyəsən sən,
Tənhalıq duyğusun hissetməyəsən.
Səninlə hər yerdə addımlaram mən,
Dostum,ad günün mübarək olsun.

İstərəm her şeyi alım səninçün,
Alım şücayəti,alım səninçün.
Dostlarım mərdliyim,dostlarım gücüm,
Dostum,ad günün mübarək olsun.

Yaxşıki doğuldun,yaxşıki varsan,
Sən ayrı həyat,ayrı dünyasan.
Ürəkdə çirpınan mətin vuqarsan,
Dostum,ad günün mübarək olsun.

Şair dostunun hədiyyəsi budur,
Onunçün dərman,səninçün sudur.
Deyəcəm sagliği badələr doldur,
Dostum,ad günün mübarek olsun.


AD GÜNÜ ŞEİRİ
Müəllif: Səbuhi Səfəroğlu


Saat hələ indi olur on iki tamam,
Bu gün sənin günün ay özəl insan
Yaş üstə yaş gəlir dövr edir zaman
Ad günün mübarək ay gözəl insan
Arzumdur sənin canın sağ olsun.
Ömür bağçasında pis günlər solsun.
İlahi hər zaman səni qorusun.
Ad günün mübarək ay gözəl insan
Ömrün şirin olsun bişən tort kimi,
Hər zaman parlasın tortunun şamı,
Şamı üfləməyə bir arzu ilə,
Arzuna bu gün amin söyləsin hamı.
Göz yaşı axmasın heç vaxt gözündən.


AD GÜNÜM ŞEİRİ
Müəllif: Şahin Fazil

Bu gün mənim yaşımdır,
Bu şeir göz yaşımdır,
Bu şeir söz yaşımdır
ürəyimdən axaraq
gözlərimdən süzülür.
Bu gün mənim yaşımdır,
Göz ağlayır, göz gülür.

Gözün kədər yaşları,
Sevinc yaşlarıda var,
Gözlərimdən həm sevinc,
Həm də kədər damcılar…


AD GÜNÜ ŞEİRİ
Müəllif: Kənan Əkbərov

Bu gün ad günündür gülür gözlərin
Arzumdur o gözlər yaşa düşməyə
Sevgiylə başlayıb bitə sözləri
Xəyallar yoxuşa, boşa düşməyə
Hissetməyəsən yaşlanmağını

Məhəbbət bəzəyə könül bağını
Hər kəs eşidə xoş sorağını


BU GÜN SƏNIN AD GÜNÜNMÜ? ŞEİRİ
Müəllif:Bəxtiyar Vahabzadə

Bu Gün Sənin Ad Gününmü?
Xeyr, bu gün
Doğulduğun gündü sənin .
Sevən gündən yaşamağa başlamısan.
Bu gündən də hesablanır təvəllüdün.


YAŞINI DEMƏ ŞEİRİ
Müəllif: Sabir Rüstəmxanlı

Ad günün mübarək sevincim, dərdim,
Bu günə ən gözəl duyğumu verdim,
Sevgim gül-çiçəkdir, yoluna sərdim,
Çiçək yaşındasan, yaşını demə!

sponsor 3

Bəlkə bahar gəldin, bəlkə qış gəldin,
Bəlkə məzarıma soyuq daş gəldin
Nə zaman gəldinsə mənə xoş gəldin
İstək yaşındasan, yaşını demə!

Həsrətim sel idi axını sənə,
Nə qədər nəğməm var, oxunur sənə,
Gülün ləçəyi də toxunar sənə,
Kövrək yaşındasan, yaşını demə!

Günəş şəfəqindən endirib bəlkə,
Məni bəxt atına mindirib bəlkə,
Allah cənnətindən göndərib bəlkə,
Mələk yaşındasan, yaşını demə!

Qanımı qaynadır, səndən hər soraq,
Ruhumu dincəldir bu ev, bu otaq,
Sirrimi oxuyan, dərdimə ortaq,
Kömək yaşındasan, yaşını demə!

Sevgi yaşayırsa ilin fərqi yox,
Könlüm sənindirsə, dilin fərqi yox,
Sinəmdə, sinəndə, gəlin, fərqi yox,
Ürək yaşındasan, yaşını demə!

Axtarış sözləri: Ad Günü Şeirləri, ad gunu seirleri, ad gunu ucun seirler,ad gunu seiri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 109

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir