[quads id=7]
Xocalıya aid şeirlər xocali faciesi haqqinda seir,xocalı haqqında şeir, xocalı faciəsi haqqında şeir
4.5
(44)

26 Fevral Xocalı faciəsinə həsr olunmuş təsirli şeirlər

Şeirlər


Xocalı şeiri

Müəllif: Sərdar Zeynal

Xocalı şeiri

Gözləyib, gizləyib zaman sirrini,
Dəyişib dünyanın işi,amalı.
Deyəsən, yetişir qiyamət günü,
Vədəsiz küləkler əsir, Xocalı!

Sərt gəldi fevralın 26 –sı,
Al qana qərq oldu bulaqlarda su,
Qəfildən quruldu bir yurdun yası,
Bir kəsə çatmadı səsim Xocalı!

Od yağdı, el düşdü, küyə, təşvişə,
Nalələr,fəryadlar dirəndi ərşə,
Allah da baxmadı bu haqsız işə,
Titrədik biz əsim –əsim, Xocalı!

Əzəlden əl atıb böhtana, şərə,
Çaqqallar toplaşıb güc gəlir şirə,
Matəmə büründü yurd birdən –birə,
Ötüşdü bir qəmli nəsim, Xocalı!

Ne görüb, neleri çekməyib başın,
Od tutdu o gece torpağın, daşın,
Dul qalmış gəlinin gözünün yaşın,
Bes nece qurudum, kəsim, Xocalı!

Dinmirəm gözümde gilələnir yaş,
Yadıma düşdükce o gün, o savaş,
Qız ana itirdi, qardaşı qardaş,
Men necə kiriyim, susum, Xocalı!

Söyləsəm, bu dərdim dağlardan ağır,
Namərdlər yoluma daş dığırladır,
Dağıldın kəndbəkənd, çadırbaçadır,
Bəs kimdən inciyim, küsüm, Xocalı!

Uyuyan kəsləri yuxudan ayılt,
Qəlbimde alışan həsrəti soyut,
Qayıt, sen yeniden özünə qayıt,
Bu sevinc qoy olsun bəsim, Xocalı!


Xocalı Soyqırımı şeiri

Müəllif: Leyla Mətin

O qarlı şaxtalı müsibət dolu
Gecəni hələ də unutmamışıq.
Körpə harayına yetə bilməyən
Çarəsiz ananı unutmamışıq.

Nə əzab əziyyət çəkdi körpələr
Bədənlər ayrıldı bir neçə yerə
Qaranlıq gecədə ay yumdu gözün
Şahidlik etmədi bu vəhşiliyə.

Ağaclar budaqlar nalə çəkdilər
Daşlar qan gördükcə dəhşətə gəldi.
Çığrıqlar qulağı batırdı , əfsus
Düşmən çox qəddardı insaf etmədi.


Bənzər mövzular:

Xocalı şeiri

Müəllif: Seymur Sönməz


Qoca cavan baxmadılar,
Allahdan da qorxmadılar.
Neçə cana susadılar,
Qaldı analar yaralı,
Can Xocalı,Can Xocalı.

Vətənindən perik düşdü,
İllər, aylar da ötüşdü.
Məzarlıqlarda görüşdü,
Sinəsi dərdli qubarlı,
Vay Xocalı,Vay Xocalı.

Əsir düşdü ana, bacı,
Bu dünyada böyük acı.
Hamimizin bir möhtacı,
Sən olmusan can Xocalı,
Can Xocalı, Can Xocalı.


Xocalıya aid şeir.

Müəllif:Elşən Məmmədov.

sponsor 3

O fevral gecəsi şaxtalı bir gün,
Əsası qoyuldu ən böyük zülmün.
Xocalı qırğını,Xocalı hüznü,
Vətən ağrısıdır bu matəm günü.

Dünyada heç belə qırğın olarmış?!
İnsan da insanı parçalayarmış?!
Düşmən bu cür açdı öz iç üzünü,
Tanıtdı dünyaya onlar özünü.

Cavana,qocaya,hətta körpəyə,
Aman vermədilər heç bir ürəyə.
Onların bayrağı o gün düzəlmiş,
Süngüyə keçilmiş körpələr imiş!

Həm anaq,anlayaq,unutmayaq biz,
Dünyada yaransın qara himnimiz.
Xocalı qırğını,Xocalı hüznü,
Vətən ağrısıdır,bu matəm günü.


Xocalı soyqırımı şeiri

Müəllif:Elvin Elxanoğlu

26 fevral, o qanlı gecə,
Böyük bir faciə gördü Xocalı.
Yer-göy də ağladı onun halına,
Viranə şəhərə döndü Xocalı.

İpi başqasında olan düşmənlər,
O gün Xocalıya hücum etdilər,
Nə qoca,nə qadın, uşaq demədən,
Yüzlərlə məsumu şəhid etdilər.

İşgəncə verdilər, əzab verdilər,
Bu cür vəhşiliyi tarix görmədi,
Nə qədər körpələr yetim qaldılar,
Çoxunun taleyi heç bilinmədi.

Bu cür faciəni unutmaq olmaz,
Bu bir soyqırımdır, dünya sussa da.
Misli görünməmiş bu vəhşiliyi,
Bizlər unutmarıq kim unutsa da.

Cəzasız qalmadı bunu edənlər,
Mərd oğullarımız hesab sordular.
Qisas qiyamətə qalmayacaqdı,
Bunu o qatillər unudurdular.


Ay bəlalı XOCALI şeiri

Müəllif: Rauf Qərib Alagöz

Ürəyimə bir dərdsən.
Ay bəlalı XOCALI.
Bu dərdini cəkənin.
Yoxdur halı, XOCALI.
-Ay bəlali XOCALI.

Qəlbim yanır od kimi.
Göz yaşlarım cod kimi.
Baxma mənə yad kimi.
Dərd-bəlalı XOCALI.
-Ay bəlalı XOCALI.

Mənim qəlbim dağlıdır.
əlim-qolum bağlıdır.
Ruhum salsa haqlıdır
Qalmaqalı XOCALI.
Ay bəlalı XOCALI.

Kəsilibdir hər yolun.
Bağlanıb sağın, solun.
Acizdir Qərib oglun.
Yox əhvalı, XOCALI.
-Ay bəlalı XOCALI.


Xocalı şeiri

Müəllif: Rahilə Qaralova

O gecə ağlayan kaman dinlədim,
Göylərə yalvaran aman dinlədim,
O orda, mən burda yanıb inlədim,
Ruhum dolandığı candı, Xocalı,
O gecə alışdı, yandı Xocalı.

Səsləndi aramsız topların səsi,
Allaha çatmadı insan naləsi,
Öldü qocaları, yandı körpəsi,
Torpağın suvaran qandı, Xocalı,
O gecə alışdı, yandı Xocalı.

Güllələr göylərdə alov saçırdı,
Ölümə durmadan yollar açırdı,
Kimi yıxılırdı, kimi qaçırdı,
İlk dəfə ölümü andı Xocalı,
O gecə alışdı, yandı Xocalı.

Çoxun şaxta vurdu, yollarda dondu,
Qırılan bir deyil, beş deyil, ondu,
Sanki qiyamətdi, elə bil sondu,
Özünü tək, yalqız sandı Xocalı,
O gecə alışdı, yandı Xocalı.

Haraydan çoxunun səsi də batdı,
Eşidən kim oldu, kim haya çatdı?
Gəlinlər özünü qayadan atdı,
Bunu nicad yolu sandı, Xocalı,
O gecə alışdı, yandı Xocalı.


Xocalı şeiri

Müəllif: Elnur Qərari

Xocalıya aid şeirlər

Qarlı fevral gecəsi Xocalı qan içində,
Yanır evlər,həyətlər güllə-boran içində,

Anaların fəryadı ürəkləri dağlıyır,
Xocalının halına fələk də qan ağlıyır.

Meyidlər səpələnmiş dərələrə, düzlərə,
Ölüm qorxusu çökmüş çöhrələrə, üzlərə,

Əsir düşür düşmənə neçə-neçə dəstələr,
İnim-inim inliyir yaralılar, xəstələr,

Heç kəsə rəhm etmiyir yazı düşmən amansız,
Günahız körpələrə ölüm gəlmiş amansız,

Ana basmış bağrına yaralı körpəsini,
Ana əlacsız qalıb körpə kəsmir səsini,

Ana baladan ayrı, bala anadan ayrı,
Kim yazıb bu qisməti?Kim yazıb bu həsrəti?

Xocalı yas tutub dözə bilmirəm dərdə,
Allah özün kömək ol, bu qanı qoyma yerdə!

Bənzər mövzular:

Axtarış sözləri: Xocalıya aid şeir,26 fevral xocaliya aid seirler, xocalıya aid şeirlər 2023, xocali faciesi haqqinda seir,xocalı haqqında şeir, xocalı faciəsi haqqında şeir,xocaliya aid seir,xocaliya aid seirler, xocalı şeiri 2024

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.5 / 5. Səs sayı: 44

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir