[quads id=7]
qis fesline aid insa,qis fesli insa, qış haqqında esse,qış fesli haqqında insa,qış haqqında inşa yazılı,qış fəsli haqqında inşa,qış fəsli haqqında esse,qisa aid insa yaz
3.7
(6)

Burdakı məqalə Qış haqqında inşa yazmağına yardım edəcək. İnşa sənə fikir vermək məqsədiylə yazılıb. Çalış ki, inşaya öz fikir və sözləri də əlavə edəsən..Sonda şərh yazaraq öz düşüncələrini bizimlə paylaş.

Hər fəslin özünəməxsusluğu və gözəlliyi vardır. Qış fəsli də 4 fəsildən biri kimi öz gözəlliyi və özünəxas cəhətləri  ilə digər fəsillərdən seçilir. Qış dedikdə ağla ilk soyuq, qarlı və şaxtalı havalar gəlir.  Qarın yağması ilə hər tərəf bəyaz dona bürünür.   Havalar daha soyuq və sərt keçməyə başlayır. Əynimizə daha qalın paltarlar geyinir və mümkün qədər soyuqdan özümüzü qorunmağa çalışırıq.

Qışda artıq havaların soyuması ilə bərabər heyvanlar da öz yuvalarına çəkilir. Onlar yığdıqları azuqə hesabına bütün qışın qidasını ödəməyə çalışırlar. Artıq heyvanlar da insanlar kimi az  görünməyə başlayır. Heyvanların bir qismi isə qış yuxusuna gedib baharın gəlişini gözləyir.  Təkcə heyvanlar yox bitkilər də yazın gəlişinə qədər şirin yuxuya qərq olurlar. Həmçinin axan çaylar, bulaq donur, buz bağlayır. Sanki həyat bir anda donur, dayanır.

Bu fəsildə gecələr uzanır, gündüzlər isə qısalır. Günəş artıq daha az gözə dəyir və istisi az hiss olunur. Qar qışın bəzəyidir. Qışı onsuz təsəvvür etmək olmaz. Qar yağdıqdan sonra yollar buz bağlayır və sürüşkən olur.  Qar həmçinin inanca görə bolluq və bərəkət deməkdir. Hələ lap qadimdən əkinçilərə görə qarlı qışın baharı daha bərəkətli olur və əkinlər, ağaclar bol məhsul verir.

Qar yağıb çiçək – çiçək,
Qar yağıb lopa – lopa.
Qar geyinmiş təpələr
Bənzəyir bir ağ topa.

Atıb yaşıl kürkünü,
Ağ bürünüb ağaclar.
Baxırsan elə bil ki,
Qar gətirib ağaclar.

Uşaqların sevimli fəsillərindən biri də qışdır. Nə qədər soyuq və şaxtalı olsa da, bir o qədər əyləncəlidir. Onun bəm-bəyaz qarı nəyə desən dəyər.  

Qartopu oynamaq, qardan adam düzəltmək, xizəklə sürüşmək… Bütün bunlar böyük-balaca demədən hər kəsi öz maraqlı əyləncəsi ilə cəzb edir. Sanki bu oyunlar oynadıqca qışın soyuq və şaxtasını da unuduruq. Qış oyunları havalar soyuq olsa da, sevdiklərimiz arasındakı münasibəti soyumağa qoymur.

Xüsusilə da qar topu oynamaq çoxlarının sevimlisidir. O, balacalar üçün gözəl xatirələr yaradarkən, böyükləri keçmiş xatirələrə aparır. Yağan qarla sanki, hisslərimiz və düşüncələrimiz də paklaşır.

Bizlər həm də köhnə ili geridə qoyub, yeni ilə doğru qədəmlərimizi atırıq.  Hər kəs daha uğurlu, xoşbəxt və gözəl bir ilə başlamaq ümidi ilə yeni ili doğmaları ilə birgə qarşılayır. Yeni il bayramı öz əyləncəsi ilə qışa ayrı bir gözəllik qatır.

Qışda yağan qar dənələri uzaqdan bir-birinə bənzəsədə, əslində hər biri bənzərsizdir.Təsəvvür edin milyonlarla qar dənəsi və hər biri quruluşuna görə bir-birindən fərqlənir. Bunu bizə qar dənələrini mikroskob altında araşdıran elm deyir. Bənzərsiz hər qar dənəsi Tanrının bir əsəridir.

Həyatın hər fəsli özəl və gözəldir.Bizə baharın həsrətini yaşadan qışı da sevməliyik. Bəlkə də qış bu qədər sərt və soyuq olmasaydı, baharın ətrini və təravətini yenidən hiss edə bilməzdik.

“Ulduz tək üstümə səpələn, ey qar,
Geydirdin əynimə ağappaq donu.
Sənin ki, bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
Ulduz tək üstümə səpələn, ey qar.
Belə təmizlikdən isinmək olar.”

Bənzər mövzular:

Qış haqqında inşa

Axtarış sözləri: qis fesline aid insa,qis fesli insa, qış haqqında esse,qış fesli haqqında insa,qış haqqında inşa yazılı,qış fəsli haqqında inşa,qış fəsli haqqında esse,qisa aid insa yaz

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.7 / 5. Səs sayı: 6

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir