Azərbaycan dili dünən və bu gün inşa

Azərbaycan dili dünən və bu gün inşa

Sponsor

3
(9)

Burdakı məqalə “Azərbaycan dili dünən və bu gün” mövzusunda inşa yazmağına yardım edəcək. İnşa sənə fikir vermək məqsədiylə yazılıb. Çalış ki, inşaya öz fikir və sözlərini də əlavə edəsən. Sonda şərh yazaraq öz düşüncələrini bizimlə paylaş.


Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.

Heydər Əliyev

Dil bir millətin milli kimliyinin və varlığının ən böyük əsasıdır. Xalqı, dövləti yaşadan, var edən onun öz ana dilidir. Bizim ana dilimiz də Azərbaycan dilidir. O, hər bir Azərbaycanlı üçün əzizdir, şirin və doğmadır. Mİlli-mənəvi sərvətimiz olan bu dil, zəngin söz xəzinəsinə və ədəbi üslubuna sahibdir.

 Ana dilimiz türk dilləri ailəsinin oğuz dil qrupunun üzvü kimi uzun bir tarixi yol keçmiş və günümüzə qədər öz varlığını qoruyub saxlaya bilmişdir. Azərbaycan dilinin yaranma tarixinin türk dillərinin ümumi tarixinin tərkib hissəsinin olmağı və bu dilin orta əsrlərdə əski türk dilindən təşəkkül etməsi alimlər və dilçilər tərəfindən hər dövrdə qəbul edilmişdir.

Dilimizin uzun formalaşma və inkişaf tarixi aşağıdakı dövrlərə bölünür: 

  1. Qədim dövr (V–X əsrlər): əski türk dilinin formalaşması, türk əlifbasının yaranması, Orxun abidələrinin ucaldılması ilə türk yazı tarixinin başlanması. 
  2. Orta dövr (X–XIV əsrlər): Oğuz ağızların əski türk dilindən ayrılması, o şivələr əsasında oğuz ədəbi və yazı dilinin formalaşması, oğuzların İslamı qəbul etməyi ilə ərəb əlifbasına keçməsi, Divanü Lüğat-it-Türk, Oğuznamə və Kitabi-Dədə Qorqud kimi əsərlərin yaranması və qələmə alınması, Azərbaycan dilinin Böyük Səlcuqlu imperiyasının saray dilinə çevrilməsi. 
  3. Klassik dövr (XIV–XVIII əsrlər): Azərbaycan və Anadolu şivələrin müxtəlif yerli dövlətlərin saray dillərinə çevrilməsi, saray dilinin xalq dilindən uzaqlaşması, əsas ədəbiyyat formasının şeir olması. 
  4. Yeni dövr (XVIII–XX əsrlər): ədəbi dilin saray dilindən uzaqlaşıb yenidən xalq dilinə yaxınlaşması, ilk nəsr və dram əsərlərin yazılması, ilk qəzet və jurnalların çap olunması, Azərbaycan dilinin qrammatika qanunlarını araşıdıran Fənni-sərfi-Türki dərsliyinin çap olunması.
  5. Müasir dövr (XX əsrin sonu XXI əsrin əvvəlləri) – Yenidən müstəqillik qazanmağımız, həmçinin elm və texnologiyanın inkişafı ilə dilimizə yeni terminlərin, yeni sözlərin daxil olması və söz ehtiyatının zənginləşməsi, dil lüğətlərinin yenidən tərtibi və dil sahəsində yeni qanunvericiliyin yaradılması. 

Azərbaycan dili 1937-ci ilə qədər türkitürk dili, rus dilində yazılmış əsərlərdə isə “tatar dili”, “Qafqaz tatarlarının dili” adlandırılmışdır. 

  • 20-ci əsirdən öncəki yazılı ədəbiyyatında xüsusilə də, Xaqani Şirvani,İmadəddin Nəsimi,Məhəmməd Füzuli,Mirzə Şəfi Vazeh, Abbasqulu ağa Bakıxanov,Mirzə Ələkbər Sabir,Mirzə Fətəli Axundov və digər klassik Azərbaycan şairləri, əsərlərində yazdığı dilləri türk dili adlandırırdılar. 20-ci əsrin birinci hissəsində yaşayan Mirzə Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Əhməd Cavad, Hüseyn Cavid və Almas İldırım kimi millətçi şairlər də türk dili terminini işlədirdilər.  Bütün bu ədiblərimiz Azərbaycan ədəbiyyatını və ədəbi dilini yenidən yaradan, onu milli varlıq kimi sonrakı nəsillərə – bizlərə olduğu kimi çatdıran əsl vətənpərvər maarifçi idilər.
  • 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul etdi. 

Şimali Azərbaycanın 1920-ci ildən 1991-ci ilə kimi SSRİ-nin tərkibində olmasına baxmayaraq, Azərbaycan dilinin orta məktəblərdə tədrisinin əsryarımlıq, universitet və institutlarda tədrisinin isə 88 illik tarixi var. Ana dilimiz, onun tarixi, dialektləri geniş surətdə tədqiq edilmiş, bu sahədə Azərbaycan dilində yüzlərlə əsər çap edilmişdir. 

Dilin yaranması və inkişafı, bir ağaca bənzədilə bilər. Dil ağac örnəyində olduğu kimi, fərqli qollara və budaqlara ayrıla bilər. 

Azərbaycan dilinin də cüzi fərqlənən 4 dialekti (şivə) vardır: 

  1. Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri 
  2. Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri
  3. Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri 
  4. Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri 

Bu dialektlərin hər biri, özünəməxsusluğu, şirin üslubu və tərzi ilə seçilir. Onların hər biri kökü bir olan dilimizin zəngin qol-budaqlarıdır. 

1937-ci ildə SSRİ-də qəbul olunmuş konstitusiya əsasən türk dili ifadəsi Azərbaycan dili ifadəsi ilə əvəz edildi. Bu qanun ilə dilimizdə bir sıra müəyyən terminlər ruslaşdırılır. 
Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş yeni Konstitusiyada Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutur. Konstitusiyanın 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

sponsor 3

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.
Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.

Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı, ölkədə əlifba ilə bağlı problemləri həll etmişdir.

2023-cü ildə Dövlət Tərcümə Mərkəzi tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Ana dilimizin yeni və daha təkmil orfoqrafiya lüğətini ərsəyə gətirilmişdir. “Azərbaycan dilinin orfoqrafiya lüğəti” adlı bu lüğətə 30 mindən çox Azərbaycan türkçəsində yeni söz daxil edilmiş, həmçinin elm və texnologiyanın inkişafı ilə yaranmış yüzlərlə termin əlavə olunmuşdur .  

Bu gün Azərbaycan dilində dünya üzrə 50 milyondan çox soydaşımız danışır. Bu dildən təkcə Azərbaycanda deyil, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur. 

Bu gün hər bir azərbaycanlının Ana dili qarşısında vacib vəzifə və öhdalikləri vardır. Bunlar:

  • Öz Ana dilini sevib qorumaq və ona hörmətlə yanaşmaq. Bunun üçün ilk növbədə milli sözlərimizdən daha çox istifadə etmək və lüzumsuz yerə xarici sözlərdən istifadəsindən uzaq olmaq.
  • Azərbaycan dilinin keçmiş tarixini bilmək, bugün onu yaşatmaq və bu mirası gələcək nəsillərə layiqli bir şəkildə ötürmək. 

Bənzər mövzular:

Azərbaycan dili dünən və bu gün inşa

Mənbələr:

Axtarış sözləri: Azərbaycan dili dünən və bugün mövzusunda inşa,Azərbaycan dili dünən və bu gün haqqında inşa,Azerbaycan dili dunen ve bugun movzusunda insa,Azerbaycan dili dunen ve bugun haqqinda insa,Ana dili haqqinda insa ,ana dilimiz haqqında inşa,azərbaycan dili haqqında inşa,Azerbaycan dili insa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3 / 5. Səs sayı: 9

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir