[quads id=7]
Sürətin həyatımıza faydası haqqında esse
4.5
(92)

Sürətin həyatımıza faydası haqqında esse yazmaq üçün bu məqalə sizlərə yardım edəcək. Esse fikir vermək məqsədiylə yazılıb. Çalışın on öz sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq bizə dəstək ola bilərsiz.


Gİriş
Həyat sürəti sevir. Və cəld və çevik olan insanlar həyatda daha uğurlu və xoşbəxt ola bilirlər. Bəs sürətin həyatımızdakı əsas faydaları nədən ibarətdir?


Əsas Hissə
Sürət istənilən sahədə vaxta və enerjiyə qənaət etməyə imkan verir. Nəzərə alsaq ki, vaxt və enerji məhduddur və puldan da dəyərli sərvətimizdir, o zaman sürətin faydasını daha yaxşı anlamış oluruq.


Sürətin ən önəmli olduğu yerlərdən biri də gediş-gəliş və səyahətdir. Müasir dövrümüzdə sürətli qatarların, təyyarə və maşınların sayəsində sürətli bir şəkildəcə istədiyimiz məntəqəyə tez bir zamanda çata bilirik. Keçmişdəki insanlar uzaq yerlərə atla və piyada gedir, bu da aylar çəkirdi. Nəticədə həm vaxt israfı baş verir. həm də yolun uzun olmasına görə insanlar yorulur, enerjiləri tükənirdi.
Ancaq bu o demək deyil ki, avtomobili sürət həddini aşaraq idarə etməliyik. Bu yolla insan həm özünü həm də başqalarının həyatını riskə atmış olur. Sürət önəmlidir, ancaq bizim həyatımız və sağlamlığıımz ondan da önəmlidir.

Elm və texnologiyanın inkişafı ilə artıq insanlıq gündəlik işlərini daha sürətli və rahat şəkildəcə görmək fürsəti əldə edir. Məsələn, paltaryuyan, qabyuyan, tozsoran, elektrik sobası və s. bu kimi ixtiralar insanlara gündəlik işlərini daha sürətli bir şəkildəcə görməsinə imkan yaradır. Bu sürətin sayəsindan artıq bizlər həm özümüzə həm də digər işlərə daha çox vaxt ayıra bilirik.


Bəzən insanın qarşısına elə imkanlar və fürsətlər çıxır ki, bu durumda o sürətli davranıb bundan istifadə etməlidir. Əgər ləngisə, bu fürsətlər və imkanlar əldən buraxmış olar. Yox əgər, cəld davranıb bunlardan istifadə etsə, öz həyatını dəyişə və daha yaxşı bir həyata sahib ola bilər.


Sürətinin faydalı olduğu bir digər yer idman yarışlarıdır. Burda artıq hər saniyənin öz hökmü və dəyəri olur. Hətta millisaniyəlik fərq belə idmançını dünya çempionu edə bilir. Fiziki güclə bərabər cəld və çevik davranan idmançılar hər zaman ən yüksək yerləri tuturlar. Əgər onlarda sürət olmasa o zaman uğur əldə edə bilməzlər. Çünki, idmanda lənglik çox vaxt məğlubiyyət gəririr.


Bəzən insanlar cəld olmaqla tələskən olmağı bir-birinə qarışdırırlar. Cəldlik fayda gətirirsə, tələskənlik çox vaxt zərərə səbəb olur. Ağılsızlıq sürət bir olduqda, sürət faydadan çox zərər verə bilir. Bu səbəbdən, sürətli olmaq qədər, ağıllı və diqqətli olmaq da önəmlidir. Tısbağa və dovşanın nağılında oluğu kimi, heç də hər zaman sürətli oln qazanmır. Nə qədər sürətli olsa da. unutmayaq ki, bəzi şeylərin öz vaxtı və qaydası vardır. Və ondan kənara çıxmaq olmaz.


Sürət xüsusilə də iqtisadiyyatda səmərəliliyi və inkişafı artırır ki, bu da son nəticədə mənfətin artmasına təkan verir. Sənaye inqilabının baş verməsi ilə zavodlar və fabriklər yarandı ki, bu da istehsal prosessinin sürətlənməsinə, inkişaf və tərəqqiyə təkan verdi.


Nəticə
Sürət həyatın bir parçasıdır. O olmasaydı, insanlıq bugünkü inkişaf və tərəqqisinə nail olmazdı. Həyat sonsuz olsa da, bu dünya həyatımız sonludur. Bu səbəbdən, həm ağıllı, həm də sürətli olmağı bacarıb məhdud zaman və enerjimizə qənaət etməliyik.

Sürətin həyatımıza faydası haqqında esse

Bənzər mövzular:

Axtarış sözləri: sevoxu

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.5 / 5. Səs sayı: 92

İlk səs verən sən ol!

15 Comments

  1. Salam çox sağ olun 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️🌹♥️♥️🌹♥️🙋😊💖🍁🥰💙💙😅💙💙🤲😔😪😪😅😪😅😪😅😪😔😅😔🥰🍁😔😔💕😙😙😅😘😗😁😗😁😗😅

  2. Əla 👍🏻👍🏻👍🏻👍👍👍👍🏼👍🏼👍🏼👍🏽👍🏽👍🏽👍🏾👍🏾👍🏾👍🏿👍🏿👍🏿♥️♥️♥️❤️❤️❤️🧡🧡🧡💛💛💛💚💚💚💙💙💙💜💜💜🤎🤎🤎🖤🖤🖤🤍🤍🤍

  3. ❤️❤️❤️❤️❤️❤️😔🌹🤦🏼‍♀️🤣😘🤣😘🤣😘🧿😒🙄😒👎😒✨😒💋👎🤗✨🤗✨❤️🧿😘🤦🏼‍♀️😘🤦🏼‍♀️🤦🏼‍♀️😘🤣🙏🙏👎❤️🤦🏼‍♀️❤️🤦🏼‍♀️🤦🏼‍♀️❤️🤦🏼‍♀️😘🤣😘🙄🙏🙏❤️👋❤️🤷🏼‍♀️❤️🤷🏼‍♀️🤷🏼‍♀️😅🖤👈👈🖤🧿❤️🧿😘🧿🧿🧿❤️🧿😘🧿👍👍😊🧿🤗😍🤗😍🤗😳😘😳😘😳😍🤗🤣🤗🤦🏼‍♀️🤗😔😘✨😘😉😉🤗💋😒🧿👍🧿👍🧿🤗🙄🤗🙄🤗🙄😘🙄😘🙄😘🧿🧿😘

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir