[quads id=7]
her bir insan oz ugurunun memaridir haqqinda esse ugura aid
3.9
(168)

Bu məqalə “Hər bir insan öz uğurunun memarıdır” haqqında esse yazmağınıza yardım edəcəkdir.
Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..

GİRİŞ

Hər kəs həyatdə uğurlu olmaq, parlaq nailiyyətlər qazanmaq istər.
Bu bizi və sevdiklərimizi xoşbəxt edir, bizimlə qürur duyulmasına vəsilə olur. Uğur qazanmaq həqiqətən də insana sevinc bəxş edir və daha iradəli, daha hörmətli birinə çevirir. Bu isə insanın özündən asılıdır.
Bir dahinin dediyi kimi:

“Uğur istədiyini əldə etməkdir. Xoşbəxtlik isə əldə etdiyini sevməkdir.”

ƏSAS HİSSƏ

Hər bir insan öz uğurunun memarıdır. İnsanın seçimləri və bu gün etdikləri gələcəyini dizayn edir. İnsan istəsə və özünə inansa arzularını gerçəkləşdirə bilər. Allah bizə belə bir qüdrət bəxş etmişdir. Uğurlu vəya uğursuz olmaq hər kəsin öz əlindədir. Bu həyatda daha gözəl yaşamaq üçün insanın bir məqsədi və hədəfi olmalıdır. Bunlar yoxdursa o zaman insan nə uğur əldə nə də ki, mənalı bir həyat sürə bilər. Məqsəd və hədəf olduqda insan özünü inkişaf etdirir, daim irəli gedir və daha bilikli, bacarıqlı birinə çevrilir. Burda əsas rəqib insanın özüdür. Daha doğrusu, onun dünənki halıdır.
Əgər sən dünənkindən, daha bacarıqlı və bilikli birisənsə, dünən edə bilmədiklərini bu gün edə bilirsənsə deməli sən artıq uğur əldə etməyə başlayırsan. Çalışın dünənki halınızdan daha yaxşı olun. Bu sizi uğura aparacaqdır.

Hər bir insan öz uğurunun memarıdır haqqında esse

hər bir insan öz uğurunun memarıdır adlı esse,her bir insan oz ugurunun memaridir haqqinda esse,hər bir insan öz işinin memarıdır esse,hər bir insan öz uğurunun memarıdır haqqında esse,hər bir insan oz uğurunun memaridir esse,her bir insan öz uğurunun memarıdır haqqinda esse
Hər bir insan öz uğurunun memarıdır haqqında esse

Müəllimim hər zaman deyərdi: “Nə istədiyini bilən insan hər zaman bu həyatda uğur qazanar.”
Mən o zaman bu sözü tam anlamamışdım. Yaşadıqca və böyüdükcə anladım ki, insan öz istəkləri uğrunda çalışdıqda, sevdiyi işi gördükdə daha uğurlu olur. Bəlkə də uğurun açarlarından biri bu imiş:
“Nə istədiyini bilmək və sevdiyini işi görmək” .
Əgər uğurlu və xoşbəxt olmaq istəyiriksə, başqalarının bizə buyurduğu hədəfləri deyil, öz arzularımıza uyğun hədəflər uğrunda çalışmalıyıq. Əsl uğur məhz budur: insanın öz ürəyində gələn arzularını gerçəkləşdirməsi, hədəfə gedən yolda inamla irəliləməsi.
Bu yolda mübariz olmaq, uğursuzluqlardan dərs çıxarıb, öyrənib yola davam etmək gərəkdir.
Məşhur bir kəlamda deyildiiyi kimi:
“Uğursuzluq – nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır. “
Uğur və müvəffəqiyyət inanın nə istəməsindən və onu necə əldə etməsindən asılıdır. İstədiyin bir şeyi əldə etmək hələ uğur demək deyil. Önəmli olan öz istədiyini layiqli bir şəkildə əldə etmək, uğura layiq olmaqdır. Öyrənərək, öz zəhmətinlə çalışaraq,mübarizə apararaq əldə edilən nəticə daha şirin və dəyərli olur. Uğur hər nə qədər insanın öz əlində olsa da,hər bir uğurda ətrafımızdakı insanların da müəyyən payı vardır. Bu insanlar bizə dəstək olan, öyrədən, ilham verən insanlardır. Onların zəhməti və fədakarlığı gələcəkdə böyük uğurlar əldə etməyimizdə bizə çox kömək olacaqdır.
Nəticə
Yaradan hər insana böyük zəka və ağıl bəxş edib. Əgər insan bu nemətlərdən faydalı və mənalı amal uğruna istifadə etsə, inamla çalışsa gec-tez öz əməyinin qarşılığın alacaq və uğurlu bir həyat sürəcəkdir. Yetər ki, iradəli və əzmkar olaq.

Bənzər mövzular:

Uğur haqqında aforizmlər və mənalı sözlər
Mən xoşbəxtliyi nədə görürəm esse
Mübariz iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq inşa
Xeyirxah insanlar unudulmur insa |
Mən səyyah olsaydım haqqında inşa

Axtarış sözləri: hər bir insan öz uğurunun memarıdır adlı esse,her bir insan oz ugurunun memaridir haqqinda esse,hər bir insan öz işinin memarıdır esse,hər bir insan öz uğurunun memarıdır haqqında esse,hər bir insan oz uğurunun memaridir esse,her bir insan öz uğurunun memarıdır haqqinda esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.9 / 5. Səs sayı: 168

İlk səs verən sən ol!

5 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir