Elon musk kimdir elon musk haqqinda melumat 1

Sponsor

0
(0)

ELON MUSKIN BİOQRAFİYASI
Cənubi Afrika əsilli Kanada və ABŞ vətəndaşı iş adamı olan Elon Mask son illər texnologiya və kosmosa etdiyi sərmayələri ilə tanınır. O, həmçinin Tesla Motors, PayPal və SpaceX-in yaradıcısıdır. Musk təxminən 21 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamlarından biri olaraq qəbul edilir. 2016-cı ilin dekabrında Forbes tərəfindən hazırlanan “Dünyanın Ən Güclü İnsanları Siyahısı”nda 21-ci yeri tutub.
İlon Mask 28 iyun 1971-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərində anadan olub. Atası Errol Mask Cənubi Afrikalı, anası Maye Haldeman isə kanadalıdır. Onun Toska Mask adlı bir bacısı və Kimbal Mask adlı bir qardaşı var. İlon, hələ uşaq yaşlarında kompüter biliklərinə yiyələnir, həttta proqramlaşdırmanı belə öyrənir. 12 yaşında yazdığı Blastar adlı kosmik oyununu “PC and Office Technology” adlı jurnala təxminən 500 dollara sataraq ilk proqram satışını etdi.

Təhsil həyatı

Cənubi Afrikanın Yohannesburq şəhərindəki Bryanston Liseyində 8-ci və 9-cu sinifləri keçdikdən sonra Pretoriya Oğlan Liseyinə keçdi və 1988-ci ildə oranı bitirdi. Sonra hərbi xidmətdən yayınmaq üçün evini tərk edərək Cənubi Afrikada n Kanadaya getdi.

1992-ci ildə Ontario ştatının Kingston şəhərindəki Queens Universitetində iki il qaldıqdan sonra ABŞ-ın Pensilvaniya Universitetində biznes və fizika üzrə təhsil almaq üçün Kanadanı tərk etdi. O, The Wharton School-da iqtisadiyyat və fizika üzrə, Pensilvaniya Universitetində isə İncəsənət və Elmlər Məktəbində bakalavr təhsilini davam etdirib və məzun olub.
Daha sonra o, Tətbiqi Fizika və materialşünaslıq üzrə doktorluq dərəcəsi almaq üçün Kaliforniyanın Silikon Vadisinə köçdü. Lakin o, doktorluq dərəcəsini sona qədər bitirmədi.

Bakalavr təhsilindən sonra Tomas Edison, Nikola Tesla, Bill Gates, Steve Jobs və Walt Disney kimi yenilikçilərdən aldığı ilham alaraq özünə əsas üç sahə seçdi:internet, təmiz enerji və kosmos idi. Bunlar bəşəriyyətin gələcəyinə ən çox təsir edəcək sahələr idi..

Elon Musk 1995-ci ildə Stanfordda həm tətbiqi fizika, həm də materialşünaslıq üzrə magistr təhsilinə başladı. Lakin iki gün sonra o, qardaşı Kimbal Musk ilə onlayn şəhər bələdçiliyi proqram təminatı olan Zip2 layihəsinə başlamaq üçün məktəbi buraxdı.

Biznes Həyatı

Zip2 proqramını yazdıqdan sonra atasından 28.000 dollar alaraq qurduğu şirkət qəzetlər üçün internetə əsaslanan şəhər bələdçiliyi xidmətini təmin etdi. 1999-cu ildə Zip2-ni AltaVista-ya 307 milyon dollar nağd pul və 34 milyon dollarlıq səhm qarşılığında satdı.

O, 1999-cu ilin martında onlayn maliyyə və ödəmə sistemi olan X.com-u təsis edilməsinə ortaq oldu. Növbəti il Confinity şirkətini şirkətini tərkiblərinə qataraq məşhur ödəmə sistemi olan PayPal-ı qurdu. Musk “P2P” texnologiyasının böyük gələcəyi olduğuna inanırdı. Birləşən şirkətlər əvvəlcə şirkət adı olaraq X.com-a üstünlük verdilər, lakin 2001-ci ildə adını PayPal Inc olaraq dəyişdirdilər

Elon musk kimdir elon musk haqqinda melumat 4
Elon Musk kimdir?

.

Maskın sayəsində böyüyən və populyarlaşan PayPal 2002-ci ilin oktyabrında eBay tərəfindən 1,5 milyard dollara alındı. Şirkətin ən böyük səhmdarı kimi İlon Mask PayPal-da 11,7% paya sahib idi. Bu səbəbdən O, PayPal-ın satışından 165 milyon dollar əldə etdi.
Bundan sonra İlon mühəndislik sahəsinə üz tutdu və bu gün çox məşhur olan Space X və Tesla kimi şirkətlərini yaratdı..

Elon Musk kimdir?

O, 2002-ci ilin iyununda üçüncü şirkəti olan Space Exploration Technologies (SpaceX) şirkətini qurdu. İlon, hazırda bu şirkətin CEO-su və texniki direktorudur. SpaceX, raketlərin buraxılış aparatlarını inkişaf etdirən və istehsal edən bir şirkətdir. Şirkətin ilk iki buraxılış aparatı Falcon 1 və Falcon 9 raketləridir; İlk kosmik gəmi isə Dragon idi.
Maskın məqsədi kosmosa uçuş xərclərini minimuma endirməkdir və insanlar üçün kosmosu əlçatan etməkdir. Onun əsas məqsədlərindən biri Marsın araşdırılması və orda yaşayışını mümkün etməkdir. 2011-ci ildə verdiyi müsahibədə o, 10-20 il ərzində Marsa insan göndərəcəyinə ümid etdiyini demişdi.

sponsor 3

Maska görə görə, kosmosun tədqiqi bəşəriyyətin kosmosa yayılması üçün mühüm addımdır. Onun sözlərinə görə, çoxplanetli həyat bəşər övladının sağ qalmasına təhlükə yaradan şeylərə qarşı qoruyucu ola bilər. “Bir asteroid və ya nəhəng bir vulkan bizi məhv edə bilər və biz dinozavrların heç vaxt görmədiyi risklərlə üzləşirik: Süni viruslar, təsadüfən yaranan mikro qara dəliklər, qlobal istiləşmə və ya bizi məhv edəcək hər hansı bir texnologiya. İnsan nəsli milyonlarla ildir təkamül edir, Lakin son 60 ildir ki atom silahları insanlıq üçün böyük risklər yaradır. Gec-tez biz mavi-yaşıl bu dünyadan kənara çıxarmalı olacağıq – ya da nəslimiz tükənəcək.”

Elon musk kimdir elon musk haqqinda melumat 3
Elon Musk kimdir?

Elon Musk Tesla Motors-un əsas qurucularından biri və dizayn rəhbəridir. Onun elektrikli avtomobillərə marağı Teslanın qurulmasından əvvəl var idi. Tesla Motors ilk dəfə elektrikli idman avtomobili olan Tesla Roadster istehsal etdi və 31 ölkədə təxminən 2500 ədəd satdı.
Elon Musk Tesla-da 32% paya malikdir.O, həm də SolarCity-nin sədridir.SolarCity ABŞ-da ən böyük günəş enerjisi sistemi avadanlıqlarının təminatçısıdır. Onun əmisi oğlu Lindon Rayv həm də şirkətin baş direktoru və həmtəsisçisidir.

Google-un qurucularından biri olan Larri Peyc Mask haqqında belə deyib:
“Bir gün sərvətimi başqa yerə bağışlamaqdansa, İlon Maska verməyi üstün tuturam. Adam Marsa getmək istəyir; Bu, dünyanı dəyişəcək”.
Elon Musk, 1977-ci ildə Ceyms Bond – The Spy Who Loved Me filmindəki “Lotus” adlı dənizdə üzən avtomobil düz 1 milyon dollar xərclədi.
8 noyabr 2017-ci ildə Türkiyəyə gələn İlon Mask prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Elon Musk, Musk Foundation adlandırdığı bir fond vasitəsilə uşaq sağlamlığı, elm və texnologiya, təmiz enerji kimi mövzularda araşdırmalar aparır.

Şəxsi həyatı

Elon Musk texnologiyada böyük uğurlar qazansa da şəxsi həyatında böyük uğursuzluqlar yaşadı.
O, 2000-ci ildə yazıçı Jennifer Justine Wilson ilə evləndi. 2008-ci il sentyabrın 13-də isə boşandı. Bu evlilikdən Nevada Alexander Musk , Griffin və Xavier (əkizlər), Damier, Sakson və Kai adlı övladları dünyaya gəldi.
25 sentyabr 2010-cu ildə aktrisa Talulah Riley ilə evləndi. Bu evlilik uzun çəkmədi və onlar 2012-ci ildə boşanıb.
2013-cü ilin iyul ayında aktrisa 3-cü dəfə Talulah Riley ilə evləndi. Onlar 2016-cı il oktyabrın 21-də boşanıblar.

7 may 2018-ci ildən kanadalı musiqiçi Qrims (Claire Boucher) ilə birlikdədir 4 may 2020-ci ildə bu cütlükdən bir oğul dünyaya gəldi və ona “X Æ A-12 Musk” adını verdilər..
Qeyd edəki, İlon Mask Twitter-i 27 oktyabr 2022-ci ildə 44 milyard dollara satın alıb.

Bənzər Sözlər:


Axtarış sözləri: elon musk haqqinda melumat, elon musk haqqında məlumat elon musk serveti harcama,elon musk twitter,elon musk doğum tarixi,elon musk kimdir,elon musk çocukları

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir