Robert Oppenheimer kimdir? Əslən haralıdır?
Robert Oppenheimer İkinci Dünya Müharibəsi zamanı nüvə silahı istehsal etmək üçün başlanan Manhetten Layihəsinin elmi rəhbəri idi. O, həm də atom bombasının atası kimi tanınır. Robert 22 aprel 1904-cü ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Tam adı Julius Robert Oppenheimerdir. Atası Julius S. Oppenheimer varlı geyim biznesmeni, 17 yaşında ABŞ-a mühacirət edən yəhudi alman mühaciri, anası Ella Fridman isə Baltimorda rəssam idi. Onlar maddi cəhətdən olduqca zəngin ailə idilər. Oppenheimer ailəsi rəsmlərlə bəzədilmiş dəbdəbəli mənzildə yaşayırdı. Onlar incəsənət və musiqi ilə maraqlanan qeyri-dindar yəhudilər idi.
Təhsil həyatı
Robert Oppenheimer İbtidai məktəbə 1911-ci ildə Nyu Yorkdakı Etik Mədəniyyət Məktəbində başlamışdır. Beş yaşında mineraloji nümunələri toplamağa başlamışdı və bunların bir hissəsini Almaniyadakı babası göndərmişdi. Onun kolleksiyası o qədər geniş və biliyi o qədər yaxşı idi ki, 11 yaşında Nyu York Mineralogiya Klubuna qəbul edildi. O, 1921-ci ildə orta məktəbi bitirib Avropaya səyahətə getdi, lakin gözlənilmədən kolon infeksiyasına yoluxdu. Qayıdandan sonra isə Harvard Universitetinə daxil oldu. Harvardda kimya üzrə təhsil alaraq 3 ildə oranı bitirməyi bacardı. Robert Oppenheimer fizika və kimya öyrənməklə yanaşı, Latın və Yunan dillərini də öyrənmişdi. 1925-ci ildə məktəbi əla qiymətlərlə bitirdikdən sonra eksperimental fizika ilə maraqlanmağa başladı. Oradan İngiltərədəki Kembric Universitetinə köçdü və daha sonra Ernest Ruterfordla birlikdə çalışdı. Bu müddət ərzində Robert İsveçdə Niels Bohr ilə tanış olur və 1926-cı ildə getdiyi Göttindendə 1927-ci ildə doktorluq dərəcəsini tamamlayır və Maks Bornun yanında təhsil alır. Verner Heisenberg, Pascual Jordan, Volfgang Pauli, Paul Dirac, Enrico Fermi və Edward Teller kimi dostluq etdiyi tələbələr sonralar onun kimi məşhur fiziklər oldular.
O, Göttingendə, xüsusən də kvant nəzəriyyəsi ilə bağlı çoxlu məqalələr dərc etdirmişdir. Daha sonra 1927-ci ilin sentyabrında nəzəri fizik kimi Harvard Universitetinə qayıtdı. Robert Oppenheimer, əvvəlcə Harvardda, sonra Millikanın rəhbərliyi altında Kaliforniya Texnologiya İnstitutunda çalışmalarına davam edir. 1928-ci ildə isə Kaliforniya Universitetində fizikadan dərs deməyə başladı. O, 1928-1929-cu illərdə International Education Board’dan aldığı təqaüdlə Leydendəki Ehrenfesti və Utrextdəki Kramersi ziyarət edir. Robert 1929-cu ilin birinci yarısında elmi inkişafına töhfə verən başqa bir şəxs olan Pauli ilə işləmək üçün Sürixdəki ETH-ə getdi. O, eyni zamanda həm Kaliforniya Texnologiya İnstitutunda, həm də Kaliforniya Universitetinin Berkli şəhərciyində fizika üzrə dosent olub. Sonrakı on üç il ərzində o, vaxtını bu iki qurum arasında bölüşdürdü: payız və qışı Berklidə, ilin qalan hissəsini isə Pasadenada keçirdi. O illərin ən yaxşı amerikalı nəzəri fiziklərinin bir çoxu karyeralarının bir dönəmində Oppenheimerdən dərs aldılar. Onun mühazirə tərzi, üslubu və davranışı hamını heyran edirdi. 1936-cı ildə işlədiyi hər iki instituta ştatlı professor vəzifəsinə təyin olundu. \
Robert Oppenheimerin fizikaya girmək üçün böyük şansı 1925-ci ildə, məhz müasir kvant fizikası yarananda əldə etdi. Çox gənc olmasına baxmayaraq, köhnə kvant nəzəriyyəsini alt-üst edən problemləri araşdırmaq üçün müasi kvant fizikasından ilk istifadə edənlərdən biri oldu. Demək olar ki, hər bir mövzu ilə maraqlansa da, xüsusilə kvant sahə nəzəriyyəsi, kosmik şüalar və nüvə fizikası ona daha cəlbedici gəlirdi.O, 1941-ci ildə Amerikada Milli Elmlər Akademiyasına üzv seçildi.
Robert Oppenheymer və Kommunizm
1936-cı ildə isə Amerika Kommunist Partiyasının üzvü Jean Tatlock ilə dostluq etməyə başladı. Daha sonra evlənməsi kommunist ideyaların təsirinə düşməsinə səbəb oldu. Sonradan məlum oldu ki, 1937-ci ildə atasının 300 min dollarlıq mirası ilə müxtəlif solçu qruplara maddi dəstək verib. O, kommunist partiyasının bir çox üzvləri ilə müntəzəm əlaqə saxlasa da, partiyaya daxil olmamışdı. Siyasətçilərlə möhkəm əlaqələr qurmağa başlaması faşist Almaniyanın siyasətinə qarşı kampaniyalarda fəal iştirakına səbəb oldu. Daha sonra onların bu dövrdəki münasibətlərini Robert belə ifadə edərdi:
“Siyasətin həyatın bir parçası olduğunu öyrəndim. Mən tam solçu oldum, Müəllimlər İttifaqına üzv oldum və çoxlu kommunist dostlar qazandım. Bundan heç utanmıram; Bunu gec başa düşdüyüm üçün çox utanıram”.
Sponsor Linklər
Robert 1939-cu ildə İspaniyada gedən vətəndaş müharibəsi zamanı Amerika Kommunist Partiyasının tanınmış üzvü Co Dalletin keçmiş həyat yoldaşı olan Ketrin Harrisonla tanış olur. Həyat yoldaşını boşayıb, onunla evlənir. Yeni yoldaşı ona həmişə geyindiyi boz-mavi kostyumlar yerinə daha rəngli və idman üslublu gödəkçələr geyinmək, saçını əsgər kimi qısa kəsdirmək, gündə 3 dəfə yemək , xüsusi hallar istisna olmaqla, bütün gecəni işləməmək kimi yeni vərdişlər qazandırır .
Robert Oppenheymer və Atom boması
1942-ci ildə ABŞ II Dünya Müharibəsinə girdikdən sonra Oppenheymer atom bombasının dizaynı və istehsalı ilə bağlı nəzəri araşdırmaların aparılacağı Los Alamos laboratoriyalarına rəhbər təyin edilir. 1943-cü ildə Oppenheimer, Edvard Teller, Enriko Fermi, Niels Bor, Ceyms Frank, Emilio Serj, Feliks Bloch, Rudolf Peierls, James Chadwick, Otto Frisch və başqa elm adamlarının da daxil olduğu Manhetten Layihəsinin direktoru təyin edildi. Bu Layihənin məhsulu isə, təəssüf ki, yer üzündə elmin qara üzü olan Xirosima və Naqasakiyə atılan atom bombasının ixtirası idi. Hazırlıq işləri 1945-ci ildə tamamlanmışdı. 1946-cı ildə hər şey sona çatdıqda, Oppenheimer Prezident Harri Truman tərəfindən göstərdiyi xidmət və nailiyyətlərə gər ” Medal for Merit “ilə təltif edildi. Robert Oppenheimer daha sonra Atom Enerjisi Komissiyasının Məsləhət Komitəsinin sədri təyin edilir. Nüvə partlayışlarının törətdiyi radioaktivliyin təhlükələrini öyrənərkən 1949-cu ildə hidrogen bombasının hazırlanmasına qarşı çıxdı. O, hidrogen bombasının ixtiraçısı Edvard Teller ilə müxalif olur. O, bu silahdan istifadənin soyqırım olacağını və yüz milyonlarla günahsız insanın qətlə yetirilməsi üçün məntiqli bir səbəbin olmadığını bildirir.
Enriko Fermi və bəzi digər görkəmli fiziklərlə birlikdə onlar hidrogen bombasının hazırlanmasına qarşı təşkilatçılıq fəalliyyətinə başlayırlar. 1953-cü ilin sonunda o, Makkartizmin qurbanı oldu və günahkar olmadığı sübuta yetirilsə də, prezident Dwight David Eisenhower tərəfindən hərbi sirləri ondan gizlətməyə qərar verir. Beləliklə, o, Atom Enerjisi Komissiyasından uzaqlaşdırılır. Bu qərar böyük narazılıqlara səbəb oldu və Manhetten Layihəsində çalışan 493 elm adamı etirazı imzaladı.Bütün bunlara bunlar nəticə vermədi, əksinə hidrogen bombası üçün sınaqların yolu açıldı.
Robert 1959-cu ildə Kolorado Universitetinin fizika müəllimliyi təklifini qəbul etdi və orada işləməyə başladı. Daha sonra isə o, San-Fransiskoda Explatorium Elm Muzeyinin layihəsini hazırladı. 1963-cü ildə ABŞ prezidenti Lindon B. Conson tərəfindən Enriko Fermi mükafatına layiq görülüb. Elə həmin il ona qarşı irəli sürülən kommunist ittihamı da əfv olundu. Robert Oppenheymer 1936-cı ildə isə Amerika Kommunist Partiyasının üzvü Jean Tatlock ilə evləndi. Ancaq evlilikəri uzun sürmədi və 1940-cı ildə boşandılar. Robert 1940-cı ilin noyabrında Katherine Puening Harrison ilə evləndi. Onların Peter və Katherine adlı iki övladı var.
Çoxlu siqaret çəkən Robert Oppenheimer 18 fevral 1967-ci ildə ABŞ-ın Nyu-Cersi ştatının Prinston şəhərində 63 yaşında boğaz xərçəngindən vəfat etdi. O, Nyu Meksikoda ilk atom bombası sınaqlarından sonra göbələk formalı bulud əmələ gətirən böyük partlayışı görəndə dəhşətə gəldi və Hindistan dastanı Bhaqavad-Gitadan sitat gətirərək dedi:
“Now i am become death, the destroyer of worlds…” (İndi mən ölüm oldum, dünyaları məhv edən…)
Bənzər mövzular:
- Məşhur filmlərdən replikalar və mənalı sitatlar
- Hakan Fidan kimdir? Hakan Fidan haqqında
- Kurtlar Vadisi Pusu serialından unudulmaz sitatlar
Axtarış sözləri: robert oppenheimer haqqinda,robert oppenheimer kimdir,j. robert oppenheimer,oppenheimer film,oppenheimer,oppenheimer kimdir
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Əla