[quads id=7]

Hakan Fidan kimdir? Hakan Fidan haqqında 

Hakan Fidan kimdir? Hakan Fidan haqqında  hakan fidan haqqinda melumat
3
(2)

Hakan Fidan kimdir? Hakan Fidan haqqında məlumat

Hər kəsin adını eşidib, səsini duymadığı şəxs – Türkiyənin hazırkı Xarici İşlər Naziri Hakan Fidan kimdir? Bildiyimiz kimi, Türkiyədə iyunun 5-də Xarici İşlər Naziri vəzifəsinin təhvil mərasimi keçirilib. Keçmiş Xarici İşlər Naziri Mövlud Çavuşoğlu vəzifəsini Hakan Fidana təhvil verib. Bəs 13 il Türkiyə Mili İstihbarat Təşkilatının rəhbəri olmuş Hakan Fidan kimdir? Onu Xarici İşlər Naziri postuna kimi yüksəldən fəaliyyətləri nə olmuşdur?

Əslində, onun bioqrafiyası haqqında tam və ətraflı  məlumat heç yerdə yoxdur. Ailəsi barədə isə bilinən tək məlumat onun Nuran Fidanla evli və 3 uşağının olmasıdır. Hakan Fidan 1968-ci il iyulun 17-də Ankarada anadan olub. 1981-2001 illər aralığında Türk Silahlı Qüvvətlərində zabit kimi çalışır. Daha sonra öz istəyi ilə hərbi xidmətdən ayrılır və, ABŞ-ın Merilend Universitetində idarəetmə və siyasi elmlər üzrə bakalvr dərəcəsi alır.

Bilkənd universitetində isə  “Xarici Siyasətdə Kəşfiyyatın yeri adlı tezisi müdafiə edirək, magistr dərəcəsi alır. Əslində isə, gələcəkdə rəhbəri olacağı Milli Kəşfiyyat Təşkilatının fəaliyyətinin istiqamətlərini də elə bu tezisində müəyyənləşdirmişdi. Bu tezisi hazırlayarkən isə onun cəmi 31 yaşı var idi. Tezisin əsas arqumentlərindən biri bu idi ki,  uğurlu xarici siyasət üçün güclü kəşfiyyatın olması vacibdir, bu da etirazsız qəbul ediləcək bir arqumentdir.  Fidan tezisində deyir: “Yaxşı kəşfiyyat həmişə yaxşı xarici siyasətə zəmanət vermir, lakin pis kəşfiyyat yanlış siyasət doğurur”. Fidan tezisinin girişində Türkiyənin soyuq müharibə illərindəki xarici siyasət konsepsiyasını iki cümlə ilə ümumiləşdirir: “Soyuq müharibə dövründə Türkiyə daxili vəziyyətə diqqət yetirirdi və bu səbəbdən də xarici kəşfiyyat məlumatlarını toplamağa ehtiyac duymurdu, bunun əvəzinə NATO müttəfiqlərinin kəşfiyyatından asılı vəziyyətdə qalmışdı.” Tezisdə kəşfiyyat sistemi qurularkən rejimin quruluşunun böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkilir. Qərb dövlətlərinin kəşfiyyat zehniyyətinə yaxın bir anlayışın Türkiyədə də qurulması lazım olduğu ifadə edilir.  Buradan belə nəticə çıxarmaq olar ki, məsələn, totalitar keçmiş sovet kəşfiyyat modeli və ya İsrailin Mossad kimi xarici ölkələrdə sui-qəsdlər həyata keçirən strukturu Türkiyəyə yaraşmaz.  Bununla belə, Fidan köhnə türk kəşfiyyat qurumunu Britaniya və Sovet sistemlərinin qarışığı kimi xarakterizə edir.  Tezisin nəticə və təkliflər hissəsində Hakan Fidan Türkiyənin güclü xarici kəşfiyyat strukturuna ehtiyacı olduğunu açıqlayır.

2006-cı ildə  elə həmin universitetdə “Məlumat əsrində Diplomatiya. Müqavilələrin Təstiqlənməsində İnformasiya Texnologiyalarının istifadəsi”  tezisini müdafiə edərək doktorluq dərəcəsinə yiyələnir. Akademik təhsilini Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyində, Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma İnstitutunda və Londonda Verification Technologies Araşdırma Mərkəzində davam etdirir. 2001-ci ildən başlayaraq iki il Avstraliyanın Türkiyədəki səfirliyində baş siyasi və iqtisadi məsləhətçi kimi fəaliyyət göstərir.  2003-cü ildə isə Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) sədri vəzifəsinə təyin edilir. 2007-ci il noyabrın 14-də Baş nazirin məsləhətçisi vəzifəsinə layiq görülür.  2008-ci ilin noyabrında isə Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin üzvü olur.  2008-ci il martın 8-də Beynəlxalq Əhməd Yəsəvi Universitetinin qəyyumlar şurasının üzvü olur , 2011-ci ilin fevralında isə bu vəzifədəni tərk edir.

 15 aprel 2010-cu ildə Milli İstihbarat Təşkilatında rəhbərin köməkçisi vəzifəsinə qalxır. Əmrə Tanerin səlahiyyət müddəti bitdikdən sonra nəhayət, 25 may 2010-cu ildə MİT-rəhbəri vəzifəsinə təyin edilir. O, bu vəzifəyə təyin olunanda 42 yaşında idi,  bununla da o, Türkiyə Cümhuriyyətinin ən gənc MİT müşaviri olaraq tarixə adını yazır.

Hakan Fidan MİT-ə rəhbərliyi dönəmində 15 iyul çevriliş cəhdi başda olmaqla bir çox mübahisəli proseslərdə iştirak edib  Amma ona qarşı ilk reaksiya ölkə daxilindən deyil, xaricdən gəlib. O zaman İsrailin baş naziri Ehud Barak demişdi ki, Fidanın Türkiyə kəşfiyyatının başına gəlməsi həyəcanverici hadisədir.  Narahatlığını əvvəlcə qapalı görüşdə, daha sonra isə açıq şəkildə dilə gətirən Barak, Fidanın 2008-2009-cu illər arasında Beynəlxalq Atom Enerjisi Agentliyində çalışdığı illərdə iranpərəst mövqe tutduğunu iddia edib. Fidan 2013-cü ildə “Habertürk” qəzetinə verdiyi nadir açıqlamalarından birində “Dünyada ilk dəfə bir dövlət (İsrail) başqa bir dövlətin kəşfiyyat yönətiminə reaksiya verdi və açıq şəkildə öz maraqları baxmınından Hakan Fidanın MİT-ə rəhbərlik etməsini istəmədi və bunu rəsmi açıqlama ilə bəyan  etdi” demişdi.

 Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də açıqladığı qərara əsasən isə  Hakan Fidan Türkiyənin xarici işlər naziri postuna təyin edilib .

Hakan Fidan haqqinda melumat
Hakan Fidan haqqında

Bənzər mövzular:

Axtarış sözləri: Hakan Fidan kimdir? Hakan Fidan haqqında hakan fidan vikipedi,hakan fidan nereli,abdullah çatlı hakan fidan,hakan fidan aslen nereli,hakan fidan gençliği,

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3 / 5. Səs sayı: 2

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir