
Cəsur Yeni Dünya
Müəllif: Oldos Haksli
Təsviri:
Hadisələr xoşbəxt bir dünyada baş verir. Bəşəriyyət sağlamdır,
texnoloji cəhətdən inkişaf edib. Müharibələrin və yoxsulluğun
kökü kəsilib. Bütün irqlər bərabər və səadət içərisində yaşayır.
[showhide type=”pressrelease” more_text=”Davamı oxu” less_text=”Bağla” ]
Ancaq bu dünya ciddi deyil, ironikdir. Ağlagəlməz inkişaf
fərd üçün çox vacib olan dəyərlərin məhv edilməsi nəticəsində
əldə olunub. Ailə, mədəni müxtəliflik, incəsənət, ədəbiyyat, fəlsəfə
artıq yoxdur. İnsanlar genetik çoxalma ilə nəsil artırır. Təbəqələrə
ayrılma doğumdan əvvəl baş verir. Uşaqları inkubator
fabrikində yetişdirirlər. Təhsil prosesində onlara öz təbəqələrinə
məhəbbət, yüksək təbəqəyə hörmət, aşağı təbəqəyə laqeydlik
aşılanır. Bütün bu səbəblərdən əsərin utopiya, yoxsa distopiya
olduğunu söyləmək çətindir. Lakin onu daha çox satirik utopiya
kimi səciyyələndirirlər.
[/showhide]
KİTABDAN 1SİTAT
At artıq altı yaşında böyüyür. Fil on yaşında böyüyür. İnsan isə heç on üç yaşında cinsi yetkinliyə çatmır. Tam yetkinliyə iyirmi yaşında çatır. Buradan aydındır ki, insan ağlı gec inkişaf edən məhsuldur.

Pişik beşiyi
Müəllif: Kurt Vonnequt
Təsviri:
“Pişik beşiyi” romanı ən məşhur antiutopik əsərlərdəndir.Atom bombası haqqında kitab yazmaq istəyən Con material toplamaq üçün atom bombasının yaradılmasında iştirak etmiş Feliks Honnikerin üç uşağına məktub yollayır. Sonrakı hadisələr
[showhide type=”pressrelease” more_text=”Davamı oxu” less_text=”Bağla” ]
Karib dənizində yerləşən balaca San-Lorenso adasında davam edir. “Pişik beşiyi” bir uşaq oyununun adıdır. Bu oyunda ip müxtəlif kombinasiyalarda barmaqlara dolanır.Parodiya üslubunda yazılmış əsər tez-tez bizi güldürsə də,daha çox düşünməyə vadar edir. Əsərin qaldırdığı problemlər o qədər çoxdur ki, düşünməyə vaxt tapmırsan. Oxu zamanı hadisələrin kaleydoskopu vadar edir ki, mütaliəni yarımçıq saxlayıb özümüzə sual verək: “İndicə nə oxudum?” İkinci oxunuşunda isə sizdə tamamilə başqa bir təəssürat yaranacaq, əsərin bütün mənzərəsi gözləriniz önündə canlanacaq.
[/showhide]
KİTABDAN 1SİTAT
Hər hansı bir şey adama yaxşı təsir eləyəndə isə mən sevinirəm. Çünki təsir eləyən şeylər o qədər də çox deyil…

Yaşıl Mİl
Müəllif: Stiven Kinq
Təsviri:
Əsər Pol Eskomin dili ilə nəql edilir. Öz cavanlıq illərini xatırlayan Pol haçansa ölüm hökmünün icrasını gözləyən məhkumlar üçün nəzərdə tutulmuş həbsxananın «E» blokunun sabiq baş nəzarətçisi olmuşdur. Onun «qəyyumları» arasında Con adlı nəhəng
[showhide type=”pressrelease” more_text=”Davamı oxu” less_text=”Bağla” ]
, safqəlbli bir zənci də var idi. O, iki kiçik qız uşağının qəddarcasına qətlində günahlandırılırdı. Sonradan məlum olur ki, Con bu cinayətdə günahkar deyil. O, sadəcə olaraq, uşaqları xilas etmək istərkən polislər tərəfindən yaxalanmışdır.
«Yaşıl Mil» romanını Stiven Kinq 1996-cı ildə yazmışdı. Kitab ilk nəşrindən sonra «Yaxşı roman» nominasiyasında Brem Stoker mükafatına layiq görülmüşdür. 1999-cu ildə isə bu roman çox uğurla ekranlaşdırılmışdır. «Yaşıl Mil» romanı Kinqin ən yaxşı əsərlərindən sayılır. Çox emosional, mürəkkəb süjet xəttinə və əlvan dekorasiyalara malik olan bu romanda təkcə mistik deyil, eyni zamanda fəlsəfi suallar da öz həllini tapır.
[/showhide]
KİTABDAN 1SİTAT
Məni ən çox narahat edən isə onun gözlərindəki sakitlik və laqeydlik ifadəsi idi, elə bil, bədəni burada olsa da, özü çox- çox uzaqlarda idi.

Elcernon üçün çiçəklər
Müəllif: Daniel Keyes
Təsviri:
Müasir fantastikanın qızıl fonduna daxil olan romanda hər şeydən öncə son dərəcə maraqlı bir əhvalatla qarşılaşan oxucu əsərin qəhrəmanının yaşantılarıyla çox yaxından tanış olur.
[showhide type=”pressrelease” more_text=”Davamı oxu” less_text=”Bağla” ]
Ağıldankəm Çarlinin cərrahiyyə əməliyyatı nəticəsində dahiyə çevrilməsi, ondan imtina edən valideynləri, bacısı ilə görüşü, yaşadığı eşq macərası əsərdə olduqca maraqlı və orijinal tərzdə təsvir olunub. Yazıçı adi, bir az da kəmağıl Çarlinin səmimi, kövrək duyğularını məşhur Çarlinin iti ağlı, yüksək intellekti, dəmir məntiqi və soyuq mühakimələriylə üz-üzə qoyur, cəmiyyətin kəmağıl və dahi insana fərqli münasibətinin psixoloji məqamlarını açır.
[/showhide]
KİTABDAN 1SİTAT
Daha çok öyrəndikcə varlığından xəbərimin belə olmadığı daha çox şey görürəm
Maraqlı kitablar

Yüz ilin tənhalığı (100 ilin tənhalığı)
Müəllif: Qabriel Qarsiya Markes
Təsviri:
“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir.
[showhide type=”pressrelease” more_text=”Davamı oxu” less_text=”Bağla” ]
Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, həqiqətən, mifik xarakter daşıyır. Buendia ailəsinin bir neçə nəslinin tarixçəsinin özü və bununla yanaşı onun xarakterik xüsusiyyətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların talelərinin qabaqcadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır. Romanda o, Makondonun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəslin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qurmalarda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aşkar fantastik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gülüşü parodiya vasitəsidir. Latınamerikan nəsrinin mifyaradıcı “möcüzənin reallığı”, “magik realizm” romanda Amerikanın təkrarsız simasının yaradılmasının vacib vasitəsi və eyni zamanda özünə bir parodiya kimi çıxış edir.
[/showhide]
KİTABDAN 1SİTAT
Rahat qocalığın sirri tənhalıqla bağlanan vicdanlı müqavilədir

The Secret – Sirr
Müəllif: Rhonda Byrne
Təsviri:
Bu kitab minlərlə insana daha fərqli həyat bəxş edib. Bu kitabda verilən məlumatlar yalnız maarifləndirici xarakter daşıyaraq, səhhətin korlanması zamanı diaqnostika, müalicə və ya hər hansı resept kimi nəzərdə tutulmamışdır.
[showhide type=”pressrelease” more_text=”Davamı oxu” less_text=”Bağla” ]
Bu məlumatlar peşəkar səhiyyə təşkilatlarının məsləhətləri ilə əvəz edilə bilməz. Kitabın məzmunundan istifadə, peşəkar səhiyyə təşkilatları tərəfindən verilən sağlamlıq proqramlarına vacib və səmərəli əlavə kimi məsləhət görülmüşdür.
Ronda Bernin kitabı həyatınızı dəyişmək üçün daha bir şansdır. Onu əldən verməyin.
[/showhide]
KİTABDAN 1SİTAT
Bacara biləcəyini və ya bilməyəcəyinimi düşünürsən- hər iki halda da sən haqlısan.

İçimizdəki şeytan
Müəllif: Səbahəddin Əli
Təsviri:
Türk yazıçısı Səbahəddin Ali Azərbaycan oxucusuna yaxşı tanışdır. Onun “Xəz paltolu madonna”, “Quyucaqlı Yusuf” əsərləri dilimizə çevrilmişdir. Yazıçının “İçimizdəki şeytan” romanı
[showhide type=”pressrelease” more_text=”Davamı oxu” less_text=”Bağla” ]
nakam məhəbbət macərasını xatırladır. Əslində isə əsər Türkiyədəki ziyalıların bütöv bir nəslinin həyat faciəsidir. Qəhrəmanların xarakter və psixologiyası İkinci Dünya müharibəsi ərəfəsində Türkiyədə gedən ictimai-siyasi mübarizə işığında açılır.
[/showhide]
KİTABDAN 1SİTAT
Adamlarda da soruşmadan, araşdırmadan, fikirləşmədən, başlarını işlətmədən hər şeyə inanmaq, heyrətlənmək meyli vardır ki, bu da adamların çox zəif cəhəti olub, dünyada yalançı peyğəmbərlərin meydana çıxması və yaşamaları üçün çox yaxşı şərait yaradır.

Rəqəmsal qala
Müəllif: Dan Brown
Təsviri:
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat
[showhide type=”pressrelease” more_text=”Davamı oxu” less_text=”Bağla” ]
kiberqalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, “Rəqəmsal qala” adlı virusun şifrəsini açmaqda acizdir…
[/showhide]
KİTABDAN 1SİTAT
Heç bir şübhə yoxdur ki,insan beyni hələ də dünyanın ən sürətli kompüterindən mükəmməldir.

Döyüşçü klubu
Müəllif: Çak Palanik
Təsviri:
Bu roman ötən əsrin 90-cı illərində yazılmış ən yaxşı, ən qalmaqallı əsərlərdəndir.
İstehlakçı cəmiyyətdən və Amerika mədəniyyətindəki mərdlik anlayışının dəyişməsindən
[showhide type=”pressrelease” more_text=”Davamı oxu” less_text=”Bağla” ]
getdikcə daha çox narazı qalan baş qəhrəman bu durumla mübarizə aparmaq qərarına gəlir. Bunun üçün radikal psixoterapiya yolunu seçərək gizli döyüşçü klubu yaradır.
Siz bu kitab əsasında çəkilmiş “Döyüşçü klubu” filminə baxmısınızmı? O zaman bu kitabı da oxumanızı tövsiyə edirik.
[/showhide]
KİTABDAN 1SİTAT
Bəzən etdiklərinə görə, bəzən isə etmədiklərinə görə cəza çəkirsən.

Necə danışmalı ki, uşaqlar dinləsinlər, necə dinləməli ki, uşaqlar danışsınlar
Müəllif: Adel Faber, Elaine Mazlish
Təsviri:
Uşaqlarla münasibətlərdə problemlər hər kəsdə olur. “Niyə sən sözə qulaq asmırsan, niyə sən özünü belə aparırsan?” – bu kimi məzəmmətlər hər uşağa tanışdır. Və hər bir valideyn qızından və ya oğlundan cavab ala bilməyəndə bəzən öz acizliyini hiss edir.
[showhide type=”pressrelease” more_text=”Davamı oxu” less_text=”Bağla” ]
Lakin iş orasındadır ki, böyüklər uşağa öz fikirlərini və hisslərini necə çatdırmağı və onu necə başa düşməli olduqlarını hər vaxt bilmirlər.
Bu kitab – uşaqlarla (məktəbəqədər yaşdan yeniyetməlik dövrünədək) necə düzgün ünsiyyət qurmaq barədə məntiqli, anlaşılan, qəşəng və yumor hissi ilə yazılan bir dərslikdir. Heç bir usandırıcı nəzəriyyə olmadan! Bütün ehtimallara qarşı yalnız yoxlanılmış praktik məsləhətlər və çoxlu canlı nümunələr!
Müəlliflər — valideyn-uşaq münasibəti sahəsində dünyada məşhur olan mütəxəssislər — həm öz şəxsi (hərəsinin 3 uşağı var), eləcə də onların seminarlarına gələn çoxsaylı valideynlərin təcrübələrini oxucularla bölüşürlər.
Kitab uşaqlarla tam anlaşılmaya gəlmək istəyən və “nəsillər konfliktləri”nə həmişəlik son qoyan hər bir kəs üçün maraqlı olacaq.
[/showhide]
KİTABDAN 1SİTAT
Özümüzə qarşı mehriban rəftar etməklə uşağımızı da mehribançılığa öyrədirik.
Bənzər mövzular:
Axtarış sözləri: maraqli kitab oxumaq isteyirem,maraqlı kitab adları,maraqlı bədii kitablar,bedii kitablar maraqli,kitab oxu,ən maraqlı kitablar oxumaq,bedii kitab boyukler ucun
