Dedektiv Kitablar başlıqlı bu məqalədə bir-birindən maraqlı 10 dedektiv kitabla tanış olacağıq.. Bu əsərlər öz janrında bestseller kitablar olub kitabsevərlərin könlünü qazanmağı bacarmışdır.
Alternativ əməliyyat
MÜƏLLİF: ELXAN ELATLI
Təsviri:
Qarabağı azad etmək uğrunda 44 günlük Vətən müharibəsi başlayıb. Düşmən isə təkcə cəbhədə, səngərlərdə deyil. Məxfi şöbəyə məlumat daxil olur ki, düşmənlər Azərbaycanda təxribat və qətllər törətmək üçün beş killeri gizli yollarla Bakıya göndərib: atası rus, anası erməni olan bombaçı Oleq Kuznetsov, “Çaqqal” ləqəbli erməni Hoven Novikov, PKK terrorçusu,
[showhide type=”pressrelease” more_text=”Davamı oxu” less_text=”Bağla” ] mahir snayper Dilan Kalkan, milliyyətcə fars olan Rusiya vətəndaşı Altan Fədai və ən təhlükəli killer, atası azərbaycanlı olan Ayxan Asayev… Atasını uşaqlıqdan bəri görməyən, Sumqayıtda yaşayan ögey bacısı ilə şantaj olunan Asayevin vəzifəsi Məxfi şöbənin rəisi Ələmdarı öldürməkdir. Ələmdar Məxfi şöbə əməkdaşlarına agentləri zərərsizləşdirmək tapşırığı verir. Kapitan Gültən Dəmirli – Məxfi şöbənin Vaşaqı öz alternativ əməlliyyat planını təklif edir. O, Asayevi öz tərəfinə çəkməli, digər killerləri onun köməyi ilə zərərsizləşdirməlidir. Bu heç də asan məsələ deyil… Qarabağda isə döyüşlər gedir, evlərə şəhid tabutları gəlir, buna rəğmən ordumuz ard-arda böyük[/showhide]
KİTABDAN 1SİTAT
Uca Yaradan yaratdığı insanlara beyinlərinin dözə biləcəyi qədər eşitmə, görmə, düşünmə qabiliyyəti verdiyi kimi, ürəklərinin dözə biləcəyi qədər də sevmə qabiliyyəti verib.
Alternativ Əməliyyat, Elxan Elatlı
Da Vinçi Şifrəsi
Müəllif: Den Braun
Təsviri:
Leonardo da Vinçi işlərində gizli şifrələr var… Yalnız bu, ağlasığmaz hakimiyyət və qüdrət bəxş edən xristian ziyarətgahlarını tapmağa kömək edər… Bəşəriyyətin əsrlərlə öyrənməyə
[showhide type=”pressrelease2″ more_text=”Davamı oxu” less_text=”Bağla” ]
can atdığı böyük sirrin açarı bəlkə də tapıldı… Müəllif ‘Da vinçi şifrəsi’ romanı üzərində işləyərkən, apardığı tədqiqatların bütün nəticələrini baş qəhrəmanı, din tarixi və ikonoqrafiya üzrə Harrvard Universitetinin professoru Robert Lenqdonun vasitəsilə oxuculara çatdırır…
[/showhide]
KİTABDAN 1SİTAT
Tarix qaliblər tərəfindən yazılır. Və o vaxt ki, iki mədəniyyətin toqquşması baş verir, məğlubun üstündən xətt çəkilir. Qalibsə özünü mədh edən, məğlubu alçaldan tarixi kitablar yazır.
Da Vinçi Şifrəsi, Dan Brown
Şərq Ekspresində Qətl
MÜƏLLİF: Aqata Kristi
Təsviri:
Detektiv ədəbiyyatının klassiklərindən biri olan ingilis yazıçısı Aqata Kristi (1890–1976) 11 yaşında atasını itirmiş və anasının himayəsində böyümüşdü. O, 8 yaşınadək məktəbə getməmişdi, çünki anası bunun əleyhinə idi. Lakin Kristi hələ 4 yaşında yazmağı bacarırdı. Balaca qız istedad və bacarıqlarına görə bacı-qardaşından, yaşıdlarından çox
[showhide type=”pressrelease3″ more_text=”Davamı oxu” less_text=”Bağla” ]
fərqlənirdi. Elə bu istedad və bacarıqlar da onu dünyanın ən məşhur yazıçılarından birinə çevirdi.
«Qolf meydançasında qətl», «Səssiz şahid», «Mavi qatarın sirri», «Qəhvəyi kostyumlu kişi», «Mesopotamiyada qətl» kimi əsərlərin müəllifi olan Kristinin romanları dünyanın əksər dillərinə tərcümə olunub. Onun sevilən və çox oxunan romanlarından biri də «Şərq ekspresində qətl»dir. İçərisində detektiv Puaronun da olduğu qatar güclü qar yağdığı üçün hərəkətini dayandırır. Çox keçmir ki, qatardakı sərnişinlərdən birinin meyiti tapılır. Puaro əmindir ki, bu, qətldir və öncədən planlaşdırılıb. Bundan sonra hadisələr daha da maraqlı istiqamətdə cərəyan edir və ağlagəlməz sonluqla başa çatır.
[/showhide]
KİTABDAN 1SİTAT
Cinayətdə əli olmaq ehtimalıyla qarşılaşan bir adam, nə qədər günahsız olursa olsun, nə edəcəyində çaşıb-qalar və dünyanın ən gülünc işlərinə əl atar.
Şərq Ekspresində Ölüm, Agatha Christie
Rəzalətin Son Həddi
MÜƏLLİF: Çingiz Abdullayev
Təsviri:
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin “Rəzalətin son həddi” əsərində hadisələr keçmiş sovet ölkələrinin birində baş verir. Baş nazirin müavini öz kabinetində ölür. Hökumətdə böyük nüfuz sahibi olan məmurun ölümü o qədər gözlənilməz və müəmmalı olur ki, çoxlarında sui-qəsdə dair şübhələr yaranır. Mərhumun yaxınları öz şübhələrini təntənəli dəfn mərasimindən dərhal sonra dilə gətirir, bu qəfil ölümün səbəblərini üzə çıxarmağa çalışırlar. Onların şübhələri tezliklə
[showhide type=”pressrelease4″ more_text=”Davamı oxu” less_text=”Bağla” ]
öz təsdiqini tapır. Amma ortaya çətin suallar da çıxır. Nazirlər Kabinetinin binasında az qala hər addımbaşı təhlükəsizlik kamerası quraşdırılıb. Baş nazirin müavininin çoxsaylı köməkçiləri və katibələri var. Kənar adamların bu binaya girməsi qəti qadağandır… Yaxşı, bəs mühüm post tutan məmuru necə zəhərləyə biliblər, qatil onun ciddi şəkildə qorunan və daimi nəzarət altında olan kabinetinə necə girib? Dronqo bu suallara cavab tapmalıdır…
[/showhide]
KİTABDAN 1SİTAT
Həyatda tez-tez elə məqamlar olur ki, sən ancaq öz yumruqlarına, dişlərinə, dırnaqlarına, əzələlərinə güvənə bilirsən və bədənin dar ayaqda sənə kömək etməlidir.
Rəzalətin Son Həddi, Çingiz Abdullayev
Qanunsuz Əməliyyat
MÜƏLLİF: Elxan Elatlı
Təsviri:
Zəhərlənmiş Qələm Aqata Kristi (Agatha Christie)
Elxan Elatlının “Qanunsuz əməliyyat” detektiv-macəra romanında söhbət 24 il əvvəl baş vermiş qətlin məxfi agent Gültən Dəmirli tərəfindən yenidən araşdırılmasından və şəhərdə təxribatlar törədən mütəşəkkil terrorçu dəstənin zərərsizləşdirilməsindən getsə də, burada anaya və vətənə məhəbbət, mürəkkəb ailə münasibətləri, qadın psixologiyası, düşmənə nifrət, intiqam eşqi və digər
[showhide type=”pressrelease5″ more_text=”Davamı oxu” less_text=”Bağla” ]
məsələlərə də kifayət qədər yer ayrılıb.
Əsərdə müəllifin “Qan ləkəsi”, “Cəhənnəmdən gələn səs”, “Ən yaxın planet” romanlarından sizə tanış olan Ələmdar Məlikov, qəhrəman polis zabiti Allahverdi Əbilov, general Baratov, Məltəm, Saleh, Ayçöhrə, Əminə arvad və digər obrazlarla bir daha qarşılaşacaq, onların həyatında baş vermiş yeniliklərlə tanış olacaqsınız.
[/showhide]
KİTABDAN 1SİTAT
Axı insan şəxsən öz başına gəlməyincə heç bir kəsin faciəsini dərindən anlaya bilmir.
Qanunsuz Əməliyyat, Elxan Elatlı
13 Səbəb
MÜƏLLİF: Cey Eşer
Təsviri:
Kley Censen məktəbdən evə qayıdıb evlərinin artırmasında üstündə onun adı olan bir poçt bağlaması görür. Bağlamadan Kleyin vaxtilə sevdiyi sinif yoldaşının – iki həftə əvvəl intihar etmiş Hanna Beykerin göndərdiyi bir neçə audiokasset çıxır. Hanna bu kassetlərdə intiharının 13 səbəbini açıqlayır. Səbəblərdən biri də
[showhide type=”pressrelease6″ more_text=”Davamı oxu” less_text=”Bağla” ]
Kleydir. Kley günahının nədən ibarət olduğunu öyrənmək üçün kassetlərə qulaq asmalıdır.Kley Censen Hannanın bələdçiliyi ilə bütün gecəni şəhərin küçələrində dolaşır, nakam sevgisinin dərdini dinləyir, ağrılarını anlayır. Bu onun həyatını, insanlara münasibətini büsbütün dəyişir.
[/showhide]
KİTABDAN 1SİTAT
Heç kim öz hərəkətinin başqalarının həyatına necə təsir elədiyini dəqiq bilmir. Çox vaxt hərəkətlərimizin nələrə aparıb çıxaracağı heç ağlımıza da gəlmir. Amma yenə də düşünülməmiş hərəkətlərə yol veririk.
13 Səbəb, Cey Eşer
Susan Qadın
MÜƏLLİF: Elxan Elatlı
Təsviri:
Detektiv süjet üzərində qurulmuş psixoloji roman ərindən soyuq münasibət görən, aldadılan Əsmər adlı gənc qadının
[showhide type=”pressrelease7″ more_text=”Davamı oxu” less_text=”Bağla” ]
faciəsindən bəhs edir.
Ən incə ailə münasibətlərinə ustalıqla toxunulan, böyük həyəcanla oxuyacağınız əsərdə son dərəcə maraqlı cinayət təhqiqatı ilə yanaşı, məşhur detektiv Qanbay Qasımlının şəxsi həyatında baş vermiş kədərli yeniliklərlə də tanış olacaqsınız.
[/showhide]
KİTABDAN 1SİTAT
Əslində isə mütləq bir qadın gözəlliyi anlayışı yoxdur axı. Qadının gözəlliyi baxan şəxsin kimliyindən, düşüncə tərzi və zövqündən asılı olaraq onun nəzəri ilə qiymətləndirilir. Birinə gözəl görünən başqasına adi, çirkin, hətta iyrənc də görünə bilər.
Susan Qadın, Elxan Elatlı
Şerlok Holmsun Macəraları Tor Körpüsünün Sirri
MÜƏLLİF: Artur Konan Doyl
Təsviri:
5 il əvvəl arvadı və iki uşağı ilə birlikdə Hempşirə köçmüş amerikalı sahibkar mister C.Neil Gibsonun arvadını Tor körpüsünün yaxınlığında qətlə yetirirlər. Onun ovcunda kağız parçası tapılır. Bu kağız uşaqları
[showhide type=”pressrelease8″ more_text=”Davamı oxu” less_text=”Bağla” ]
tərbiyə edən mürəbbiyəyə aiddir. Gənc və gözəl bir qız olan mürəbbiyənin otağında araşdırma aparan xəfiyyələr paltar şkafından tapança tapırlar. Tapançanın kalibri missis Gibsonun ölümünə səbəb olan gülləyə uyğun gəlir. Sanki hər şey aydındır, amma mister Gibson mürəbbiyənin günahkar olmasına inanmır və kömək üçün məşhur detektiv Şerlok Holmsa müraciət edir…
hadisələrini və dəyişikliklərini əks etdirdiyindən, siz də oxuduqca özünüzü o mühitin və dövrün içində hiss edəcəksiniz.
[/showhide]
KİTABDAN 1SİTAT
Məşğuliyyəti dəyişmək ən yaxşı istirahətdir.
Şerlok Holmsun Macəraları Tor Körpüsünün Sirri, Artur Konan Doyl
Okkamanın İnkarı
MÜƏLLİF: Çingiz Abdullayev
Təsviri:
Nəhəng korporasiyanın rəhbərinin oğlu Yeqor Boqdanovski mədə xorasının kəskinləşməsi üzündən vəfat edir – hər halda həkimlər belə iddia edirlər. Sırasında məşhur siyasətçilər, nüfuzlu biznesmenlər, aktyorlar olan yaxınlar buna inanmırlar və ekspert analitik
[showhide type=”pressrelease9″ more_text=”Davamı oxu” less_text=”Bağla” ]
Dronqoya təhqiqat aparması üçün müraciət edirlər. Dronqo öz işinin bilicisi olsa da, hətta o da hökmranlığa vərdiş etmiş, özlərinə hər şeyi rəva görən şəxslər arasında işləməyə çətinlik çəkir.
Onun bütün versiyaları – qisas, qısqanclıq, paxıllıq – təhqiqatın gedişində təkzib olunur. O, artıq öz məğlubiyyətini etiraf etməyə hazırdır, ancaq adi bir xırdalıq, danışıqda keçmiş cəmi bir neçə söz gözlənilmədən cinayətin motivini də, qatilin özünü də faş edir…
[/showhide]
KİTABDAN 1SİTAT
Sadəcə, boş yerə vaxt itirməkdən xoşum gəlmir, Dronqo etiraf etdi, – bizim həyatımız çox qısadır, xoşagəlməz həmsöhbətlər isə dəyərli vaxtımızı alırlar. Deyəsən, Eyzenhauerin sözüdür, əgər xoşbəxt olmaq istəyirsinizsə, sizi qıcıqlandiran insanlar barəsində bir saniyə də olsun düşünmək lazım deyil. Xüsusən belə şəxslərə vaxt da sərf etmək lazım deyil.
Okkamanın İnkarı, Çingiz Abdullayev
On Zənci Balası
MÜƏLLİF: Aqata Kristi
Təsviri:
Kiçik bir ada və bir-birini tanımayan on qonaq…
Naməlum ev sahibi…
Bəs görəsən, hər kəsi bura dəvət edən bu məşum cənab kimdir?
Qonaqların bunu araşdırmağa isə
[showhide type=”pressrelease10″ more_text=”Davamı oxu” less_text=”Bağla” ]
vaxtı qalmır. Patefon valından növbəylə səslənən ittihamlar bütün qonaqlar sanki hakim qarşısında, müttəhim kürsüsündə hiss etməyə vadar edir. Əlqərəz, əsl faciələr də bundan sonra başlanır. Naməlum ev sahibi tərəfindən ittiham olunan qonaqlar qəribə ardıcıllıqla qətlə yetirilirlər. Adada isə onlardan başqa heç kim yoxdur…
[/showhide]
KİTABDAN 1SİTAT
İnsanın öz həyatı təhlükə qarşısında olanda hər şeyə qadir olur.
On Zənci Balası, Aqata Kristi
maraqli kitablar,maraqlı kitablar,bedii kitablar,bədii kitablar,romanlar,Dedektiv Kitablar











One Comment