Sunami haqqında məlumat

Sunami haqqında məlumat

Sponsor

0
(0)

SUNAMİ NƏDİR? NECƏ BAŞ VERİR?

Sunami dəniz və okenanlarda baş verən nəhəng dalğalara verilən addır. Bu söz yapon sözü olub, “Liman dalğası”, “Körfəzdə su” mənalarını verir. Okeanın və ya dənizin dibində baş verən zəlzələlər, vulkan püskürməsi və sonradan baş verən tektonik hadisələr nəticəsində dənizə çatan enerji səbəbiylə uzun müddət təkrarlanan nəhəng dəniz dalğaları meydana gəlir. Bu təbiət hadisəsi nəticəsində isə sunami baş verir.  

Sunamilər Sakit Okeanda tez-tez, digər okean və dənizlərdə isə nadir hallarda baş verir. Açıq okeanda yer qabığının qırılması nəticəsində baş verən sunaminin dalğa uzunluğu yüzlərlə kilometrdir. Sunamini digər qabarma-çəkilmə və su dalğalardan fərqli olaraq daha nəhəng və dağıdıcı olurlar.


SUNAMİNİN YARANMA SƏBƏBLƏRİ

Dənizin dibində baş verən zəlzələ və ya sürüşmə nəticəsində okeanın dibindəki su səthə doğru itələnərək iki istiqamətdə hərəkət edir. Bu dalğalar açıq dənizdə saatda 800 kilometr sürətlə yayılsa da, o həmin anda çox hündür olmurlar. Suyun çox dərin olmadığı yerə çatdıqda dalğalar yavaşlayır. Sürəti birdən azalan dalğa daha da yüksəlməyə başlayır. Dalğanın uzunluğu bəzən 30 metrə çatır. Məsələn, 2004-cü il dekabrın 26-da Hind okeanında baş verən 9.0 bal gücündə zəlzələ nəticəsində yaranan sunamilər 30 metrlik nəhəng dalğaların sahilə çıxmasına səbəb oldu. 10 metrdən böyük dalğalar yaradan sunamilərə meqasunami deyilir. Bu dalğalar Hindistanda 150 mindən çox insanın həyatına son qoyub və yüz milyonlarla dollar dəyərində maddi itkilərə səbəb olub. Tropik siklonlar kimi bəzi meteoroloji şərait, fırtınalar zamanı dəniz çox yüksələrsə, sunamilərə səbəb olan böyük aşağı təzyiq sahələri yarada bilər. 

Yunan tarixçisi Fukidid sunamiləri sualtı zəlzələlər nəticəsində yaranan təbii fəlakət kimi təqdim edən ilk şəxslərdən biri olub. Ancaq 20-ci əsrə qədər sunaminin meydana gəlməsi haqqında çox şey məlum deyildi. Bəs, bu nəhəng su dalğaların meydana gəlməsinə hansı hadisələr səbəb olur? Çox şiddətli zəlzələlər, dənizin altında baş verən vulkan püskürmələri, nüvə partlayışları, meteor düşmələri, tektonik hadisələr nəticəsində dəniz dibinin çökməsi və nəhəng qasırğalar… Bütün bu amillər dəniz və okeanlarda nəhəng dalğaların, yəni sunamilərin əmələ gəlməsinə səbəb olur. 


TSUNAMİNİN ƏTRAFA TƏSİRİ

Sunami haqqinda melumat unami nedir
TSUNAMİNİN ƏTRAFA TƏSİRİ 

Sunami əmələ gəldikdən sonra ətrafa böyük ziyan vurur və çoxlu can və mal itkisinə də səbəb ola bilir. Şiddətli sunamilərin vurduğu zərərlər çox vaxt maddi-iqtisadi baxımdan yüksək olur ki, bu da dövlət büdcəsinə mənfi təsir göstərir, maliyyə itkilərinə səbəb olur və ölkənin inkişafına böyük ziyan vurur.  

Tsunami insanlar üçün birdən çox təbii fəlakət gətirə bilər. Tayfun, yanğın, uçqun və daşqın kimi təbii fəlakətlərlə üst-üstə düşdükdə, qarşısının alınması çətin olan bir fəlakətinə çevrilə bilər.  

sponsor 3

1896-cı ildə Yaponiyada 21 min insanın həyatını itirməsinə səbəb olan Böyük Melji sunamisindən sonra dünyaya elan etdikləri yardım çağırışında yer alan “Tsunami” sözü o vaxtdan dünya dilləri arasında bir termin olaraq daxil olub. 

SUNAMIDƏN NECƏ QORUNMALIQ?

 Sunamidən və digər fəlakətlərdən qoruna bilmək üçün hər bir şəxs təbii fəlakətlər haqqında maarifləndirilməlidir. Hansı ki, bu həm insanın özünü həm digər insanları xilas edə bilməsi baxımından həyati önəmə sahibdir.  

SUNAMİDƏN QORUNMAQ ÜÇÜN GÖRÜLƏCƏK TƏDBİRLƏR:

  • Dəniz kənarında yaşayış məntəqəsi seçənlər, həmin ərazinin torpaq və yamac quruluşu da nəzərə alınmalıdır. 
  • Kiçik bir zəlzələdə sunami baş verə bilər və bu zaman mümkün qədər tez yüksəkliklərə çıxmaq lazımdır. 
  • Təbii fəlakətlər anında necə davranmaq gərək olduğunu bilməli və ilkin tibbi yardım qaydalarını öyrənməli
  • Sunaminin birinci dalğası gəldikdən sonra baş verə biləcək ikinci dalğa daha böyük ola bilər və bu zaman ehtiyat tədbirlərindən imtina edilməməlidir. 
  • Dalğalı sahililərin olduğu yerlərdə, həmçinin seysmik cəhətdən aktiv olan sahil bölgələrində yaşayış və istirahət yerləri salınmamalıdır.  

Sunami haqqında məlumat

Bənzər mövzular:

Axtarış sözləri: sunami haqqında məlumat,sunami nədir, tsunami haqda sunami haqqinda melumat,sunami nedir,ən böyük sunami,yaponiya sunami,sunami haqqinda maraqli melumatlar,sunami sözünün mənası,sunami necə yaranır,sunami haqqinda teqdimat,sunami sozunun menasi

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir