1-ci və 2-ci sinif üçün tapmacalar

1-ci və 2-ci sinif üçün tapmacalar | 1 ci ve 2 ci sinif tapmacalar usaqlar ucun

Sponsor

0
(0)

Tapmacaların faydaları:

✅ Analitik düşünmə bacarıqlarının inkişafını sürətləndirir.
✅ Uşaqların zehni bacarıqlarının inkişafına kömək edir.
✅ Öyrənmə prossesi daha əyəncəli və maraqlı olur.
✅ Uşaqların yaradıcı təfəkkür və məntiqlərini də inkişaf etdirir.
✅ Dostlarına tapmacalar soruşan və ya onlardan tapmacaları həll etmək üçün səy göstərən uşaqlar sosiallaşmaq baxımdan də böyük fayda əldə edirlər.
✅ Valideynlər və uşaqlar arasındakı bağın daha möhkəm təməllər üzərində qurulmasına kömək edir.
tapmacalarin faydalari

Budağından tutmaq olmaz,
Ətrindən doymaq olmaz.

Cavab:Qızılgül

Axşam gedər,
Səhər gələr.
Cavab:Günəş

Alçaq dağdan qar yağır.
Cavab:Ələk

Ovun alsan mırıldar, Sığallasan xoruldar. 
Cavab:Pişik

Rəngbərəngdir gül kimi,
Qanadı var tül kimi,
Uçur bağda, çəməndə,
Çox yüngüldür tük kimi.
Cavab:Kəpənək

Kiçik-kiçik sandıqlar,
İçi dolu fındıqlar.
Cavab: Nar

Ağac başında qırmızı yumaq.
Cavab: Alma

Biri danışır,
İkisi baxır,
İkisi eşidir.
Cavab:Dil, göz, qulaq

Adam belində xallıca ilan.
Cavab:
Kəmər

Mən gedərəm, o qalar.
Cavab:Ayaq izi

Bel sapı, balta sapı,
Bir budaq, beş yarpağı.
Cavab:Əl

Qəndə bənzər dadı yox,
Göydə gəzər, qanadı yox.
Cavab:Qar

Özü ağ, balası sarı.
Cavab:Süd, yağ

Mən gedərəm, o da gedər.
Cavab:Kölgə

İki anası,
Beş-beş balası.
Onu tapmayan,
Ayı balası.
Cavab:Əl və barmaqlar

Barmaqda ilantəhər,
Gözündə yaşıl zəhər .
Cavab:Üzük

O hansı heyvandı anadan saqqallı doğular? 
Cavab:Keçi

Üstü pulcuq,
İçi qılcıq.
Cavab: Balıq

O nədir ki, gecə-gündüz yol gedir.
Cavab: Saat, günəş

Saqqalı uzun sallanar,
Dağa-daşa dırmanar.
Cavab: Keçi

Fındıqdan iri,
Yumurtadan balaca,
Payız vaxtında,
Bəzək verər ağaca.
Cavab:Qoz

1 ci ve 2 ci sinif tapmcalar

Torpaq deyil, daş deyil,
Quru deyil, yaş deyil,
Buynuzu var, qoç deyil,
Qanadlıdır, quş deyil.
Cavab:Kəpənək

Gündüzlər gülər,
Gecə mürgülər,
Ağzına alan,
Yerə tüpürər.
Cavab: Günəbaxan tumu

Biz biz idik, otuz iki qız idik —
Büzüldük, bir taxçaya düzüldük.
Cavab:Dişlər

sponsor 3

Barmağıma ala gözlü,
Sarı ilan sarılıb. 
Cavab:Üzük

O nədi ki, evə girməz,
Sədaqəti eldə gəzər.
Cavab:İt

Ala qapı, zəncir sapı,
Beş budağı, bir yarpağı.
Cavab:Əl

İki kürküm var –
On qardaşa çatar,
Bunu kim tapar?
Cavab: Əlcək

Özü burda,
Saqqalı damda.

Cavab: Tüstü

Ayağı var, əli yox,
Ağızı var, dili yox.
Soyuqlarda gərəkdir,
Boğazı lap dirəkdir.
Cavab:Soba

Qırmızı paltarlı
Ağ saqqallı
Yeni ildə bizə gələr
Uşaqları sevindirər.
Cavab: Şaxta baba

Balaca quyu,
İçindo suyu,
Ağcadan ağdı,
Sarıdan sarı.
Cavab:Yumurta

Salxım-salxım sallanar,
Çox qaldıqda ballanar.
Göydə nərdivan olsa,
Çıxar ordan sallanar.
Cavab:Üzüm

Yağış yağanda,
Çimər,yuyunar.
Yazda geyinər,
Qışda soyunar.
Cavab:Ağac

Kolları gəzər pusa-pusa,
Qıçları uzun, qolu qısa.
Cavab:Dovşan

Bağda görünər gəzər,
Az-az görünər gəzər,
Oxşayır bir yumağa
Qorxuram əl vurmağa.
Cavab:Kirpi

Mənim beş qardaşım var,
Biri hər gün danışar,
İkisi qulaq asar,
İkisi durub baxar.
Cavab:Ağız, qulaq, göz


1-ci və 2-ci sinif üçün tapmacalar

Bənzər tapmacalar:

O nədi ki,
O gözünü yumanda,
Dünya zülmət görünür.
O gözünü açanda
Aləm nura bürünür.

Cavab: Günəş

Axtarış sözləri: 1 ci sinif tapmacalar,tapmaca ve cavablari azerbaycan,tapmacalar ve cavablari,tapmacalar və cavabları,tapmacalar ve acmasi,azerbaycanca tapmacalar, asan tapmacalar,uşaq tapmacaları və cavabları,usaqlar ucun tapmacalar,tapmaca usaqlar ucun,uşaqlar üçün tapmacalar,tapmaca uşaq üçün, 2 ci sinif tapmacalar, tapmacalar 1 ci sinif ucun

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir