Asan tapmacalar və cavabları

Tapmacalar insanı düşündürür və beynini inkişaf etdirir. Xüsusən də uşaqların zəkasını gücləndirir və onları fərqli düşünməyə vadar edir..


Suda bitər,
Suda itər.
Cavab: Buz

O yanı qaya,
Bu yanı qaya,
İçində sarı maya.
Cavab: Yumurta

Ayağı yoxdur qaçır,
Qanadı yoxdur uçur.
Cavab: Bulud

Özü dəmirdən,
Quyruğu kəndirdən.
Cavab: İynə

Saqqalı uzun sallanar,
Dağa-daşa dırmanar.
Cavab: Keçi

O nədi ki, özü var, kölgəsi yox?
Cavab: Su, alov

Tap tapmaca,
Qulaqları yappaca,
Yatanları oyadır,
Süleyman papaqlıca.
Cavab: Xoruz

O nədi ki, iynəsi çoxdu,
Sap yeri yoxdu.
Cavab: Kirpi

Ayağı var, əli yox,
Ağızı var, dili yox.
Soyuqlarda gərəkdir,
Boğazı lap dirəkdir
Cavab: Soba
.

Ovun alsan mırıldar,
Sığallasan xoruldar
Cavab: Pişik.

Uzun qız tək ayaqlı,
Yumarlanar lovğa gəzər,
Gedib-gəlib xamır əzər.
Cavab: Oxlov

Axşam gedər,
Səhər gələr.
Cavab: Günəş

Özü ağ, balası sarı.
Cavab: Süd, yağ

Axşam açılır,
Səhər yığılır.
Cavab: Yorğan-döşək

O nədir ki, başın kəsməsən yeriməz.
Cavab: Qələm

Sudan çıxıb daş deyil,
Qanadlıdı, quş deyil.
Cavab: Balıq

Əzilməz,
Üzülməz,
Süfrəyə
Düzülməz.
Cavab: Daş

Uzaqdan baxdım yaman çox.
Yanına getdim, heç nə yox.
Cavab: Duman

Su içində od.
Cavab: Samovar

Bulud-bulud içində,
Ay da bulud içində,
Göydən yerə od yağdı,
Biz də yandıq içində.
Cavab: Günəş

Asan tapmacalar və cavabları

Dili yoxdu, dilləndirir,
İnsanı elmləndirir.
Cavab: Kitab

O nədi ki, yeməyi benzindi,
Ayaq rezindi.
Cavab: Avtomobil, avtomaşın

Heyva kimi sapsarı,
Nə heyvadı, nə darı.
Bir ağacdan dərərəm,
Ləzzətini görərəm.
Cavab: Armud

Bir ağacım var, iki budağı.
Cavab:  Adam qolu

Mən baxıram, o da baxır.
Cavab: Güzgü

O nədi ki, kök atar, yarpaq çıxarmaz.
Cavab: Göbələk

Həyətdə dağ,
Pambıqdan ağ,
Evə gələr,
Suya dönər.
Cavab: Buz, qar

Boyu uzun sayaqdı,
Sahibinə dayaqdı.
Cavab: Ayaq

O nədir ki, gecə-gündüz yol gedir.
Cavab: Saat

Atamın yeddi oğlu var,
Yeddisi də bir boyda.
Cavab: Həftə günləri

Mən gedirəm, o da gedir,
Mən gəlirəm, o da gəlir.
 Cavab: Kölgə

O nədir ki, oxu da tük, yayı da tük.
Cavab: Kirpiklər və qaş

Alçaq dağdan qar yağır.
Cavab: Ələk

O nədir ki, bədəni içəridə,
Başı eşikdə.
Cavab: Mıx

O nədi ki,
Samanı uçur,
Dənəsi qalır.
Cavab: Buğda

Özü qara, sözü ağ.
Cavab: Yazı lövhəsi

O nədi ki, işığı var, istisi yox.
Cavab: Ay

O nədir ki, yer-göy onun içindədi.
Cavab: Göz

O nədir ki, baldan şirindi, zəhərden acı?
Cavab: Dil

Tutdum quyruğundan,
Çıxmadı buyruğumdan.
Cavab: Çəkic

O nədir ki, hər yana işıq salar.
Öz dibinə yox.
Cavab: Lampa, Çıraq

O nədir, nəfəssizdi,
Bülbüldü, qəfəssizdi.
Uçanda quş tək uçar,
Canı yox, nəfəssizdi.
Cavab: Təyyarə


O nədi ki,
O gözünü yumanda,
Dünya zülmət görünür.
O gözünü açanda
Aləm nura bürünür.
 Cavab: Günəş

Bənzər Sözlər:


Axtarış sözləri: tapmaca ve cavablari azerbaycan,tapmaca və cavabları,tapmacalar cavablar,tapmacalar ve cavablari,tapmacalar və cavabları,azerbaycanca tapmacalar,tapmacalar ve acmasi,asan tapmacalar,uşaq tapmacaları və cavabları,usaqlar ucun tapmacalar,tapmaca usaqlar ucun,uşaqlar üçün tapmacalar,tapmaca uşaq üçün

Leave a Reply

Your email address will not be published. Required fields are marked *