[quads id=7]

Yadplanetlilər haqqında məlumat və nəzəriyyələr

Yadplanetlilər haqqında məlumat və nəzəriyyələr
0
(0)

Mövzu başlıqları

Yadplanetlilər nədir?

Yadplanetlilər digər planet və ulduzlarda yaşadığı güman edilən naməlum varlıqardır.
Yadplanetlilər və UFO-lar (Naməlum Uçan Obyektlər) illərdir insanların maraq və təxəyyülünü cəlb edən, əfsanələrlə yanaşı bir çox müzakirələrə səbəb olan mövzudur. Ancaq bu mövzuda bir çox iddia və miflər elmi araşdırmalarla ziddiyyət təşkil edir. İş o yerə çatıb ki, indiyə qədər ortaya atılan və ya yaşanan heç bir yadplanetli hekayəsinin elmi izahı verilməyib. Bəzi iddiaçılara görə, yadplanetlilər yalnız insanları qorxutmaq və idarə etmək məqsədilə yaradılmış bir uydurmadır.

Bununla belə, ən məşhur və maraqlı film ssenariləri məhz yadplanetlilər haqqında yazılıb.

Ucsuz-bucaqsız kainatda, digər planet və qalaktikalarda həyat imkanlarını rədd edib, yalnız həyatın yerdə olduğunu iddia etmək, adi taxıl zəmisinə milyonlarca toxum səpib, onlardan yalnız birinin cücərəcəyinə ümid etmək kimi absurddur.

Astronomlar Samanyolu Qalaktikasında Yerə bənzər 40 milyard planetin ola biləcəyini təxmin edirlər. Onlar,Günəş sistemimizdən kənarda olan 3800 planeti araşdıraraq bu proqnozu vermişlər. Alimlər və astronomların fikrincə bu sonsuz kalaktikada tək yer kürəsində həyatın olması ethimalı çox aşağıdır. Hətta, insanlıqdan daha üstün texnologiyaya sahib inkişaf etmiş varlıqların olması ehtimalı da yüksəkdir.

Fermi Paradoksu

Yadplanetlilər haqqında məlumat və nəzəriyyələr
Yadplanetlilər haqqında məlumat və nəzəriyyələr

Kainatda qabaqcıl yadplanetlilərin olma ehtimalına baxmayaraq, niyə belə sivilizasiyalarla hələ də əlaqə saxlamadığımızı sual altına alan bir sıra fundamental iddialar vardır ki, bununla bağlı Fermi Paradoksu yaranmışdır. Fizikçi Enriko Fermi tərəfindən irəli sürülən paradoks bu qədər böyük bir kainatda qabaqcıl yadplanetlilərin mövcudluğunun niyə açıq şəkildə müşahidə edilmədiyini soruşur. Əgər bu sivilizasiyalar mövcuddursa, biz niyə ünsiyyət qura bilmirik? Bəlkə də onlarla təmas qurulub ancaq dövlətlər hələ bəyan etmir?
Fermi paradoksunun əsas iddiaları bunlardır:

  1. Böyük Kainat: Kainat son dərəcə böyükdür – qalaktikalar milyardlarla ulduzu və planeti ehtiva edir, bu da inkişaf etmiş yadplanetlilərin mövcudluğunu olduqca mümkün edir. Belə böyük bir kainatda yerdən kənar canlıların tapılma ehtimalı kifayət qədər yüksəkdir.
  2. Texnoloji inkişaf: Dünya sivilizasiyası texnoloji cəhətdən sürətlə irəlilədiyi halda, digər yadplanetlilərin də eyni texnoloji inkişafı yaşadığı güman edilir. Buna görə də qabaqcıl yadplanetlilər ulduzlararası səyahəti mümkün etmək üçün texnologiyaya sahib olmalıdırlar.
  3. Geniş Qalaktika : Bir çox nəzəriyyələr qabaqcıl sivilizasiyaların qalaktikada digər ulduz və planetləri müstəmləkə vəziyyətinə saldığını irəli sürür. Bu nəzəriyyəyə əsasən üstün texologiyaya sahib yadplanetlilər digər dünyalarda koloniyalar qurur, onların gücündən və enerjisindən istifadə edir. Halbuki böyük qalaktikada belə müstəmləkəçiliyin bu cür əlamətləri hələ müşahidə olunmayıb.
  4. Texnologiyamızın Sərhədləri: Fermi Paradoksu eyni zamanda kainatı kəşf etməkdə öz texnoloji qabiliyyətlərimizin məhdud ola biləcəyi ehtimalını nəzərdən keçirir. Ola bilsin ki, yadplanetli sivilizasiyalar texnoloji cəhətdən bizdən çox əvvəl və ya çox sonra mövcud olub və buna görə də ünsiyyət qura bilmirik. Yəni texnoloji imkanlarımız yadplanetliləri tapmağa və əlaqə qurmağa kifayət etmir.

Fermi Paradoksu kainatda həyatın mövcudluğu və qabaqcıl yadplanetli sivilizasiyaların mümkünlüyü ilə bağlı böyük suallar doğurur və hələ də həll olunmamış bir sirr olaraq qalır.

2004-cü ildə The National Geographic Channel-də yayımlanan proqramda, dünyaca məşhur fizikçi Stiven Hokinq insanlarla yadplanetlilərin təması haqqında bunları demişdir:

Bunun bir fəlakət olacağını düşünürəm. Ehtimalən yadplanetlilər bizdən xeyli inkişaf etmiş olacaqlar. Planetimizdə inkişaf etmiş irqlərin nisbətən az inkişaf etmişlərlə qarşı-qarşıya gəlməsinin tarixi ürəkaçıcı deyil. Həm də ki, onlar eyni növə mənsub olub. Zənnimcə biz gözə dəyməməyə çalışmalıyıq

Yadplanetlilər və UFO hadisələri

Los Anceles döyüşü zamanı UFO hücumu şübhəsi

Yadplanetliler haqqinda melumat
Yadplanetliler haqqinda melumat ufo

1942-ci il fevralın 25-nə keçən gecə Los-Ancelesdəki ictimai və hərbi şəxslər səmada böyük bir təhlükənin olduğunu düşündülər. Bir çox insan düşmən hücumunun baş verdiyini düşünərək panikaya düşdü. Bu çaxnaşmaya səbəb şəhərin üzərində görünən naməlum obyektlərin olması, eləcə də hava hücumu ehtimalı ilə bağlı geniş yayılmış qorxu və narahatlıq olub.

Bunun üzərinə ABŞ ordusu və donanması səmada obyekti izləməyə başlayıb və şəhəri qorumaq üçün hava hücumundan müdafiə tədbirləri görüb. Sahil əraziləri və müdafiə obyektləri bağlanıb. Bir çox hava hücumundan müdafiə silahları hazır vəziyyətə gətirildi.

Sol üst fotoda hadisəni əks etdirən qəzet çapı var.
Lakin hadisədən sonra nə düşmən hücumu, nə də düşmən təyyarəsinin qəzaya uğraması ilə bağlı heç bir fiziki sübut tapılmadı. İnsidentin səbəbi sonradan ictimaiyyətin müharibə zamanı stress səviyyəsinin yüksək olması və müharibə narahatlığı ilə əlaqələndirildi. Çoxları bu hadisənin müharibənin gərginliyi ilə bağlı olduğunu düşünürdü.

Daha sonra hadisənin UFO-lar və ya düşmən təyyarələri tərəfindən törədildiyini iddia edən bəzi nəzəriyyələr ortaya çıxdı, lakin bunların elmi olaraq təsdiqi mümkün olmadı. Los-Anceles Döyüşü ümumiyyətlə “müharibə zamanı çaxnaşma hadisəsi” hesab olunur, baxmayaraq ki, bəzən UFO nəzəriyyələrinin bir hissəsi kimi istifadə olunur.

Roswell UFO hadisəsi

Yadplanetliler haqqinda melumat ufo
Yadplanetliler haqqinda melumat ufo

1947-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatının Rosvel şəhərində UFO-nun qəzaya uğradığı iddia edilir. Başlanğıcda ABŞ Hərbi Hava Qüvvələri bu obyekti hava şarı kimi tanısa da, sonradan bəziləri bunun UFO olduğunu iddia edib.

Komplo nəzəriyyələri və Rosvel hadisəsi ətrafında sui-qəsd fikirləri məşhur medianın diqqətini cəlb etməkdə davam edir. Baş verənlər “dünyanın ən məşhur, ən dərindən araşdırılmış və təkzib edilmiş UFO iddiası” kimi təsvir edilmişdir.

American Hill cütlüyünün yadplanetlilər tərəfindən qaçırıldığı iddiası

1961-ci ildə Nyu-Hempşirdə yaşayan Betty və Barney Hill adlı cütlük UFO tərəfindən qaçırıldığını və yadplanetlilərlə əlaqə saxladıqlarını iddia etdilər. Bu hadisə insanların ilk dəfə yadplanetlilərin qaçırılması ilə üzləşdiyi üçün ictimaiyyətin diqqətini çəkdi.

UFO iddiasının saxta foto olduğu ortaya çıxdı

1981-ci ildə Floridada yaşayan Ed Walters adlı şəxs səmada daim UFO gördüyünü və bu obyektlərin fotoşəkillərini çəkdiyini iddia etdi. Lakin sonradan bir çox insan bu fotoların saxta olduğunu və Uolterin onları plastik UFO modellərindən istifadə edərək çəkdiyini açıqlayıb.

Qədim astronavt nəzəriyyələri

Bəzi tədqiqatçılar hesab edirlər ki, qədim sivilizasiyalar piramidalar, məbədlər və digər tikililər tikmək üçün yadplanetlilərin texnologiyasından istifadə ediblər. Hətta bəzi araşdırmaçılara görə, insanlığın inkişafı və təkamülündə, ilk ixtira və kəşfləri etməsində, yadplanetli varlıqların böyük rolu olmuşdur. Bu nəzəriyyəyə görə, qədim sivilizasiyaların qabaqcıl texnologiya ilə yadplanetlilərlə əlaqə saxladığına dair sübutlar axtarılır. Çünki hələlik bu mövzuda elmi araşdırma yoxdur.

Meksikada yadplanetlilərin fosilləri iddia edilir

Yadplanetliler haqqinda melumat ufo
Yadplanetliler haqda melumat ufo uzaylı

Nəhayət, son zamanlar media tərəfindən yaxından izlənilən yeni bir yadplanetli xəbəri var. Mexikoda Konqresdə keçirilən dinləmələrdə “insan olmayan” olduğu iddia edilən iki varlığın qalıqları təqdim edilib. Jurnalist və ufoloq Jaime Maussanın təqdim etdiyi ‘cəsədlərin’ yerdən kənar fərdlərin 1000 illik qalıq qalıqları olduğu iddia edilib. Lakin bu iddia elmi araşdırma ilə sübuta yetirilməyib.

NASA-nın UFO açıqlaması

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) “naməlum uçan obyektlər” ilə bağlı hesabatını paylaşıb. NASA, xalq arasında UFO kimi tanınan bu uçan obyektləri araşdırmaq üçün qurulan idarə heyəti, UFO-ların kosmosdan gəldiyinə dair heç bir dəlil olmadığını bildirdi. NASA-nın missiyasının bu “naməlum obyektləri” öyrənmək olduğuna diqqət çəkən təşkilat, bu mövzuda araşdırmaların davam edəcəyini və yeni tapıntıları şəffaf şəkildə paylaşacaqlarını vurğuladı.

NASA indi rəsmi olaraq UFO terminini UAP (Naməlum Anomaliya Fenomenləri) ilə əvəz etdi. O, qəbul edir ki, UAP-lar naməlum, lakin elmi izahı mümkün olmayan hadisələrdir.

NƏTİCƏ:
Yadplanetlilərin mövcudluğu, olamama ehtimalından daha yüksəkdir. Bir şeyin elmi sübutun olmaması, onun mövcud olmadığı mənasına gəlmir. Yadplanetlilər arasında əlbət ibtidai formada yaşayanlar və insanlıqdan daha yüksək inkişaf mərhələsinə çatmış olanlar vardır. Yadplanetli varlıqlar təmas və əlaqə gec-tez qurula bilər. Əsas məsələ, bunun dünyaya və insanlığa necə təsir edəcəyidir.


Bənzər mövzular:

sponsor 3

Axtarış sözləri: yadplanetliler haqqinda melumat 2024,nasa yadplanetliler haqda,yadplanetliler nedir,yadplanetlilər haqqında məlumat,yad yadplanetlilər haqda,NASA UFO

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir