Mənalı Atalar Sözləri

Atalar sozleri menali, menali atalar sozu atalar sözleri,atalar sozleri usaqlar ucun,atalar sözü və məsəllər
2.7
(3)

Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.

Atalar Sözü

Göz sevəni könül də sevər.

Cəsarət səadətin yarısıdır.

Zər qədrini zərgər bilər.

Ağac kölgəsiz оlmaz, insan sevgisiz.

Yaşamaq üçün ye, yemək üçün yaşama.

Az olsun saz olsun.

Cəfa çəkməyən səfa görməz.

Vaxtı itirsən hədər, görərsən böyük zərər.

Vərdişlər əvvəlcə hörümçək toru kimi olurlar, sonra isə qalın iplərə dönürlər.

Qızıl yerdə qalmaz, yaxşılıq yolda.

Ağıllı düşmən axmaq dostdan yaxşıdır.

Cahil ilə bal yemə, ahıl ilə daş daşı.

Doğru qapıdan gələndə, yalan bacadan qaçar.

Su gəldiyi arxa bir də gələr.

Ağlı qısa olanın dili uzun olar.

Xəsisin qarnı doysa da gözü ac olar.

Nadanın düşməni özüdür.

Doğru elə bilər, hamı doğrudu, əyri elə bilər, hamı əyridi.

Çox söz yalansız, çox pul haramsız olmaz.

Nə yada sirrini ver, nə namərdə bel bağla.

Su axar, çuxurun tapar.

sponsor 3

Mənalı Atalar Sözləri

Pis işin qarşısını alıb günahı bağışlamaq, yaxşı iş görüb savab eləməyə bərabərdir.

Atalar Sözü

Sevgisiz insan cilalanmamış almaz kimidir.

Ağıllı qadın kişinin sağ biləyidir.

Qızıl odla, qadın qızılla, kişi qadınla sınanar.

Hesabı doğru olanın alnı açıq olar.

Öküzü buynuzundan, adamı sözündən tutarlar.

Acı danışan şirin söz eşitməz.

Nəzakət kobudluqdan, haqlı haqsızdan güclüdür.

Pul kəsəni qılınc kəsməz.

Elmin gücü, Yıxar bürcü.

Təhsilsiz insan, cilasız aynaya bənzər.

Yaxşı kitab yaxşı dostdur.

Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər.

Vaxtsız açılan gül tez solar.

Dərin olan quyu deyil, qısa olan ipdir.

Elin gücü bir olsa, düşməni dara çəkər.

Qırılan ağacdan hərə bir budaq qoparar.

Zəfər gələndə bütün çaqqallar dönüb şir olur.

Roma bir gündə qurulmadı.

Özgənin yaman gününə gülən öz gününə ağlayar.

El eybini sənə söyləyən sənin də eybini elə söylər.

Yalnız bir dəli suyun dərinliyini iki ayağı ilə ölçməyə səy göstərər.

Ölmüş atın nalı sökülər, dilsiz elin – başı.

Oyun bitdikdə, şah da piyada da eyni qutuya qoyulur.

Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə  pul saxla, savaşanda barışmağa üz saxla.


Dünyada qüsursuz iki insan vardır. Biri ölmüşdür, o biri isə doğulmamışdır.

Atalar Sözü

Bənzər Sözlər:


Axtarış sözləri: Atalar sozleri menali, menali atalar sozu atalar sözleri,atalar sozleri usaqlar ucun,atalar sözü və məsəllər,maraqlı atalar sözleri,atalar sözləri və məsəllər,atalar sozleri statuslar,menali atalar sozleri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 2.7 / 5. Səs sayı: 3

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir