[quads id=7]

Ana dili haqqında atalar sözləri və aforizmlər

ana dili haqqinda atalar sozleri aforizmler ana diline aid sozler
3.5
(2)

Ana dili haqqında atalar sözləri


Ana dili Ana qədər əziz və doğmadır.

Atalar sözü

Dünyada ən acı və ən şirin şey dildir.

Dil ürəyin açarıdır.

Dildən acı, dildən şirin şey yoxdur.

Lalın dilini anası bilər.

Söz danış, söz eşit.

Ağıl, ağıldan keçər, söz danışıqdan ötər.

Söz bir olsa, dağ oynayar yerindən.

Ürəyi dolu olanın dili uzun olar.

Sözü məqamında deyərlər.

Söz danışıqdan keçər.

Anlayana bir söz bir kitabdır.

Söz insanın vuran əlidir.

Sözü ağzında bişir, sonra çıxart.

Qulağı açan dil olur, dilsiz qulağ kar olur.

Atalar sözü

Qaşa baxma, gözə bax, ağızdan çıxan sözə bax.

Sözü olana dil ver, söz eşidənə qulaq ver.

İnsanın dili sandıq, dodaqları qıfıl olmalıdır.

Söz qılıncdan kəsərlidir.

Şirin dilin olsun, qoruyan sözün olsun.

Qılınc yarası sağalar, dil yarası sağalmaz.

Zaman keçər, söz qalar.

Meydan bizim, söz sizin.

sponsor 3

Acı dilin yarası qılınc yarasından pis olur.

İnsan ölər, söz qalar.

Söz var kəsər savaşı, Söz var kəsdirər başı.

At olmasa, yol olmaz, dil olmasa, el olmaz.

Eldən qalan dil olsun, seldən qalan iz olsun, oddan qalan kül olsun.

Atalar sözü

Ana dili haqqında aforizmlər

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.

– Heydər Əliyev

Dil fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra bilir. .- Əbu Turxan

Dil də torpaq kimidir; münbit olmasa, fikir cücərməz.- Əbu Turxan

Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır. Hüseyn Cavid

Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. – Heydər Əliyev

Dil millətin böyük hissəsidir. Onun zahiri və batinidir. Millətləri biri-birindən ayıran ən böyük əlamət, iştə bu dil damğasıdır.

-Məhəmməd Əmin Rəsulzadə

Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir. – Humboldt.

Dil keçmiş nəsillərin düşüncəsinə biçilmiş libasdır. O, indiki nəslə dar da gələ bilər, gen də. -Əbu Turxan

İnsanın dili olmasa, insan söz söyləməsə, surətə bürünmüş bir varlıqdan, yaxud başı açıq buraxılmış otlayan bir heyvandan onun fərqi varmı? -Əli bin Əbu Talib

Kim özgə dili ilə tanış deyilsə, öz dili haqqında da heç nə bilmir. -Yohann Volfqanq Göte

Öz ana dilini bilməyənlər şikəst adamlardır! – Heydər Əliyev

Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. – Heydər Əliyev

Həqiqətən dil milləti hər şeydən daha gözəl təmsil edir. Millət dil vasitəsi ilə bütün məziyyət və mövcudiyyətini ərz edə bilir. Adəm oğlunun sözü bəzi riyazi və fənni məfhumları andıran əlcəbr və ya kimya əlamətləri kimi ölü hərflər deyildir. Onun qanı, canı vardır. Millətlə bərabər doğar, onunla bərabər yaşar, tərəqqi edər. -Məhəmməd Əmin Rəsulzadə


Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: – ana dilimizi – vicdanımızı – Vətənimizi.

– Şah İsmayıl Xətai

Bənzər Sözlər:


Axtarış sözləri: ana dili haqqinda atalar sozleri,ana dili haqqında aforizmlər,azərbaycan dili haqqında atalar sözləri,azərbaycan dili haqqında aforizmlər,heyder eliyevin azerbaycan dili haqqinda kelamlari,ana dilinə aid atalar sözləri,ana dilinə aid aforizmlər,azerbaycan diline aid aforizmler, Ana dili haqqında atalar sözləri və aforizmlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.5 / 5. Səs sayı: 2

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir