[quads id=7]
Vətənə aid uşaq şeirləri Vətən şeirləri vətən haqqında
4.2
(94)

Vətənə aid uşaq şeirləri

Mənim doğma vətənim şeiri

Müəllif: Mina Rəşid.

Azərbaycan adlanır
Mənim doğma vətənim.
Azərbaycan dilidir
Mehriban ana dilim.

Vətənimin paytaxtı
Yaraşıqlı Bakıdır.
Möhtəşəm Qız qalası
Bakının baş tacıdır.

Bayrağım üçrənglidir
Qırmızı, yaşıl, mavi.
Mənim nağıllarımda
“Cırtdan” aldadır “Div”i.

Dinim İslam dinidir
Vətənim Odlar yurdu.
Torpağımı qoruyur
Böyük, güclü bir ordu.

~~♡~~

Vətən şeiri

Müəllif: Abdulla Şaiq.

Sən ey gözəl vətənim,
Yurdum, yuvamsan mənim,
Səndə xoş ömür sürür
Sevilənim, sevənim.

Sənsən yanan çırağım,
Yurdum, yuvam, ocağım,
Havam, suyum, torpağm.
Bağım, tarlam, çəmənim.

Səni duymaz hər yetən,
Eşqin çıxmaz könüldən.
Böyük anam sənsən, sən!
Varlığımsan sən mənim.

Sənindir çırpan ürək,
Səndən doğar hər dilək,
Nə gözəlsən, nə göyçək
Sən, ey ana Vətənim!

~~♡~~

“Vətən sevgisi” şeiri

Müəllif: Solmaz Şirin.

Vətəni çox sevirəm
Anam kimi əzizdir.
Anama və Vətənə
Məhəbbətim dənizdir.

Qucağında ananın,
Şən qoynunda Vətənin
Bəslənirik fərəhlə,
Vətən mənim, həm sənin.

Qorumasaq Vətəni,
Qalarıq biz Vətənsiz.
Yuvasız bir quş kimi
Ölərik biz Vətənsiz.

~~♡~~

Vətən nədir?! şeiri

Müəllif: Ümid Sadə.

Vətən nədir?-Anlayana ana deməkdir.
Ana kimdir?- Bizə vətəni anladan.
Vətən nədir?- Ümman yeri,ümid deməkdir.
Ümid nədir?- Bizi sabahlara aparan.

Vətən nədir?- Nurlu sabah deməkdir.
Sabah nədir?-Bir addım da irəli.
Vətən nədir?-Get, irəli demekdir.
Qarabağa doğru,Qarabağa irəli.

Vətən nədir?- Qarabağdır, Təbrizdir,
Çünki onlar, vətənçün can deməkdir.
Yenə soruşsanki bu vətən nədir?
Bilki, Vətən- AZƏRBAYCAN deməkdir.

sponsor 3

~~♡~~

Vətənimiz şeiri

Müəllif: Hikmət Ziya.

Gözəl ayın, ilin vardır,
Etibarlı elin vardır.
Söyləyirik fərəhlə biz:
-Yaşa, yaşa, Vətənimiz!

Bizimkidir göy dənizlər,
Uca dağlar, geniş düzlər…
Sevimlisən sən hər zaman,
Ayrılmarıq torpağından.

Sən baharsan, biz çiçəyin,
Daha xoşdur gələcəyin.
Anamızsan dogma, əziz-
Vətənimiz! Vətənimiz!

~~♡~~

Vətənim şeiri

Müəllif: Nigar Rəfibəyli.

Mən sənin torpağından
Boy atmışam, Vətənim…
Dirçəlmişəm, qalxmışam,
Dənli sünbül olmuşam.
Eşqini ürəyimdə
Ya şatmışam, Vətənim.
Min nəğməli, min sözlü
Coşqun könül olmuşam.
Mən səndən öyrənmişəm

Eşqi də, nifrəti də.
İnsana, təbiətə
Sonsuz məhəbbəti də…
Bir gün sinəmdə əgər,
Çırpınmasa bu ürək,
Torpağın altda belə
Sənin böyük eşqinlə
Həmişə döyünəcək…

Bənzər mövzular:
Zəfər gününə aid şeirlər
Uşaq Şeirləri
Azərbaycana Aid Şeirlər

Axtarış sözləri: uşaqlar üçün vətən şeirləri, uşaqlar üçün vətən şeiri,veten seirleri usaqlar ucun,
veten seiri usaqlar ucun, veten seiri usaq ucun,veten haqqinda seir usaqlar ucun,
vetene aid usaq seirler,vətən şeiri uşaqlar üçün

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 94

İlk səs verən sən ol!

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir