Şəhidlərə Aid Şeirlər sehidler haqqinda seirler sehidlere aid

Sponsor

4.2
(597)

Mövzu Başlıqları

Şəhidim şeiri

Müəllif: Narıngül Nadir

Yoluna su səpim, göz yaşı sıxım?
Çəkməndə torpaq var, torpaq, bir sıxım…
Ver, əsgər çəkməni köksümə sıxım,
Çəkməsində çiçək bitən şəhidim.

Ayağın yerdədir, yolun göylədi,
Göydən ulduz uçdu, yaram göynədi.
Xəbərin oldumu o qız neylədi –
Dönüb üfüqlərdə itən şəhidim?

İgid Poladımla hər an qoşasan,
Sən elə Ağdamsan, elə Şuşasan.
Can fəda etdin ki, vətən yaşasın,
Bayrağa bürünüb ötən şəhidim.

Torpağa qan səpdin, torpaq oyandı,
Qanın çiçəklədi, bu necə qandı?
Yazdın ki, Qarabağ Azərbaycandı!
Sən elə vətənsən, vətən, şəhidim!

Şəhid anası şeiri

Müəllif: İlham İdrisoğlu.

Titrək əllərinlə alıb şəklini
Ah çəkib ağlama, şəhid anası!
Dizlərin üstünə əyib belini
Sellər tək çağlama, şəhid anası!

Baxırsan gəldiyi cığıra,izə.
Quzu otardığı çəmənə, düzə.
Yaralı könlünü hey üzə-üzə,
Dünyanı dağlama, şəhid anası!

Ruhu ildrımda, şimşəklərdədir,
Qarabağdan əsən küləklərdədir,
Həsrətli, ümüdlü ürəklərdədir,
Çox matəm saxlama, şəhid anası!

Nə deyim, nə yazım, qələmim donur?
İlhamın dünyası odlanır, yanır.
Sənin dözümündən yağılar sınır,
Qara şal bağlama, səhid anası!

Şəhid Qızı şeiri


Onu mənə xatırladır.
Bu torpağın hər qarışı.
Onun adı şəhiddir.
Mənim adım şəhid qızı.
Axı söz vermişdim ona.
Axıtmaram tək bir damla
Gözyaşlarım qulaq asmır
Qəlbimdəki yaralara.
Əsla ölməz şəhidlər!!
deyərdi mənim atam.
Bəs indi hardasan ??
Ay mənim şəhid atam.
Atam hanı fəryadıma
Niyə heç kim cavab vermir?
Sarılanda gülümsəyən o şəklinə
Niyə sənin səsin gəlmir?
Sarılmış üçrəngli bayrağına
Gül qoxan tabutuna
Baxanda gözüm dolur
Qürurdan gözüm dolur, acıdan gözüm dolur
Baba belə oturma kədərli
Əmi baxma bələ qəmli-qəmli
Axı ata həsrətindəyəm.
Nənə dik tut başını,ana sil göz yaşını
Axı şəhid qızıyam mən.
     

Salam, şəhid anası şeiri

Salam, şəhid anası!
Mən də sənin bir balan.
Olmasam da qəhrəman
Şuşa, Kəlbəcər alan.

Sənin oğlun tapşırıb,
Səni mənə yol aldı.
Məhz onun sayəsində
Ordumuz zəfər çaldı.

Salam, şəhid atası,
Sən necə qürurlusan.
Dağ boyda oğlun gedib,
Yenə də dik durmusan.

Ağappaq saçlarından,
Nur saçılır, nur, ata.
Hər zaman qürurlu ol,
Həmişə dik dur, Ata!

Salam, şəhid bacısı,
Dağ gördün, dağ itirdin.
Üzü nurlu bir igid,
Arxa, dayaq itirdin.

İndi bütün igidlər,
Qardaşındir, ay bacı,
Sən şəhid bacısısan
Sənə yoxdur tay, bacı.

Salam, şəhid qardaşı,
Yaş tutmasın gözünü,
Hər an şəhid olmağa,
Hazır elə özünü.

Sənin qardaşın, sonra,
Mənim qardaşım gedər.
Sonra mən, sonra da sən
Sonra bütün igidlər.

Salam, şəhidin yarı,
Bilirəm darıxırsan,
Bir ümid, gələr deyə
Pəncərəyə baxırsan.

Bilirsən gəlməyəcək
Yol yoxdur daha geri
Şəhid olub igidin
Cənnətdir onun yeri.

Sən, ey şəhid övladı,
Boynunu bükmə qəti,
Çünki heç bükülmədi
Atanın şux qaməti.

Şəhiddir sənin atan
Ay ölkəmin çırağı,
Şəhidlər diri qalar,
Şəhidlər ölməz axı.

Doğum günün mübarək, ey  şəhidim

Müəllif: Günəş  Xudiyeva

Doğular o Günəş, gələr yeni gün
Açılar bu xalqın düşdüyü düyün
Qoyular üstünə çələngin, gülün,
Mən də sənə bu müjdəni gətirim
Doğum günün mübarək , ey şəhidim!

Düşmən çəkə bilmir, ağırdır daşım
Quruyub,qalmayıb gözümdə yaşım
Məğrurdur, əyilməz heç zaman başım
Rahat yat, rahat yat, ölməz igidim
Doğum günün mübarək, ey şəhidim!

Yaralı aslanam, hələ yatıram.
Vaxt gələr çağlaram, hələ susuram
Adına zəfərdən şeir yazıram
Bilirəm gələcək zamanım mənim,
Doğum günün mübarək , ey şəhidim.

Bu qədər alışdım, bu qədər yandım,
Coşar, daha durmaz damarda qanım
Zəfərlər marşını çalar bu xalqım.
Qələbə gününü görər gözlərim,
Doğum günün mübarək, ey şəhidim.

Yetişsin muradım, qoy o gün gəlsin,
Qarşında diz çöküm, yorulmaz, mətin,
“Bu gün sənin günün “ , – deyim, sən sevin.
Allahdan tək budur istəyim, əhdim
Doğum günün mübarək, ey şəhidim.

“Şəhidlər” şeiri

Qabil Ədalət.

Qoparmayın şəhid adlı yaramı,
Düşmənlər duymasın, bu fəryadımı.
Bilmirəm sevinim ya ağlayımmı,
Adın tarixlərə, yazdı şəhidlər,
Haqqın dərgahına, qalxdı şəhidlər!

Ay ana, saçını dərddən ağartma,
Gəlib gedənlərdən oğlunu sorma.
Qara bəxtim deyib, yanma-alışma,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Həyatda candan şirin deyin nə var?
Şirin candan keçdi, vətənçün onlar.
Əlbət yaşayacaq belə oğullar,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgəhına qalxdı şəhidlər!

Vətənin köməyə ehtiyacında,
Yetdilər imdada dar ayağında.
Qanların tökdülər torpağ uğrunda,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

sponsor 3

Şəhidlik adını ucuz tutmayın,
Öldülər sözünü dilə almayın.
Onlar yaşayırlar, siz unutmayın,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Qabil Ədalətəm, yolunda hazır,
Qisas alınacaq əvvəl ya axır.
Yalnız bir təsəlli ürəyi açır,
Var belə oğullar, ola şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

“Şəhidlər” şeiri

Bəxtiyar Vahabzadə.

Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.

Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənim də haqqım var”,- deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.

ŞƏHİD HAQQI ŞEİRİ

(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…


Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…


Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…


Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!


Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…


Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!


Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!

27 sentyabr anım günü şeirləri

Açar sözlər: sehidlere aid seirler, sehid seiri, sehidler haqqinda seirler,Şəhidlərə Aid Şeirlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 597

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

11 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir