[quads id=7]
27 sentyabr anım günü şeirləri anim gunu seirleri
4.2
(255)

ŞƏHID ŞEIRI – Leyla Mətin

Gör nələr sığdırdın bir nakam ömrə,

Hər kəsin yadında şən qala bildin

Güllələr susduran gülüşünlə sən,

Hər kəsin könlündə kök sala bildin.

Nur üzlü şəhidim, rahat uyu, yat

Vətənin azaddır, torpağın azad

Qanınla yağıdan təmizlədiyin

Basmaz torpağına bir də yad ayaq.

QƏHRƏMANLAR UNUDULMUR ŞEİRİ – Elvin Elxanoğlu

Kim deyir səhidlər ölür, yalandı,

Şəhidlər torpağa yeni can verir.

İllərdir yaralı idi Qarabağ,

Şəhidlər,qazilər ona qan verir.

Tarix unutmayır qəhrəmanları,

Bugün Qarabağda dastan yazıldı.

Vətən torpağına göz dikənlərin,

Alnına əbədi damğa basıldı.

Vətənə canını qurban dəyərək,

sponsor 3

Ölümsüzlük yolun seçdi şəhidlər.

Torpağı düşməndən azad edərək,

Ömürlük tarixə keçdi şəhidlər.

ŞƏHIDIN SƏSI ŞEİRİ – Hafiz Zeynal

Dinlə məni düşün biraz

Minlərin son nəfəsiyəm

Bu gün torpaq altda yatan

Həmin şəhidin səsiyəm

Unutmayın bizi bir an

Keçsə də çox uzun zaman,

Düşmənə dilədən aman

O ordunun mərd kəsiyəm

Bu gün torpaq altda yatan

Həmin şəhidin səsiyəm.

Məni bilənlərdən soruş,

Cəsarətli o mərd duruş

Kiməsə tez unudulmuş

Həmin şəhidin səsiyəm

Mən yetim qalan uşaqların

Mən odu sönmüş ocağın

Mən namusu Qarabağın

Şah babamın nəvəsiyəm

Bu gün torpaq altda yatan

Həmin şəhidin səsiyəm.

ŞƏHID İMAN ALMƏMMƏDOVA – Elnur Əbülfəzoğlu

Sən də şəhid oldun igid İmanım.

Torpaqlar uğrunda ağır döyüşdə,

Sən də şəhid oldun igid İmanım.

Düşmən üzərinə gedən yürüşdə,

Sən də şəhid oldun igid İmanım.

Gedəndə söylədin döyüşdür yolum,

Aldın qisasını düşməndən oğlum.

Ey qeyrətli balam,qanadım,qolum,

Sən də şəhid oldun igid İmanım.

Dedin yoxmu sonu yurda həsrətin,

Çoxaldı düşmənə olan nifrətin.

Dadı yaman imiş acı həsrətin,

Sən də şəhid oldun igid İmanım.

Sinəni Vətənçün eylədin sipər,

Dözdün hər əzaba ey ər oğlu ər.

Yazdın öz adınla ən gözəl əsər,

Sən də şəhid oldun igid İmanım.

O GÜN ŞEİRİ – Zaur Ustac

(Milli Qəhrəman Polkovnok İlqar Mirzəyevin xatirəsinə)

Hər şey belə başladı,

Gülə-gülə getmişdin…

Döndün üzdə təbəssüm,

Çöhrənə həkk etmişdin…

Tək getmişdin gedəndə,

Yüz min olub qayıtdın…

Özün getdin yuxuya,

Milyonları oyatdın…


Hər şey belə başladı,

Bütün xalq həmdəm oldu…

Cümlə aləm toplandı,

Azərbaycan cəm oldu…


Yuxudaykən əbədi,

Yatmışlara qalx dedin…

Vətənin qara dərdin

Al boyayıb, ağ etdin…


Girib torpaq altına,

Çıxartdın üzə nə var…

Bir gedişə mat idi,

Taxtada tüm fiqurlar…


Başlanan yol qapından,

Şuşayadək uzandı…

Vətən oğlun itirdi,

Torpağını qazandı…


Belə şanlı hekayət,

Tarixdə bir, ya iki…

Lap başqası varsa da,

Möcüzədir bizimki …


Bu dastanı qanıyla

Yazdı ərlər, ərənlər…

Bu kitabın qədrini,

Bilir yazmaq bilənlər…

Əliağa Vahid. Vətən yaxşıdır

Dumanlı dağların başında durdum,

Dumandan özümə bir

xeymə qurdum,

Keçdi xəyalımdan öz gözəl yurdum,

Dumanlar içində duman görünür.

Xəzər Dənizi tək

eşqimlə coşdum,

Xülyalar içində sanki bihuşdum,

Vətən arzusu ilə nəğmələr qoşdum,

Tufanlar gözümdə dastan görünür.

Könüllər cəlb edən

bu xoş mənzərə,

Şövqümü

artırdı şeirə qəzələ,

Çatdıqca

vətənim, elim nəzərə,

Təbiət də mənə heyran görünür.

Deyirlər bülbülə çəmən yaxşıdır,

İnsan üçün laləzar

vətən yaxşıdır,

Vahid sorma

vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm xəndan görünür…

ƏSGƏR ATASIYAM

Ulu yaradandan imdad istərəm,

Əsən küləklərdən qanad istərəm.

Bir ocaq istərəm, bir od istərəm,

Könlüm isinəsi, əlim yatası

Əsgər atasıyam, əsgər atası.

Dizinin xətası dizimə gəlsin,

Gözünün qadası gözümə gəlsin.

Gəlirsə qoy mənim özümə gəlsin.

Çovğunun, boranın, qarın xətası.

Əsgər atasıyam, əsgər atası.

Bir ana qəfildən bitdi yanımda,

O da özü boyda dərddi yanımda.

Poçtalyon fikirli ötdü yanımdan,

Üzümə gülmədi meşin çantası,

Əsgər atasıyam, əsgər atası.

Güllərdən bir çələng hörüm göndərim,

Yanından gələn var görüm, göndərim.

Bütün çiçəklərdən dərim, göndərim,

Hər gülün öz ətri, çətri, butası

Əsgər atasıyam, əsgər atası.

Ay oğul, mən sizdən hünər gözlərəm,

Qələbə gözlərəm, zəfər gözlərəm,

Hər gün “Xəbərlər”dən xəbər gözlərəm,

Mənə yetişəsi, mənə çatası

Əsgər atasıyam, əsgər atası.

İgid səngərləri od-ocaq yerim,

Şəhid məzarları yatacaq yerim.

Sənsən ümid yerim, tutacaq yerim,

Ey yaylım atəşi, zəfər sədası,

Əsgər atasıyam, əsgər atası.

ŞƏHİD HAQQI ŞEİRİ

Hər bir gedən şəhidin haqqı var boynumuzda,

Onlara borclu olan bir can var qoynumuzda,

Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,

Əgər biz unutsaq da, dövran bunu unutmaz…

Bu yara hey su verər, zaman onu qurutmaz…

Bu bizim şakərimiz, həp şikarı unutmaq,

Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,

Cismimiz oyansa da, layla deyib uyutmaq,

Bir gün biz istəsək də, dövran bizi oyatmaz…

Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…

Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,

İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,

Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,

Bu qədər bivec ata, yada ki, qardaş olmaz…

Vallah, atam-qardaşım bundan vacib iş olmaz…

Hər şeyi yükləmişik, Lazım bəyin belinə,

Zalım oğlu zalım da qüvvət verib dilinə,

Heç kimsə razı olmaz, bir quş səkə gülünə,

Bəs bu dağlarda yatan gül balalar kimindi?!

Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!

Dəstəklərə yazılı, neçə-neçə adımız,

Qundaqlara qazılı, sezilməyən ay-ulduz,

Nişan durub, gözləyir; birdən düşər yolumuz,

Gəlin, o nişanların gözün yolda qoymayaq…

Bu işi, bu gün görək, sabaha saxlamayaq…

Bu işin bir yolu var, göstəribdi Mübariz!

Torpaq bizim Vətənsə, düşməlidi izimiz.

Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.

Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!

Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!

Dəli bilirlər bizi, doğruldaq adımızı,

Dost özün göstərəcək, tanıyaq yadımızı,

İllərdir su vermişik, püskürək odumuzu,

Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!

Mübariz gedən yolu, getməliyik hamımız!!!

İndi sən şəhidsən, Mirzəyev Aslan! – Elxan Yurdoğlu

Ananın fəryadın eşitdiyim an

Sevincim qursaqda qaldı, şəhidim.

Kədərli gözlərlə baxırdı atan,

Sevin qələbəyə, – deyə bilmədim.

Sən getdin buradan o haqq dünyaya,

Düşünmə, arxasız qaldı qardaşın.

İndi sən şəhidsən, Mirzəyev Aslan,

Bizlərə əmanət oldu qardaşın.

Bu vətən hər zaman yetişdiribdir

Səntək cəsarətli, mərd oğulları.

Bilirəm, xöşbəxtdir göylərdə ruhun –

Alındı düşməndən vətən torpağı.

Bu haqq savaşında hünərinlə sən

Heyrətə gətirdin neçə insanı.

Şərəflə vuruşdun, artıq şəhidsən,

Dastanın olubdur şərəf dastanı.

VƏTƏN EŞQİNƏ İlhamə MƏHƏMMƏDQIZI

Şəhidlərin dilindən

Cismimdi qürbətdə, ruhum Vətəndə,

Tabutum qoynuna alanmaz məni.

Azəri torpağın azad görməsəm,

Məzar girdabına salanmaz məni.

Vətən həm bu dünyam, həm o dünyamdı,

Keçmiş-gələcəyi unutmaz məni.

Vətənə dediyim qurban canımdı,

Həsrəti, kədəri qorxutmaz məni.

Yalançı şöhrətə yad olmuşam mən,

Vətənin eşqinə ad almışam mən.

Allah dərgahında ucalmışam mən,

Müxənnət nifrəti alçaltmaz məni.

İndi öz yurdumun səmasındayam,

Babək, Cavanşirin dünyasındayam,

Məsləkdaşlarımın sırasındayam,

Yaddaşlar xəzanla saraltmaz məni.

Vətən eşqi! Taleyimlə barışdım,

Arzuma, həm istəyimə qovuşdum,

Əbədiyyət üfüqündə alışdım,

Həqiqət Günəşim var, batmaz mənim.

Açar sözlər: 27 sentyabr şeirlərİ, 27 sentyabr anım günü şeirləri, 27 sentyabr aid seirler,  27 sentyabr anım günü şeir,Şəhidlərə aid şeirlər, Şəhidlərə aid şeirlər,27 sentyabr anım gününə aid şeirlər, 27 sentyabr aid şeirlər, anım gününə aid şeirlər, sehidlere aid seirler

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 255

İlk səs verən sən ol!

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir