[quads id=7]

Abdulla Şaiq Usaq Şeirləri

4
(11)

Abdulla Şaiq. “Arı”
Arıyam, zəhmətkeşəm,
Bal, mum çəkməkdir peşəm.
Səhər güllər açınca,
Gözəl qoxu saçınca
Uçaram göy yamaca,
Çiçək açmış ağaca,
Ya çəmənə, meşəyə,
Qonaram hər çiçəyə;
Şirəsini çəkərəm,
Pətəyimə tökərəm
Çalışaram doqquz ay,
Hamı məndən alır pay.
Balımdan qoy yesinlər,
Mənə: “Sağ ol!” desinlər.

Abdulla Şaiq. “Təmizlik”

Səhər durunca,
Əlimdə firça,
Sildim dişimi,
Bildim işimi.
İnanmırsan bax,
Dişim ağappaq.
Üstüm tərtəmiz,
Bax, beləyik biz.

Abdulla Şaiq. “Uşaq və dovşan”

U ş a q
-Dovşan, dovşan, a dovşan!
Qaçma dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi istəyəndən.

D o v ş a n
-Dura bilmərəm, dadaş,
Yanında var alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.

Abdulla Şaiq. “Qızıl gül”

Qızıl güləm, qızıl gül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?

Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızıl gül,
Sən ey qönçəm, açıl, gül

Abdulla Şaiq. “Bənövşə”

Bənövşəyəm, bənövşə,
Düşmüşəm dilə-dişə;
Qızlar, oğlanlar məni
Dərib taxarlar döşə.

Bahar oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda,
Mən quş olub uçaram.

Qurudar məni ayaz,
Yaşayıram bircə yaz.
Rəngim, ətrim gözəldir,
Əl vurmayın, ömrüm az.

Abdulla Şaiq. Qərənfil

Qərənfiləm mən,
Gözəl güləm mən;
Yaşıl saplaqlı
Bir sünbüləm mən.

Mən, bağban qızı,
Bağın ulduzu;
Rəngim ağ, sarı,
Al və qırmızı.

Gəl, saxla ayaq,
Durma, gendən bax!
Gəlsəm xoşuna,
Dər, döşünə tax!

Abdulla Şaiq. “Ana yurdum”

Çöllərindir şən,
Hər yerin gülşən.
Sən nə gözəlsən,
Ey ana Vətən!

Bağdır, əkindir
Hər bir bucağın.
Qızıl təkindir
Sənin torpağın.

sponsor 3

Böyütdün bizi,
Verdin qol-qanad.
Yoxdur qəm izi,
Şəndir bu həyat.

Qəlbim, canımsan,
Ey ana yurdum!
İsti qoynunda
Mən yuva qurdum

Abdulla Şaiq. Yetim cücə

Ay kiçicik, soluq cücəm,
Boynu buruq, yoluq cücəm!

Açma o nazlı dimdiyin,
Tək gəzinib sıxılma çox,
Ağlayıb nalə qılma çox.

Qəm yemə, sus, bir az dayan,
Mən olaram sənin anan.

Səni o səslə səslərəm.
Dən, su verib də bəslərəm.

Ağlama, ağlama, gözəl,
Qaç yanıma, dayanma, gəl!

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 11

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir