[quads id=7]

Kitablardan sevgi haqqında mənalı sözlər

Kitablardan sevgi haqqında mənalı sözlər kitab sözləri kitablardan sitatlar
0
(0)

Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, ruzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Seçilmiş Əsərləri, Mikayıl Müşfiq

Sevmək və sevilmək nə böyük səadət və bu hündür qüllədən aşağı enməyə başladığını duymaq nə qədər dəhşətdir
Doxsanıncı İllərdə, Anton Çehov

“Sevgilərindən başqa verəcək heçnələri yox idi.”
Səndən Öncə Mən, Jojo Moyes

İnsan sevəndə hər şeyin mənası olur.
Kimyagər,Paulo Coelho

Sevgi olmayan yerdə gül
də ətir qoxmur…
Qadınlar və Kişilər, Mənzərə Sadıqova

Sevgi ağaca bənzəyir: o öz-özünə böyüyür, bütün varlığımızda dərin kök salır, çox zaman xarabazara dönmüş sınıq bir qəlbdə göyərməyə və çiçəkləməyə başlayır.
Sevginin gözü nə qədər kor olsa, bir o qədər çox yaşar. Bu da qəribə bir şeydir.
Paris Notr-Dam Kilsəsi, Victor Hugo

Sevgi kusurları yok etmez, onları da kabul eder. Bir insanı, hiç sebep yokken yüreğinizde sıcacık hissediyorsanız, işte bu gerçek sevgidir.
Sevme Sanatı, Erich Fromm

Sevdiyin insanın hansısa bir yerdə mövcud olduğnu bilib,yanında olmadığnı bilmək çox dəhşətlidir.
Üfüqün əks tərəfi, Marc Levy

Mənim üçün ayrılıq insanın insandan cismani ayrılığı deyil, mənim üçün ayrılıq sevdiyin şəxslə bağlı arzularının, xəyallarının bitməsidir…
Sevgidən Eşqə, Qənirə Paşayeva

 Dəyişdim mən səni görəndən bəri,  
Mənə nə etdinsə, təkcə sən etdin.  
Sənsiz bu şəhərdə qəribdim, qərib,  
Mənə bu şəhəri sən vətən etdin.
Sevgi açarı,Ramiz Rövşən

Bir şeyin sevilmək üçün mükəmməl olması lazım deyil.
Leyla ile Mecnun,Nizami Gəncəvi

Mənə bir az səndən danış…
Heç bitməyən məhəbbətdən,
Saf niyyətdən söz aç bir az.
Üstündən keçsə də illər,
Azalmayan özləmindən
Həsrət qoxan sitəmindən.
Yollarıma çıxdığın gün,
Oğrun-oğrun baxmağından.
Danış bir az, səndən danış…
Neçə özgə, neçə tanış
Köks ötürdü bu sevgiyə?..
Sovrulduq bir inad üstdə
Sən oraya, mən buraya.
İllər sonra tale bizi,
Bitir Ürəyində Bəlkələrini…Kamalə Məcidova

İnsan sevəndə uşaqlaşırmış..
Yarım Qalan İstanbul,Mövsüm Amir Aslan

Sevgimdən qaçmışam uzaq şəhərə,
Burda da həsrətin gəlib dayanıb.
Ətrin səpilibdir bütün güllərə,
Gözünün rənginə göylər boyanıb.
Seçilmiş Əsərləri, Fikrət Qoca

…onların sevgisi imkansız görünürdü. Lakin imkansız olan onların sevgi hekayəsi yox, cəmiyyətin dəyişməyən maneələri, “olmaz”larıdır.
Təhminə və Zaur, Anar Rzayev

“Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir.”..
Min Möhtəşəm Günəş,Khaled Hosseini

Əgər bu dünyada məni sevən biri olsaydı, Onu axtarıb tapardım- Korlar əlləri ilə axtarıb tapdığı kimi. Əgər qaçıb getməyə bir yerim olsaydı, Quş kimi qanad açıb uçardım ora.
Elə Tünd Göy Ki,Holli Şindler

“…Tanrı da səni istəməsəydi yaratmazdı. O səni yaradıbsa bunu səni istədiyi və sevdiyi üçün edib. İndi fikirləş? Sevən heç sevdiyinə yanlış yol göstərərmi?”
Hərbistan, Asəf Hüseynov

– Təhlükəsizlik heç də həmişə hər şey deyil. – Elədir. Amma adam kimisə sevəndə təhlükəsizlik arayır. Özü üçün yox, onun üçün…
Lizbon’da Bir Gecə,Erich Maria Remarque

Sevdiyin insanın sənə bağışladığı cansız əşyaları özündən uzaqlaşdırmaqla xatirəsini uzaqlaşdırmaq olmur. Sevgi də, sevdiyinin xatirəsi də insanın ürəyində qalır.
Susan Qadın,Elxan Elatlı

Bu mənim bağımdır kimidir, quzum. Hər şey artır. Sevgi də. Əgər sevgi günü-gündən artırsa, ona olan həsrətin bitəcəyini necə düşünürsən? Hər şey artır. Bizim həyatla başa çıxmaq bacarığımız da. Beləcə dözürük.
Xatirələr Üçün Təşəkkürlər, Cecelia Ahern

Maddiyyat üzərində qurulan ailələrdə insani münasibətlər və sevgi həmişə arxa plana keçir.Bunlara sadəcə vaxt çatmır…Təmənnası maddiyyat olan qadının sevgi təmənnası kölgədə qalır…
Son Məktub, Varis

Qadınların hamısı, özləri sevsələr də, sevməslər də, sevilmək istəyirlər. Hətta qadınlığın vacib şərtlərindən biri kimi qəbul etmək olardı sevilmək istəyini. Lakin mənim fikrimcə, ən yaxşı qadınlar sevmək və qarşılığında sevilmək istəyirlər. Həm də kişilərdən fərqli olaraq yalnız biri ilə…
Uğursuz Gecə,Elxan Elatlı

sponsor 3

Amma əsas olan birini sevərkən ondan qopa bilməməkdir, depressiyada olanda ona kömək etməkdir. Xəstəlikdə və sağlıqda.. Elə deyilmi?
Səndən Öncə Mən, Jojo Moyes

Kitablardan sevgi haqqında mənalı sözlər


Bənzər Sözlər:


Axtarış sözləri: kitablardan sözlər,kitablardan menali sozler,kitablardan sevgi sozleri mənalı kitab sözləri,əsərlərdən sitatlar,,kitablardan secmeler,məşhur kitablardan cümlələr sevgi haqqında aforizmlər,

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir