[quads id=7]

Sevgililər Günü üçün şeirlər

0
(0)

“Sevgililər günü hər günümüzdür” şeiri

Müəllif: Behruz Dadaşov (Bəhruz Şirin)

Gəlirəm hədiyyə hər gün mən sənə.
Sənində gülüşün hədiyyə mənə.
Demə gül almadın sən niyə mənə?
Sevgililər günü hər günümüzdür.

Sevgi yarandı ki, qəlblərə dolsun,
Qəlbin bir ən yaxın insanı olsun.
Sevgi insan deyil ad günü olsun,
Sevgililər günü hər günümüzdür.

Sevgidir həyatın silinməz izi,
Tutub bir ürəkdə öz yerimizi.
Inan, seviriksə bir-birimizi.
Sevgililər günü hər günümüzdür.


“Sevgililər günü” şeiri

Müəllif: Fərid Abbas

Sevgililər günün mübarək gülüm,
Arzumdu sevilib daim sevəsən,
Keçməsin bir günüm, sənsiz bir ilim.
Baxanda daima gülümsəyəsən.

Xatirə düşündüm, bu gözəl günə
Hədiyyə nə edim qalsın ömürlük
Axtarıb arayıb tapmadım sənə
Dəyərli hədiyyə eşqimdən böyük

Kiçik hədiyyəmi böyük qəbul et
Düşündüm xoş sözlər yaraşır sənə
Özüm, gül almadım sənə bir buket
Sən özün gülsən də mənə bir dənə.

Yazsam da şeirlər mən sənə aid,
Eşqim misralara, sığmaz bilirəm
Eşq müqəddəsdi, Allahsa şahid
Müqəddəs hislərlə səni sevirəm..


“Bu gün sevgililər günüdü axı…” şeiri

Müəllif: Kənan Aydınoğlu

Dedim bir şeir yazım
ikimizin adından.
Elə yazım,çıxmasın
ancaq heç nə yadımdan.

Elə yazım,döyünsün
ürəyim hər misrada.
Saçlarının qoxusu
o saat düşsün yada.

Necə üzür gör məni
ayrılığın,həsrətin.
Bu eşqin əzabına
dözmək gör necə çətin…

Nola,bir az oxşaya
gözünün qarasına.
Sonra basım bu şeri
qəlbimin yarasına…

Hər hərifi od alsın
ürəyimin odundan.
Sənə hədiyyə edim
gül kimi öz adımdan.


Sevgililər Günü üçün şeir

“Səni sevirəm, adamım” şeiri

Müəllif: Nübar Lətifli

Hər fürsətdə məni özümdən alan, başqa aləmə aparan,
Gözlərimin içinə baxmağını sevirəm.
İstiliyinlə donmuş barmaqlarıma dolaşa-dolaşa
Əllərimi tutmağını,
Daraqmış kimi barmaqlarına keçirib
Tellərimi oxşamanı,
Qulağımda hiss etdiyimdə üşütmə kimi məni donduran
Ehtiraslı pıçıltılarını,
Hər toxunuşda səni fərqli hiss etdirən
Ağ dərini sevirəm,
Səni sevirəm, adamım…

Məni çəpərə salırmışca qısqanmağını,
Bəzən coşaraq, bəzən sakitcə
Mənə hirslənməyini sevirəm.
Gözlərinin içindən gülümsəyərək
Təbəssümünü hiss etdirən dodaqlarını sevirəm.
Daim yanımda dayanmasını arzuladığım
Məğrur, dik vücudunu sevirəm,
Böyük əllərini sevirəm,
Tutduğunda heç vaxt yıxılmayacağımı düşünürəm.

Sən mənim həyatımsan
Həyatımı sevirəm.
Məni mən edən özümü sevirəm.
Rahatca sarıldığım boynunu sevirəm
Söykənə biləcəyimə inandığımçun səni sevirəm.
Mənə çox az halda “səni sevirəm” deməyini sevirəm.
Səhər fərqli, axşam fərqli rəng alan
Bəzən qəzəbli, çoxu vaxt sevgi dolu gözlərini sevirəm.
Mənə sarılmağını, gülü qoxlayırmışcasına içinə çəkməyini sevirəm.

Məni duyğulandıranı, şair edəni sevirəm.
Səni sevirəm, adamım, səni sevirəm!


Sevgililər gününə özəl sevgi şeiri

Müəllif: Jasmin Jasmin

sponsor 3

Gəl günahı bölüşək,
Toxunum dodağına.
Pıçıldayım günahı
Hər gecə qulağına.

Sözlərimdən də keçim.
Nağıl danışım sənə.
Bir eşqin şərabıtək
Damıb qarışım sənə.

Ruhumuz da birləşsin,
Sənli-mənli olmayaq.
Zamanı da ləğv edək,
Gecə-gündüz saymayaq.

Gözlərinə bulaşım,
Bütün üstün mən olsun.
Elə qarış ki mənə,
Nəfəsin məndən olsun.

Eşqin nirvanasına
Çatıb yaşayaq elə,
Bütün nəsnələr yalan,
Sevgi beləymiş demə.


“Sevirəm ilk eşqim sevirəm səni” şeiri

Müəllif: Naməlum

Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.

Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Unutsan sən məni gor qazaram mən,
Əgər çıxıb getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salıb dilimə,
Sevirəm ilk eşqim sevirəm səni.

Çatsa da sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana.
Ayrılan zamanı deyəcəm ona,
Sevirəm ilk eşqim sevirəm səni.

Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilk eşqim sevirəm səni.


“Sevgililər Günü” şeiri

Müəllif: Rafiq Oday

Bir gece yarısı, soyuq havada
Sevgilim gəlmişəm yanına sənin
O mələk simana baxan zamanda
Ruhum Allahındır, ürəyim sənin.

Sevginin bayramı olarmış məgər
Sevən üçün hər gün bayrama dəyər
Sənin gözlərinə kor baxsam əgər
Bayramda tək-tənha ölməyə dəyər

İndi hər həvəsi sevgi sanırlar
Fakirlər sevgiyə para sayırlar
Qəlbimin açarın vermişəm sənə
Ürəyim səndədir başqa hədiyyə.?


Bənzər mövzular:

Sevgililər Günü üçün şeir

Axtarış sözləri: sevgililər günü haqqında şeir,sevgililer gunu ucun seir,sevgililer gunu seiri,sevgililər günü şeirləri,sevgililər günü üçün şeirlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir