Mövzu Başlıqları
- YOLKA BAYRAMI ŞEİRİ
- ŞAXTA BABA ŞEİRİ
- ŞAXTA BABA, QIŞ BABA ŞEİRİ
- QIŞ DEYİR ŞEİRİ
- QIŞ GƏLİBDİ UŞAQLAR ŞEİRİ
- ŞAXTA BABA XOŞ GƏLİB ŞEİRİ
- TƏZƏ iL ŞEİRİ
YOLKA BAYRAMI ŞEİRİ
Müəllif: Mirvarid Dilbazi.
Yolka bayramı
Yığılın gəlin
Uşaqlar hamı
Gəlin, şən keçsin
Yolka axşamı.
Tıq – tıq – tıq döyüb
Qapını birdən,
Qış baba baxır
Pəncərələrdən,
Ətəyi dolu
Əlvan kağızlar.
Onun içində
Gözəl şeylər var.
Pay gətiribdir
Qış baba sizə,
Deyir ki, tez ol,
Yolkanı bəzə!..
Eşiyə yağır
Quşbaşıtək qar,
Qış baba gəlib
Sizə payı var.
Budur açıldı
Qapı taybatay.
Qış baba dedi:
Aman ay- ay – ay,
Kənara durun
Ay uşaqlar siz.
Əzilib gedər
Yer – yemişiniz!
Qış baba evə
Bir nəzər saldı
Uşaqlar tezcə
Dövrəsin aldı.
Yolka yanında
Çökdü qış baba.
Yaşıl budaqlar
Bir – bir bəzəndi.
Xırda uşaqlar
Hamısı şəndi.
ŞAXTA BABA ŞEİRİ
Rafiq Yusifoğlu
Yolkamızın üstündə
Yenə yandı işıqlar.
Hardasan, Şaxta baba,
Yol gözləyir uşaqlar.
Zirvələrdən enib gəl,
Dərələrdən keçib gəl.
Yamaclara, çöllərə
Dümağ libas biçib gəl.
Sponsor Linklər
Gözündə ulduz gətir,
Nəfəsində buz gətir.
Saçlarında dümağ qar,
Dilində xoş söz gətir
ŞAXTA BABA, QIŞ BABA ŞEİRİ
Müəllif: Mehdi Seyidzadə
Keçdi dəniz, aşdı dağ
Gəldi bizə bir qonaq,
Saçları qardan dümağ,
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!
Çöldə çıxıb qar dizə,
Yolka qonaqdır bizə.
Nəğmə deyib üz-üzə
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!
Burda verib əl-ələ,
Oynayırıq bax belə
Səs yayılır hər elə:
Ay sənə alqış, baba,
Şaxta baba, qış baba!
QIŞ DEYİR ŞEİRİ
Müəllif: N.Rəfibəyli
Saqqalı ağ, saçı ağ,
Ağaca dayanaraq
Gəldi qocalmış baba,
Şaxta baba, qış baba.
Ucaldaraq səsini,
Oxudu nəğməsini:
“Mən gələndə yağar qar,
Məndə min cür oyun var.
Şirindir qar oyunu,
Sevər uşaqlar bunu.
Qarlı bir qış axşamı
Xoşdur yolka bayramı.
Məndə nələr var, nələr!
Sevər məni nəvələr.
Körpələr də beşikdə,
Sevər Məstan pişik də.
Soyuq qış axşamında
İsti soba yanında
Nağıl deyər nənələr,
Qulaq asar nəvələr”.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
QIŞ GƏLİBDİ UŞAQLAR ŞEİRİ
müəllif :Nurlu Aydın
Qış gəlibdi uşaqlar,
Yolkamızı bəzəyək,
Şaxta baba gələcək,
Yeni şeir öyrənək.
Hər yerə qoy yayılsın,
Əlvan rəngli işıqlar,
Yolkamızı bəzəsin,
Al-əlvan oyuncaqlar.
ŞAXTA BABA XOŞ GƏLİB ŞEİRİ
Müəllif: Əhməd Cəmil.
…Qopdu bayırda tufan,
Uğuldadı yel, boran.
Döyüldü pəncərə bərk,
Açdı qapını külək.
Yelləndi çil-çiraqlar,
Doldu evə soyuq qar…
Aha-aha deyəsən,
Şaxta babadır gələn!
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq.
Girdi evə bir qoca
Boyu çinardan uca.
Yapıncısı buz kimi.
Parlayır ulduz kimi.
Qotazlı, qar xurcunu,
Uşaqlar görcək bunu-
Alıb dövrəyə həmən,
Tutdular ətəyindən:
Şaxta baba!…
Şaxtacan!…
Haradasan bu vaxtacan?…
TƏZƏ iL ŞEİRİ
Müəllif: Mürvət Qədimoğlu
Bürünübdü çöl-çəmən
Ağappaq, bəyaz qara.
Ağ qardan don biçilib
Bağçalara, bağlara.
Dolanır qapı-qapı,
Çiynində də heybəsi.
Bizim hər birimizə
Heybədə hədiyyəsi.
Yenə dolur uşaqla
Hər bir həyət, hər qapı.
Yenə çıxıb həyətə
Oynayırıq qartopu.
Arzumdur: Şaxta baba
Qar yağdırsın hər dağa,
Bizi qonaq çağırsın
Gələn il Qarabağa!
Çəkilsin üstümüzdən
Qara bulud, boz külək.
Gələn il təzə ili
Şuşada bayram edək!
Yeni il şeirləri (Böyüklər üçün)
Uşaqlar üçün Yeni İl şənlikləri
Həmrəylik Gününə Aid Şeirlər
şaxta baba şeiri,yolka şeiri,yeni il seiri usaqlar ucun,yeni il seiri,saxta baba seiri,yeni il şeirləri uşaqlar üçün,yeni il şeirləri,yeni il seirleri, yeni il şənliyi üçün şeirlər
bu nedi hec ne yoxdu
years
salam
slm