[quads id=7]
həmrəylik gününə aid şeir,həmrəylik günü haqqında şeir,həmrəylik günü şeir,hemreylik gunu haqqinda seirler,həmrəylik gününə aid şeirlər,31 dekabr həmrəylik gününə aid şeirlər
4
(95)


Həmrəylik Gününə Aid Şeirlər Toplusu

Mövzu Başlıqları

1) “BİR, HƏMRƏY OL, AZƏRBAYCAN! ŞEİRİ

Müəllif: Əlizamin Həsənəli
Milyonların ürəyisən,
Hər arzusu diləyisən,
Qürur yeri gərəyisən,
Bir, həmrəy ol, Azərbaycan!

Yaşa,var ol Azərbaycan!
Bir tarixdir yurdun, daşın
Vardır sənin qan yaddaşın,
Çox istəyir vətəndaşın,
Bir, həmrəy ol, Azərbaycan!

Yaşa, var ol Azərbaycan!
Dost sanmışdın sən düşməni,
Parçaladı tam vətəni,
Şimal, cənub, qərbə səni
Bir, həmrəy ol, Azərbaycan!
Yaşa, var ol Azərbaycan!

Təbrizdən sən aralısan,
İrəvandan yaralısan,
Qarabağdan paralısan,
Bir, həmrəy ol, Azərbaycan!
Yaşa, var ol Azərbaycan!

Düşmən bilir, olubdur xar,
Keçmişin var, tarixin var,
Yolun buzlu olsada qar
Bir, həmrəy ol, Azərbaycan!
Yaşa, var ol Azərbaycan!

Bir yumruq ol birləş daha,
Batma qəmə, batma aha,
Dua edib o Allaha
Bir, həmrəy ol, Azərbaycan!
Yaşa, var ol Azərbaycan!


2) HƏMRƏYLİK BAYRAMIN MÜBARƏK OLSUN! ŞEİRİ


Müəllif: Mirəli Vəkiloğlu
Salam, azərbaycan oğlu, salam, a qardaş,
Həmrəylik bayramın mübarək olsun.
Yetər təklənmişik, gəl olaq sirdaş,
Həmrəylik bayramın mübarək olsun.

Birləş yumruq kimi, dünyaya səs sal,
Gir meydana, qılınc oynat, zəfər çal,
İrəli dur, düşmənindən qisas al,
Həmrəylik bayramın mübarək olsun.

Qalx ayağa, sil gözünün yaşını,
Daha bəsdir, artıq dik tut başını,
Ulu öndər qoydu təməl daşını,
Həmrəylik bayramın mübarək olsun.

Sən coşğun dənizsən, ləpələnmisən,
Bir uca dağ idin, təpələnmisən,
Bütün yer üzünə səpələnmisən,
Həmrəylik bayramın mübarək olsun.

Zəngəzur, Naxçıvan, Təbriz, Qarabağ,
Bu birlikdən gətir bizə bir soraq,
Başın üstündəki üçrəngli bayraq,
Həmrəylik bayramın mübarək olsun!


3) BİRLİK ŞEİRİ

Müəllif:Söhrab Tahir.

Birləşək! Dünyada güclər birləşib,
Qalalar birləşib, bürclər birləşib.
Birləşib dünyada dili ayrılar,
Torpağı ayrılar, eli ayrılar.
Alıblar dünyadan öz haqlarını
Behişt eləyiblər torpaqlarını.

Birləşsin bizim də məskənlərimiz!
Qalaya çevrilsin ürəklərimiz!
Birləşsin ən güclü qollar, qələmlər!
İrəli atılan dəmir qədəmlər!
Birləşsin birləşib qala bilənlər,
Birləşsin birlikdə ola bilənlər!

Çaylar birləşəndə dənizə dönür!
Dənizlər düşmənə qorxunc görünür!
Dənizi içməklə qurtarmaq olmaz,
Dənizi ölümlə qorxutmaq olmaz!
Birləşmək hər yerdə iti silahdır,
Bütün haqlılara böyük pənahdır.
Birlik günəş dolu dirilik yolu,
Xalqın haqq yoludur bu birlik yolu!


4) AZƏRBAYCAN DEYƏNDƏ ŞEİRİ

Müəllif: Tofiq Bayram

Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.

“Hər ölkəyə, hər elə,
Olsun hörmət”, deyirəm.
“Vətənindir, vətənin,
İlk məhəbbət”, deyirəm.
“Onun şöhrət tacıdır,
Şe’r-sənət” deyirəm.
Mən vətənə, “Füzuli,
Abbas Səhhət” deyirəm!
Mən vətənə, “Sabiri
Doğan qeyrət”, deyirəm!
Mən vətənə, “Üzeyir,
Müşfiq, Səməd”, deyirəm!
“Günəş kimi müqəddəs
Bir həqiqət”, deyirəm,
Azərbaycan deyəndə.
“Dünya məni dinləsin,
– Diqqət, diqqət!”,
deyirəm.
Azərbaycan deyəndə!

Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
“Haralısan?” sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!

Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!
Körpüləri, səddləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!

sponsor 3

Azərbaycan! – Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!


31 dekabr hemreylik gunu haqqinda seirler,həmrəyliyə aid şeirlər,31 dekabra aid şeirlər,həmrəylik gününə aid şeir,həmrəylik günü haqqında şeir,həmrəylik günü şeir,hemreylik gunu haqqinda seirler,həmrəylik gününə aid şeirlər,31 dekabr həmrəylik gününə aid şeirlər,hemreylik gunune aid seirler


Oxşar yazılar:

Vətənə Aid Şeirlər
Vətən haqqında atalar sözləri
Vətənə aid uşaq şeirləri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 95

İlk səs verən sən ol!

18 Comments

    1. DÜZDÜR BU GÜN DƏ DAVAM EDİR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ VƏ DİGƏR SAHƏLƏRDƏ FƏALİYYƏT GÖSTƏRƏN AZƏRBAYCAN RESPUBLİKASININ MƏHKƏMƏLƏRİ İSƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI İLƏ TƏSDİQ EDİLMİŞDİR.

  1. Yaxşıdır. Amma azdır. Biz məktəbdə sinifdə 25 nəfərik. Bu qədər adama çatmır. Həm də Azərbaycan deyəndə həmrəylik gününə aid şeir deyil.

    1. Salam, razıyam. Təəssüf ki, qələm sahibləri həmrəylik mövsunda yeni şeirlər yazmaqda elə də maraqlı deyillər. Şairlər əsasən zəfər və qələbə mövzulu şeirlərə üstünlük verir.
      Zatən bu şeirlər misralara ayrılaraq şagirdlər arasında bölüşdürülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir