[quads id=7]

Cəbrayıla aid şeirlər

cəbrayıl haqqında şeir,cəbrayıl şeir,cəbrayıl rayonu haqqında şeir,cəbrayıla aid şeir,cəbrayıla aid şeirlər,cebrayila aid seirler,Cəbrayıl haqqında şeir
5
(1)

Cəbrayıla həsr olunmuş bir-birindən gözəl şeirlər toplusu


“Cəbrayılım” şeiri

Müəllif: Naməlum

Su sonalı ay bulaqlı,
Durna gözlü Cəbrayılım.
Yaşıl çəmən Sirrik dafli,
Cənnət adlı CƏBRAYLIM.

Mən səninlə yaşamışam,
Böyümüşəm boy atmışam,
İndi sənsiz mən qalmışam,
Durna gözlü Cəbraylım


“Cəbrayıl” şeiri

Müəllif: Hidayət Səfərli

Nəğmə dedim hey şəninə,
Həsrət qaldım gülşəninə.
Viran qoyub gör səni nə;
Soruşub sordum, gəlirəm,
Gəlirəm, yurdum, gəlirəm.

Baş əymədin hər ötənə,
Səndən varmı heç ötə nə.
Qovuşdu yollar Vətənə;
Yolları yordum, gəlirəm,
Gəlirəm, yurdum, gəlirəm.

Adladım dağı, aranı,
Tanıdım ağı, qaranı.
Sardı oğullar yaranı;
Kül altda qordum, gəlirəm,
Gəlirəm, yurdum, gəlirəm.

Diridə yetdim aşığa,
Qanımı qoydum qaşığa.
Həsrət idim mən işığa;
Görəsi kordum, gəlirəm,
Gəlirəm, yurdum, gəlirəm.

Yağı qurdu bizə tuzaq,
Düşdü ruhlar yurddan uzaq.
Qoy eşitsin Vərənd, Dizaq;
Boş qalan gordum, gəlirəm,
Gəlirəm, yurdum, gəlirəm.


Cəbrayılda qalan dünyam şeiri

Müəllif: İsmayıl Mərcanlı İmanzadə

Yada düşdü baxçam-bağım,
Şah vüqarlı Qala dağım.
Gəyənim, Teyim, Topçağım –
Cəbrayılda qalan dünyam.

Ulu Tanrım versə aman,
Görüşməyə yetər güman.
Ağoğlan, Hacı Qaraman –
Cəbrayılda qalan dünyam.

Xudafərin alın yazım,
Bu hikməti necə yozum?
Tumasatam, Xan Arazım –
Cəbrayılda qalan dünyam.

Allahım, nədir günahım,
Sinəmi göynədir ahım.
Ata yurdum-qibləgahım –
Cəbrayılda qalan dünyam.


Cəbrayıl şeiri

Müəllif: İsmayıl Mərcanlı İmanzadə

Salam, Büllur Kəhriz, “Çoban bulağı”,
Xan Çinar-gözümün qarası-ağı.
Bir gün qismət olsa dolanıb dağı,
Təzədən yanına dönəsiyəm mən.

Ay ellər, səsiyəm bilin, Dirinin,
Dədə Qurbaninin, Aşıq Pərinin.
Gordubabadakı ocaq yerinin
Bir də qədəminə enəsiyəm mən.

Səni ovundurum qoy hələ sözlə,
Karvan geri dönər əzəlki izlə.
İsmayıl deyir ki, yolumu gözlə –
Qayıdıb qoynunda dinəsiyəm mən.

Cəbrayıla aid şeirlər

“Cəbrayıla gedəydim kaş!” şeiri

Müəllif: Rashad AZE

Başı uca dağlarına Bir quş olub uçaydım kaş.
Dağlarından pərvazlanıb Xan çinara qonaydım kaş.
Min nemətli, bərəkətli Torpağından öpəydim kaş.
Kəhrizinin buz suyundan Bir doyunca içəydim kaş.
Dağlarının yamacından Kəklikotu, sarıçiçək,
Bulaqların ətrafından Nanə, yarpız yığaydım kaş.
Hacı Qaraman pirində Nəzir-niyazlar paylayıb,
Qurbanlıqlar kəsəydim kaş.
Doğma yurdum Karxuluda
Baxanda hər yer görünən Təpəliyə qalxaydım kaş.
El-obama, yurd-yuvama Göz dolusu baxaydım kaş.
Tey, Ziyarət, Gordubaba Dağlarına qalxaydım kaş.
Dağtumas, Sirik, Çələbi Kəndlərinə gedəydim kaş.
Dadlı motal pendirindən, Təzə meşəlik balından,
Yuxayla nehrə yağından, Qaymağından dadaydım kaş.
Karxuludan Maralyana, Mərcanlıya gedəydim kaş.
Gilənarı, gilasını Ovuc dolu yığaydım kaş.
Qalxıb budağın üstünə Tutlarını çırpaydım kaş.
Çinarların ətrafında Bir nəfəsə qaçaydım kaş.
Salxım-salxım söyüdlərin Kölgəsində duraydım kaş.
Xan çinarın budağından Yellənçəyi asaydım kaş.
Yemliyindən, turşəngindən, Qanqalından yeyəydim kaş.
Dağlarından, bağlarından Bənövşəni, yasəməni,
Qızılgülü dərəydim kaş.
Al-əlvan çiçəklərindən Gül çələngi hörəydim kaş.
Köhnə yurdda məzarlığı Dualarla,
kəlamlarla Bir ziyarət edəydim kaş.
Əsirlikdə tənha qalan Doğma yurdum Cəbrayılın
Azadlığın görəydim kaş.
İgid, ərənlər ordusu Qarabağı alaydı kaş.
Azərbaycan bayrağını Cəbrayılda asaydı kaş.
Qarabağ azad olundu Xoş müjdəli bu xəbəri
Ərəbistan torpağında Sevincimdən ağlayaraq
Özüm elan edəydim kaş!
Cəbrayıla gedəydim kaş!
Qarabağa gedəydim kaş!

sponsor 3

“Cəbrayıllılar” şeiri

Müəllif: İsmayıl Mərcanlı İmanzadə

Cocuq Mərcanlıdır bərəsi-bəndi,
Səslədim, Xan Çinar dil açdı, dindi.
Hacı Qaramandı, Xudafərindi –
Araz ünvanlıdır Cəbrayıllılar.

Nüzgar, Süleymanlı səsli-soraqlı,
Soltanlı dastandır-min bir varaqlı.
Həm Quycaq, Hovuslu, Balyand, İsaxlı –
Həm Mirzəcanlıdır Cəbrayıllılar.

Etibarlı dostdu, vəfalı yardı,
Diridə çiçəkdi, Sirikdə qardı.
Hər biri ya Kazım, ya da Şikardı –
Adlıdır-sanlıdır Cəbrayıllılar.

Dədə Qurbaninin elindən gəlib,
Gəyənin yovşanlı çölündən gəlib.
Halal kişilərin belindən gəlib –
Tər-təmiz qanlıdır Cəbrayıllılar.

Aran təbəssümlü, dağ ürəklidir,
Əhdinə sadiqdir, saf diləklidir.
Elə əzəl gündən duz-çörəklidir –
Mərddi-dostcanlıdır Cəbrayıllılar.

İsmayıl deyir, şirinimdi-acımdı,
Könül sarayımda sənət tacımdı.
Atamdı-anamdı, qardaş-bacımdı,
Böyük Mərcanlıdır Cəbrayıllılar –
Şərəfli-şanlıdır Cəbrayıllılar.



Bənzər mövzular:

Axtarış sözləri: cəbrayıl haqqında şeir,cəbrayıl şeir,cəbrayıl rayonu haqqında şeir,cəbrayıla aid şeir,cəbrayıla aid şeirlər,cebrayila aid seirler,Cəbrayıl haqqında şeir

YAZIYA QİYMƏT VER!😉

Ortalama 5 / 5. Səs sayı: 1

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir