[quads id=7]
Zəfər gününə aid şeirlər zefer seirleri yazili zefer gunuyle bagli 8 noyabr zeferi
4.1
(126)

Zəfər Günü haqqında 8 şeir

1️⃣ BU ZƏFƏRİN MÜBARƏKDİR, EY VƏTƏN ŞEİRİ
Müəllif: Adilə Nəzər

Qış günündə üzdə çiçək açdıran,
Gecəmizə gün işığı saçdıran,
Yağıları el-obadan qaçdıran
Bu zəfərin mübarəkdir, ey vətən!

Səman geniş hey uçduqca uçasan,
Torpağını ana kimi qucasan,
Qələbənlə Qaf dağından ucasan,
Bu zəfərin mübarəkdir, ey vətən!

Olmaz imiş, sözdür, dostu düşənin,
Dostu aldı qəlbin “qəlbişüşənin”,
Söylənəcək yüz il fəthi Şuşanın,
Bu zəfərin mübarəkdir, ey vətən!

Haqq deyənlər, haqq yolundan azdılar,
Tarix boyu sənə quyu qazdılar,
Oğulların şanlı tarix yazdılar,
Bu zəfərin mübarəkdir, ey vətən!

Qürurluydu bu Qarabağ səfəri…
Bu torpağın hər oğlu, hər nəfəri,
Qanımızla qazanmışıq zəfəri,
Bu zəfərin mübarəkdir, ey vətən!

Şuşamızda dağlar başı dumanlı,
Daha bir də kimsə olmaz gümanlı,
Qazin rəşadətli, Şəhidin sanlı,
Bu zəfərin mübarəkdir, ey vətən!

Xarı bülbül gələr bu yaz, səcdənə,
Dursam min il, yenə də az, səcdənə,
Dayanıbdı bütün Qafqaz səcdənə,
Bu zəfərin mübarəkdir, ey vətən!


2️⃣ QƏLƏBƏ MÜJDƏSI ŞEİRİ
Müəllif: Rahil Məmməd

Gül, ey Azərbaycan, gözlərin aydın,
Əzildi zəhərli ilanın başı!
Analar, bacılar, ağı deməyin,
İndi qismətimiz sevinc göz yaşı!

Ey Şuşam, bir daha gözlərin aydın,
Sənə sahib çıxdı mərd oğulların.
Adını tarixə yazdı hünərlə,
Dosta dost, düşmənə sərt oğulların!

Gözəl Qarabağım, eynin açılsın,
Sən artıq deyilsən düşmən tapdağı.
İndi al qoynuna zirvələrində,
Ulduzlu, hilallı üçrəng bayrağı!

Haçandır qoynundan uzaq düşmüşdük,
Səninlə həsrətin otuzdur yaşı.
Hüsnünü görməyən fidan oğullar
Uğrunda qan tökür, şirtək savaşır!

Sən də dön – yurdundan perik düşənim,
Məhəbbət çiçəyim, xarıbülbülüm!
Hələ yaraları təzə olsa da,
Bir ağız oxusun barı bülbülüm!

Ali Baş Komandan, sən də var ol ki,
Qələbə sevinci yaşatdın bizə!
Hünər tariximə yazdın adını,
Sanki işıq verdin gözlərimizə!

Ruhunuz şad olsun, şəhid oğullar,
Dəniztək çağladı Vətən sevginiz!
Ölümün gözünə dik baxa-baxa
Şəhidlik zirvəsi fəth etdiniz siz!

Ey müzəffər ordum, eşq olsun sənə,
Sən öz savaşınla tarix yaratdın!
Verib türk oğluyla çiyin-çiyinə,
Qələbə eşqiylə murada çatdın!

3️⃣ VƏTƏN, GÖZÜN AYDIN BIZ QAYITMIŞIQ ŞEİRİ
Müəllif: Ramiz Bahaduroğlu

Bu haqqın davası, haqqın savaşı,
Mayak tək parlayır Murovun başı,
Qartallar qıy vuran sıldırım daşı,
Hər qarış torpaqı Vətən sanmışıq,
Dağlar, gözün aydın biz qayıtmışıq.

Düşmənə əsir oldun-ötdü illər, fəsillər,
Qisas oduyla yandıq, ər böyüyən nəsillər,
Babəkin, Xətainin qılıncından güc əmər,
Ay, ulduz haşiyəli bayrağa sarılmışıq,
Torpaq, gözün aydın biz qayıtmışıq.

sponsor 3

Oyan Xarı bülbül, oyan qərənfil,
Sil göz yaşını Bakı, Ərdəbil,
Ey babam Pənah xan, İbrahimxəlil
Basıb səngərləri dağlar aşmışıq,
Şuşam, gözün aydın biz qayıtmışıq.

Füzuli, Cəbrayıl, Laçın, Zəngilan,
Qubadlı, Kəlbəcər, Ağdamdır yanan,
Ey odlar diyarı, can Azərbaycan,
Hər dağa, har daşa bayraq sancmışıq,
Qarabağ, gözün aydın biz qayıtmışıq.

Qəlpə-qəlpə bölündün kağızdakı yazıyla,
«Gülüstanı» suvardıq « Kürəkçayın » suyuyla,
Ünvanını yazdılar min yozumlu adıyla,
Bütövləşib bir olduq cahana hay salmışıq,
Vətən, gözün aydın biz qayıtmışıq.

4️⃣QARABAĞ ARTIQ AZADDIR ŞEIRI
Müəllif: Elvin Elxanoğlu

Dalğalandı Qarabağda,bugün zəfər bayrağımız,
Heç vaxt yerdə qalmayacaq,axıdılan qanlarımız.
Düşmənlərdən təmizləndi,dədə-baba torpağımız.
Canlarını fəda edən,şəhidlərin ruhu şaddır.
Xəbər olsun Mübarizə, Qarabağ artıq azaddır!

Məhv elədi düşmənləri,dastan yazdı şanlı ordu,
Xocalıda öldürülən hər can üçün hesab sordu.
Baxın görün otuz ildə neçə oğul şəhid oldu,
Cənnətdədir onlar bugün, şəhidlik ən uca addır,
Deyin Polad Həşimova, Qarabağ artıq azaddır!

Qarabağ türk torpağıdır, yenə elə qalacaqdır,
Qarabağa göz dikənlər başlarından olacaqdır.
Şanlı ordum yenilməzdir, daim zəfər çalacaqdır,
Qarabağ Azərbaycandır,gerisi cəfəngiyatdır!
Səhidlərim, qazilərim, Qarabağ artıq azaddır!

5️⃣ ZƏFƏR NOTLARI ŞEİRİ
Müəllif: Tural Turan

Nəbzi yumruğunda döyünən xalqın
Saatı Şuşaya işləyir indi.
Qalxın ey şəhidlər, yuxudan qalxın,
Atınız altımızda kişnəyir indi.

Yolların boynuna sarılır nallar,
Qaçır üstümüzə yalların tozu!
Gözlərdə parlayır aylı hilallar,
Bükülür özləmin, həsrətin dizi…

Döyür qapıları gözaydınlığı,
Əsgər çəkməsində ağ palçıq gülür.
Dua badələri deyir sağlığı,
Şuşada ağaran alaçıq gülür…

Açır qollarını şəhid anası,
Alın yazısını öpür zamanın.
Sökülür gözündən yüzillik yası,
Gülür yanaqları Azərbaycanın!

Qol açıb oynayır şəhid məzarı,
Bayrağın başına dolanır külək.
Bülbülü çağırır qayada Xarı:
Gəl yeni nəğmənlə şəklimizi çək!

Baxıram saata: sıfır bir on beş,
Artıq noyabrın onudur, indi.
(Düşmənin baxışı leş qoxuyur, leş…)
Bu zəfər, bu sevinc, ey türk, sənindir!

Sevinc göz yaşları – gecənin süsü,
Ulduzlar göylərdə yallı gedirlər.
Çal aşıq, bizimçün Zəfər türküsü,
Oynasın şeirimdə şanlı sətirlər…

…Ata, gözün aydın, gəldi türk çağı!
Şuşadan başlayır bu çağ, bu zaman!
Qara öprəyini açır başından,
Bu səhər dan yeri, dan alaçığı!..

Belini dikəldir Xudafərin də,
Zəngilan göz vurur Qafana sarı…
Araz da durulur lilli yerindən,
Gülür Təbrizin də boz buludları!

Qırx dörd gün zamana meydan oxuduq!
Altı həftə çəkdi yağı dirənci.
Biz şəhid qanıyla Zəfər toxuduq,
Hər ilməsi büllur, bədizi inci…

Söndürə bilmədi xalqın odunu,
Mərmi bulaqları, güllə yağışı!
İlk bəstəsini yazdıq, notunu yazdıq,
altun hərflərlə builki qışın.
Tanrı da dinləyir öz kürsüsündə
Bu Odlar Yurdunun zəfər notunu!

6️⃣AZƏRBAYCAN ƏSGƏRI ŞEIRI
Müəllif: İlham Musa oğlu.

Gülür torpaq, gülür dağ,
Gözəl diyar, gözəl çağ,
Azad oldu Qarabağ!
Aldıq bu xoş xəbəri!
Azərbaycan əsgəri!

Düşmənləri əzdilər,
Başlarını üzdülər,
Hər əzaba dözdülər,
Daha, dillər əzbəri!
Azərbaycan əsgəri!

Qarabağı aldılar,
Onlara halaldılar!
Cani-dildən çaldılar,
Qalibiyyət zəfəri!
Azərbaycan əsgəri!

Yandılar, sönmədilər,
Bu yoldan dönmədilər,
Əyilib, enmədilər,
Göstərdilər hünəri!
Azərbaycan əsgəri!

Erməni çökdü təmiz,
Həm şərəfsiz, həm qəliz,
Qalib gəldik, sonda biz,
Sevindirdi bəşəri!
Azərbaycan əsgəri!

Qorxu bilməz candılar,
Qəhrəman oğlandılar,
Hər hücumda, andılar,
Ulu Öndər Heydəri!
Azərbaycan əsgəri!

İrəliyə İlhamla!
Düzəldilər, nizamla.
Qaytardılar, inamla,
Hər bir kəndi, şəhəri,
Azərbaycan əsgəri!
Azərbaycan əsgəri!

Tövsiyə mövzu: 8 Noyabr Zəfər Günü Haqqında Məlumat

7️⃣ AZƏRBAYCAN ORDUSU SEIRI
Müəllif:Elvin Elxanoğlu

Güclülərin sırasında qərar tutub sənin adın,
Sən həmişə zəfərlərə çox inamla addımladın,
Dastanlara mövzu olub Mübarizin,həm Poladın,
Düşmənlərin ürəyinə salmısan ölüm qorxusu,
Allah sizləri qorusun Azərbaycan ordusu.

Hər şey vətən üçün olub ən əziz şüarın sənin,
Vətən sənə əmanətdir, keşiyindəsən Vətənin.
Qarabağda dastan yazan şəhidlərin,qazilərin,
Qarşısında baş əyirik, bax budur sözün doğrusu,
Allah sizləi qorusun Azərbaycan ordusu.

Artıq birdə Qarabağa düşmən əli yetməyəcək,
Xudayarın xoş avazı qulaqlardan getməyəcək,
Şəhidlərin qanı heç vaxt yerdə qalıb, itməyəcək,
Qarabağı azad etib yaşatdız zəfər duyğusu,
Allah sizləri qorusun Azərbaycan ordusu.


8️⃣ AZƏRBAYCAN, GÖZÜN AYDIN ŞEİRİ
Müəllif: Rövşən Xasayoğlu

Səsimə səs verin dedim, Qarabağım əsarətdə,
Kar qulaqlar eşitmədi, kor vicdanlar xəyanətdə.
Sapı bizdən baltaların kəsiləndən əli-qolu,
Xalq güvəndi öz gücünə, işıqlandı haqqın yolu.

Güclərimiz birləşincə, Türkün gücü selə döndü,
Şəhidlərin al qanıyla torpaq qızıl gülə döndü.
Döndüm artıq öz-özümə, boyun əydi xeyirə şər,
Türkün haqqı, ədaləti haqsızlığın önün kəsər.

“Zülüm çəkən” erməninin gerçək üzü çıxdı üzə,
Yalvarsa da, inanmayın dil çıxarır əfi, gürzə.
Boz qurdların qarşısında çaqqalların şansımı var?
Aslan kürkü geyən tülkü bil ki, yenə tülkü doğar.

Düşmən qaçır döyüşməyə, vuruşmağa cürəti yox,
Zəncirləyir əsgərini, zənciri var, qeyrəti yox.
Torpaq ona özgə, yaddır qəbul etməz varlığını,
İt aslanla döyüşməz ki, bağlasan da ayağını.

Bağla qaçan əsgərini, başqa yolun yoxdur sənin,
İgidlərim çoxdan biçib, bezdən hazırdır kəfənin.
Ya da gedin, qoy batmasın əlim kirli qanınıza,
Sizdə Vətən doyulan yer, əsirsiniz qarnınıza.

Gavurları Vətənimdən atdıq nəfəs aldı torpaq,
İllərdir ki, söyləyirik: “Ya şəhidlik, ya Qarabağ”.
Əsgərimin ayaq səsi duyulmaqda, Cıdır düzü,
Sağalacaq yaraların, silindi düşmənin izi.

Açar Sözlər: 8 noyabr zəfər günü haqqında şeir, zəfər gününə aid şeirlər,zəfər şeirləri,zəfər günü şeir,zəfər günü haqqında şeir,zefer gunune aid seir, zefer gunu seiri, sehidlere aid seir, zefer gunune aid seirler, zefer seiri,qələbə şeirləri

Zəfər gününə aid şeirlər
Qarabağa Aid Şeirlər
Azərbaycana Aid Şeirlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 126

İlk səs verən sən ol!

3 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir