[quads id=7]

Azadlıq haqqında şeirlər

azadliga aid seirler,azadlıq haqqında şeir,azazadlığa aid şeirlər,azadlıq haqqında şeirlər,azadlıq şeirləri
0
(0)

“Azadlıq dedim” şeiri

Müəllif: Sabir Rüstəmxanlı

Meydan – şərəf, ləyaqət, yüz illərin həsrəti,
Qaranlıq zindanlardan baş qaldırmaq cürəti,
Əzilmiş bir millətin dirilən cəsarəti,
Yüzillərlə boğulan sözə azadlıq dedim,
Bu dağa, bu dənizə, düzə azadlıq dedim!

Yatanları səsimiz oyatdı yuxusundan,
Ayırdı ayrılara əyilmək duyğusundan,
Sıyrıldı sürgünlərin, ölümün qorxusundan,
Kişiliyə, mərdliyə, gücə azadlıq dedim,
Düşmənlərdən alınan öcə azadlıq dedim!

Qəddin düzəlsin, Vətən, başını qaldır, ana!
Daha əsir olmarıq hər çovğuna, tufana,
Qanadlandı səsimiz Şahdağdan Savalana,
Parçalanmış Vətənə, yurda azadlıq dedim,
Məkri, şəri uladan Qurda azadlıq dedim!

Qayıtsın Dünya boyu yürüyən çağlarımız,
Elə şöhrət gətirən şanlı soraqlarımız,
Sovrulsun tarix külü, yansın ocaqlarımız,
Bu dənizə, bu gölə, çaya azadlıq dedim,
Bayrağımda nur saçan Aya azadlıq dedim!

Yenə bahar nəfəsi can versin torpağıma,
Yüz ildə bir son verim, fəryadıma, ahıma,
Soyum, yolum, inancım qayıtsın bu çağıma,
Güneydə əsir olan elə azadlıq dedim,
Göyçəyə, Zəngəzura, Milə Azadlıq dedim!

Təbriz, Dərbənd, Borçalı, Kərkük, Urmi, Həmədan,
Gözlərdə eyni arzu, damarlarda eyni qan,
Od alsın Bakımızın sönməz alovlarından,
Hər şəhərə, hər kəndə, köyə Azadlıq dedim,
Tanrı deyib sevdiyim Göyə Azadlıq dedim!


“Azadlıq” şeiri

Müəllif: Xəlil Rza Ulutürk

Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.
Biz Türküstan elləriyik,
Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan –
Ermənisiz Azərbaycan!
Bir yanda şahənşah, bir yanda da çar,
Qan ilə yazdılar sülh qərarını,
Tikanlı məftillə sarıdı onlar
Böyük bir millətin yaralarını.
Gürşad tökdü, tufan oldu,
Araz daşdı, ümman oldu.
Qayaları al qan oldu
O sahildə, bu sahildə.
Ölkə yandı, vətən yandı,
Qızıl pultək xırdalandı.
Dövlət getdi, var talandı
O sahildə, bu sahildə.
Bir-birindən cida düşdük,
Diri gözlü oda düşdük.
Biz yadlara neynəmişdik
O sahildə, bu sahildə?
Füzulim qəmli neydi,
O bir də mi qara geydi?
Yarasına kimlər dəydi
O sahildə, bu sahildə.
Şəbi- hicran yanar canım,
Tökər qan çeşmi giryanım,
Oyadar xəlqi əfqanım,
O sahildə, bu sahildə.
Nə həsrət , nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləşsin bir can olsun
O sahil də, bu sahil də!…


“Azadlıq Həsrəti” şeiri

Müəllif: Xəlil Rza Ulutürk

Sən demə azadlıq aymış günəşmiş,
O aya o günə həsrət qalmışam.
Həyat səsli küylü bir keşməkeşmiş,
Doğma səsə ünə həsrət qalmışam.

Mənim o yerlərdə ayaq izim var,
Səadət aynası beş dənizim var.
Vəfa xəzinəsi firəngizim var,
Onun ağ üzünə həsrət qalmışam.

Ruhum meydanlara sığmayan alay,
Üç rəngli bayrağım qalx ucal haray.
Öpsün tellərini Xəlil, günəş, ay,
Mən sənin üzünə həsrət qalmışam.

Uzaq diyardayam daş qəfəsdəyəm,
Bir vətən ləhinə teşnə həstəyəm,
Mənə görüş verin səfər üstəyəm,
Balamın gözünə həsrət qalmışam.

Çattırın o gülə gülzara məni,
İtirsən o yerde gəz ara məni,
Qürbəttə qoymayın məzara məni,
Vətən gündüzünə həsrət qalmışam.

Xəlil sən qayasan dərdə dözərsən,
Sən kürsən, xan araz, göygöl xəzərsən,
Yenə o yerləri bir gün gəzərsən,
Demə sən bu günə həsrət qalmışam.


Azadlıq haqqında şeirlər, Azadlıq şeirləri

“Həsrət bitdi Qarabağ” şeiri

Müəllif: Nicat İsmayılov

Qarabağı işğaldan,
Azad etdi igidlər.
Heç zaman unutmarıq,
Tarix yazdı şəhidlər.

44 gündə düşmənə,
Qəhrəmanlar çəkdi dağ.
30 il ayrı qaldıq,
Həsrət bitdi, Qarabağ.

Keçdi qorxmaz oğullar,
Od-alovun içindən.
Danışacaq nəsillər,
Onların mərdliyindən.

Aylar, illər ötəcək,
Qürurla anacağıq.
Şəhidlər ölməzdilər,
Birgəyik sanacağıq.

sponsor 3

Əziz Vətən, can Vətən,
İgidlərin var olsun.
Oğlun, qızın səninlə
Daim bəxtiyar olsun.


“Qarabağ artıq azaddır” şeiri

Müəllif: Elvin Elxanoğlu

Dalğalandı Qarabağda,bugün zəfər bayrağımız,
Heç vaxt yerdə qalmayacaq,axıdılan qanlarımız.
Düşmənlərdən təmizləndi,dədə-baba torpağımız.
Canlarını fəda edən,şəhidlərin ruhu şaddır.
Xəbər olsun Mübarizə, Qarabağ artıq azaddır!

Məhv elədi düşmənləri,dastan yazdı şanlı ordu,
Xocalıda öldürülən hər can üçün hesab sordu.
Baxın görün otuz ildə neçə oğul şəhid oldu,
Cənnətdədir onlar bugün, şəhidlik ən uca addır,
Deyin Polad Həşimova, Qarabağ artıq azaddır!

Qarabağ türk torpağıdır, yenə elə qalacaqdır,
Qarabağa göz dikənlər başlarından olacaqdır.
Şanlı ordum yenilməzdir, daim zəfər çalacaqdır,
Qarabağ Azərbaycandır,gerisi cəfəngiyatdır!
Səhidlərim, qazilərim, Qarabağ artıq azaddır!


Bənzər mövzular:

Axtarış sözləri: azadliga aid seirler,azadlıq haqqında şeir,azazadlığa aid şeirlər,azadlıq haqqında şeirlər,azadlıq şeirləri, azadlıq movzusunda seir

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir