Oxubil.info saytı olaraq bir-birindən gözəl Romantik şeirləri sizlər üçün ərsəyə gətirdik.
“Rəssam, sevgilimin rəsmini gəl çək” şeiri
Müəllif: Ömər Xəyyam
Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim.
Çək onun qaradan qara telini,
Çək, rəssam çək onun incə belini,
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim.
Çək Tanrı verdiyi gözəl qulunu,
Çək dörd bir yanını, sağı solunu,
Çək onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim.
Sponsor Linklər
“Sənin üçün” şeiri
Müəllif: Nəbi Xəzri
Qarlı bir zirvə olsan,
Ağ buludun olaram.
Dərin xəyala dalsan,
Mən sükutun olaram.
Çəmən olsan əgər sən,
Sərin yağış çılərəm.
Əgər dənizə dönsən
Sahilə çevrilərəm.
Qovmuşam dərdi, qəmi,
Xoşbəxtin ilki mənəm.
Səslənsən nəğmə kimi,
Sözlərin, bil ki, mənəm!
Məni susdursa zaman,
Səni özüm sanaram.
Səhər kimi oyansan,
Günəş kimi yanaram.
“Yarı məndə, yarı səndə” şeiri
Müəllif: Nüsrət Kəsəmənli
İkimizdə bir ürək var.
Yarı məndə, yarı səndə.
Sevgi adlı bir ağacıq,
Budaq məndə, narı səndə.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Çiçək ətri gül üzündə,
Min məna var hər sözündə.
Bir buluduq göy üzündə
Yağış məndə, dolu səndə.
Bir ovçuyam, günüm ovda
Qaçhaqaçda, qovhaqovda,
Eşqimiz bir şirin sevda
Pətək səndə, balı məndə…
“Sənin gülüşlərin” şeiri
Müəllif: Mikayıl Müşfiq
Qarşımda nazlanıb yеnə gülürsən,
Bilsən gülüşlərin nəyə bənzəyir?
Mən dеsəm artıqdır, özün bilirsən,
Lalə yarpağında şеhə bənzəyir.
Sənin gülüşlərin bir ruzgar kimi
Əsərkən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar kimi
Ruhuma bir sərin işıq saçılır.
Söylə, gözəllərin dodaqlarından,
Bu oynaq gülüşlər umulmuşmudur?
Sənin hər qəhqəhən ay kənarından
Kеçən buludmudur, uçan quşmudur?
Sənin gülüşlərin yaz səhərindən
Hissimə, fikrimə sanki rəng alır.
Gül ki, şеirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir ahəng alır.
Sən güldüyün zaman bu şad günümdə
Açılır qarşımda, canlanır bahar.
Bəzən başucumda, bəzən önümdə
Şimşəklərim çaхar, sularım aхar.
Cahan ki solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək!
Yazıq o şəхsə ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!
Romantik şeirlər
“Yağış” şeiri
Müəllif: Tural Müseyibov
Yağış yağsın… Biz islanaq
Danışmayaq… Susub duraq.
İslandıqca saçlarımız
Alnımızdan, üzümüzdən axan damla
Sel olacaq…
Silməyək gəl üzümüzü.
İslanacaq xəyalımız
Yox olacaq kədərimiz
Danışmayaq…
Dur yanımda.
Baxaq uzaq yollara biz
Səssizlikdən duyulacaq
Qəlbimizin pıçıltısı.
Tut əlimdən möhkəm, möhkəm.
Sıx ovcunun içindəcə
Bax gözümə.
Kipriklərdən süzüldükcə
Hər damlada bir xəbər var
Selə dönüb axıb gedən
Arzu, xəyal düşüncə var.
Gedirsən sən….
Əksim düşən gözlərindən
Uzaqlaşıb itirəm mən.
Səssiz, susqun baxışınla
Xəyalından köçürəm mən.
Mən bilirəm,
Elə bu cür səssiz, susqun
Geri dönüb gələcəksən.
“Eşq!” şeiri
Müəllif: Maga Kərimli
Gecə xəyalıyla yatıb hər səhər
Görmək ümüdüylə oyanmaqdı eşq.
Həyata baxmaqdı nağıllar kimi
Min bir möcüzəyə inanmaqdı eşq
Onu hər görəndə dolaşdıqca dil
Susur o danışsa dünya elə bil
Nə sarılmaq deyil, nə öpmək deyil
Əlini tutmağa utanmaqdı eşq
Hər şeydə biraz o, düşünür adam
Havada ayrı tam, suda ayrı tam
Həyat gözlərində dəyişir tamam
Elə bil yenidən yaranmaqdı eşq
Ovcunun içinə həyat yerləşir
Sıxırsan buludu, ayı, günəşi
Yerdə nə baş verir? nəbilim əşi
Göylərin üstündə dolanmaqdı eşq
O qədər yıxılıb qaçan, tələsən
Yerində bərk dayan, deyim biləsən
Hər şey məhv olacaq biraz büdrəsən
İncə ip üstündə dayanmaqdı eşq.
Şirin nağıllara inanmaqdı eşq…
“Saf Sevgi” şeiri
Müəllif: Elvin Elxanoğlu
Durub gözlərinə baxmaq istərəm,
O dərin baxışlar ruhumu alır.
Dəniz gözlərində batmaq istərəm,
Hər baxış qəlbimə dərin iz salır.
O saf təbəssümün dünyaya dəyər,
Günəş gülüşündən sanki nur alır.
Lalələr, nərgizlər sənə baş əyər,
Almaslar qarşında kölgə tək qalır.
Bütün musiqilər səsinlə susur,
Sən sussan sevgimiz nəfəssiz qalır.
Səsinlə bu ruhum tapır bir hüzur,
Hüzursuz həyatdan kim ləzzət alır?
Nə yaxşı qarşıma çıxmısan gülüm,
Səni hər görəndə, dərdim azalır.
Hava tək ömrümə axmısan gülüm,
Qəlbim saf sevginlə bil qidalanır.
“Sənə” şeiri
Müəllif: Rəsul Rza
Sənsizləmiş gecələrdə
sənli gecələr üçün
darıxıram.
Yığın-yığın adam içində
bizə tənhalıq olan
küçələr üçün
darıxıram.
Küsüb-barışdığımız
günlər üçün
darıxıram.
Örpəyinin saçağına
vurduğum düyünlər üçün
darıxıram.
Darıxıram gülüşün üçün,
qəmli gözlərin üçün.
Qaşlarının kölgəsi üçün,
Ümidlərimin
nigaran ölkəsi üçün
darıxıram.
Məktubunu gözləyib,
yollara baxıb
darıxıram.
Verdiyim qərənfillərin ölüsünə
baxıb-baxıb
darıxıram.
Dünən hava sərin idi.
Bu gün yer, göy alışıb yanır.
Könlüm, gözüm,
sükutum, sözüm,
barmaqlarımın başı,
yanağımdakı göz yaşı,
qəlbimin çırpınışı
səni anır.
Ad günüdür bu gecə.
Gedim, necə,
getməyim, necə?
Səninlə hər şey aydın idi.
Hər şey sualsız idi.
İndi hər şey “necəli”,
hər şey “nə sayaqlıdır”,
neçə qərar yanlışdır.
Neçə qərar şübhəli,
neçə qərar haqlıdır,
Elə bil sualların cavabını,
nə varsa,
özünlə aparmısan.
Elə bil bütün cavabların
sualı səndədir, səndə.
Səni axtarıram
durğun havada,
külək əsəndə.
Gecənin aydınlığında,
gündüzün toranlığında
səni axtarıram.
Arzuların işığında,
ümidimin qaranlığında
səni axtarıram.
Səndədir səbrim, dözümüm.
Sənsiz tapa bilmirəm
özüm özümü.
Əzizim, könüldaşım, mehribanım,
qoyma sənsizlik qürbətində
qəm oduna yanım.
Nə mənə yaraşır bu sızıltı,
nə sənə,
gəlsənə.
“Tut kirayə ömrümü” şeiri
Müəllif: Orxan Bahadırsoy
Gəl sənə bilmədiyin bir ağrıdan sirr açım:
hələ də üzgün-üzgün gözləyirəm yolunu.
Gəl sənə bu soyuqda sinəm üstə yer açım,
yastıq elə çiynimi, yorğan elə qolumu…
Elə gəl ki, bu ömrüm ikimizə bəs etsin,
götür gələcəyini, yığış, yığış ömrümə.
Gah qar kimi səpilsin, gah gün kimi isitsin,
çilənsin nəvazişin yağış-yağış ömrümə!
Getdikcə uşaqlaşıb tək yatmağa qorxuram,
qorxuram ki, gəlməsən qocalaram birazdan.
masa üstə göyərən çörəklərə baxıram,
heç zəhrimar tüstü də sənsiz keçmir boğazdan!
Bu soyuq ömrümü də bir ocaq hesab elə,
yenə bir bəla kimi, gəl mənim başıma, gəl!
Tanrıdan ünvanımı soruş, haqq-hesab elə,
tut kirayə ömrümü, daşına-daşına gəl!
Bənzər mövzular:
Axtarış sözləri: sevgiye aid seirler romantik sevgi seirleri romantik seirler, sevgi haqqında romantik şeir