[quads id=7]
1 İyun uşaqlara aid şeirlər Uşaqlar gününə aid şeirlər usaqlar gunune aid seirler
4.1
(110)

Uşaqlara həsr olunmuş bir-birindən gözəl 9 şeir

“Balaca ulduzlar” şeiri

Müəllif:Teymur Elçin.

Göydə yox, yerdədir
Bizim ulduzlar;
Balaca oğlanlar,
Balaca qızlar.
Günəşin dalınca
Gedirlər hər gün,
Dünyanı zülmətdən,
Qurtarmaq üçün.
Göydə yox, yerdədir
Bizim ulduzlar
-Balaca oğlanlar,
Balaca qızlar.


“Uşaq oyunları” şeiri

Müəllif: Əyyub Türkay.

Gəlin gedək oynayaq,
Tez qarışıb qaynayaq.
Düzülüşək baş-başa,
Dövrə vuraq biz qoşa.

Çoxlu oyunlar ilə
Könüllər gəlsin dilə.
Kim hoppanar kəndirə,
Kim tullanar hündürə?

Hərəsi bir xal alsın,
Yerdə qalan əl çalsın.
Həm əylənək, həm gülək,
Qalib kimlərdir, bilək.


“Balalar” şeiri

Əyyub Türkay.

Balalar, ay balalar,
Tanrıdan pay balalar.
Evlər sizdən nur alar,
Qəlblərə fərəh dolar.

Siz həyata gələndə,
Üz-gözümüz güləndə
Biz ata-ana olduq,
Bu dünyadan kam aldıq.

Mışıl-mışıl yatanda,
İlk addımı atanda
Sizə sevinclə baxdıq,
Gözmuncuğu da taxdıq.


1 İyun uşaqlara aid şeirlər

“Mənim ağıllı balam” şeiri

Gülzar İbrahimova.

Mən saymağı bilirəm,
Hərfləri tanıyıram
Mənim də var məktəb çantam,
Sabah məktəbə gedirəm!

Müəllimə desə «A» yaz
Mən tez «ana» yazacağam,
Desə ki, 10-a qədər say,
100-ə qədər sayacağam!

Çoxlu-çoxlu oxuyub,
Savadlı olacağam
Mənə deyəcək anam,
«Mənim ağıllı balam»!


“Ağıllı oğlan” şeiri

Sevinc Nuruqızı.

Bunu hamı bilir ki,
Mən ağıllı oğlanam.
Elə ona görə də
Çox sevir məni anam.

Yol ötən bir nənənin
Çantasını alıram.
Sonra qolundan tutub
Onu yola salıram.

Təmizkar oğlanam mən
Yerə zibil atmıram.
Qızların hörüyünü
Tutub bərk-bərk dartmıram.

Qarışqa yuvasını
Çəpərə alıram mən.
Məstanın qayğısına
Hər zaman qalıram mən.

Bunu hamı bilir ki,
Mən ağıllı oğlanam.
Elə ona görə də
Çox sevir məni anam.


“Bir İyun gününüz mübarək olsun!”

1 İyun uşaqlara aid şeirlər 👧👦, Uşaqlar gününə aid…

Solmaz Şirin.

sponsor 3

Mehriban balalar, əziz uşaqlar,
Bir İyun gününüz mübarək olsun!
Sülhlə, məhəbbətlə yansın ocaqlar,
Qəlbiniz sevinclə, fərəhlə dolsun!

Sizi Müdafiə Günüdür bu gün,
Atalı-analı, Vətənli olun.
Bütün günləriniz olsun toy-düyün,
Böyük əməllərlə, işlərlə dolun.

Azad ölkəmizdə indi siz uşaq,
Sizdən yetişəcək yazıçı, alim.
Sabah olacaqsız arxa və dayaq,
Mühəndis, diplomat, müəllim, həkim.

Yetişin Vətənə layiqli övlad,
Qoruyun hər qarış torpağı, daşı.
Adınız Vətənə yaraşan bir ad.
Ucalsın sizinlə Vətənin başı.

Üçrəngli bayrağı saxlayın uca,
Ox olub düşmənin gözünə batın.
Qoymayın Vətəndən yad quş da uça,
Vətəni satanı odlara atın!


“Uşaqlar” şeiri

Şirinxanım Kərimbəyli.

Qış ötüşüb yaz gələr,
Avazlanar uşaqlar.
Günlərin bağrın dələr,
Pərvazlanar uşaqlar.

Səadətlə oynaşar,
Qanlar odla qarışar,
Şadlığı aşıb-daşar,
Nə yazlanar uşaqlar?

Dər-divarı eşərlər,
Torpaqla güləşərlər,
Can deyib dilləşərlər,
Hey nazlanar uşaqlar.

Oynamaqdan doymazlar,
Evə ayaq qoymazlar,
Nə yoruldum duymazlar?
Bəyazlanar uşaqlar.

Dünyaya işıq təki,
Evə yaraşıq təki,
Sinəyə aşıq təki,
Nə sazlanar uşaqlar?


“Gəlin Uşaqlara oxşayaq” şeiri

Ələmdar Quluzadə.

Üfüqlər səmada oyanan səhər,
Dan yeri şəfəqə boyanan səhər.
Uşaqlar sabaha boylanan səhər
Gəlin uşaqlara oxşayaq bir az.

Günəş kainatın çıraq dünyası,
Çiçəklər, ləçəklər budaq dünyası.
Uşaqlar dünyanın uşaq dünyası
Gəlin uşaqlara oxşayaq bir az.

Gözəli köksümdə dil açan dilək,
Dəcəli sinəmdə döyünən ürək.
Gəlin uşaqlarla əl-ələ verək
Gəlin uşaqlara oxşayaq bir az.

Uşaq tək sevinək ocaq görəndə,
Qanadlı quş olaq budaq görəndə
Harda olur-olsun, uşaq görəndə
Gəlin uşaqlara oxşayaq bir az.

Dodaqlar nəğmənin təzəsin deyə,
Gülüşlər dünyanı bəzəsin deyə,
Uşaqlar bizlərə bənzəsin deyə
Gəlin uşaqlara oxşayaq bir az.


“Yer üzündə uşaqlar var” şeiri

Zeynal Cabbarzadə.

Yer üzündə uşaqlar var,
Rəngi qara, rəngi sarı.
Gəlin dostlar, salamlayaq
Bu gün bütün uşaqları.

Uşaqlar var bahar belə
Onlar üçün acı qışdır.
Uşaqlar var dərd əlindən
Gənc olmamış qocalmışdır.

Uşaqlar var uzaqlarda
Dərdi, qəmi çox böyükdür.
Ac, yalavac, gülmür üzü,
Bir dəridir, bir sümükdür.

Gəlin dostlar, biz onları
Sevə-sevə salaq yada.
Qoy titrəsin səsimizdən
Yad ellərin cəlladları.
Qardaş olsun, sirdaş olsun,
Bu dünyanın övladları!

1 İyun uşaqlara aid şeirlər Uşaqlar gününə aid şeirlər usaqlar gunune aid seirler
1 İyun uşaqlara aid şeirlər 👧👦, Uşaqlar gününə aid şeirlər

Bənzər mövzular:

Uşaq Şeirləri, Uşaqlar Üçün Şeirlər
1 iyun Uşaqların Müdafiəsi Günü haqqında
Uşaqlar üçün maraqlı tapmacalar
Vətənə aid uşaq şeirləri
Uşaqlar haqqında aforizmlər

Axtarış sözləri: usaqlara seirler,uşaqlara həsr olunmuş şeirlər,1 iyun usaqlar gunune aid seir,1 iyun uşaqların beynəlxalq müdafiəsi günü seir,1 iyun usaqlar gunune aid seirler,1 iyuna aid şeirlər,uşaq şeirləri,1 iyun uşaqlara aid şeirlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 110

İlk səs verən sən ol!

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir