Sevgi Şeirləri sevgiye aid seirler sevgi seiri

Sponsor

4.6
(137)

Oxubil.info olaraq Mənalı Sevgi şeirlərini sizlər üçün bir araya topladıq.

Sevirəm şeiri

Müəllif: Mikayıl Müşfiq
Sevirəm
Bənövşə tək
Boynun bükərək
O məhzun duruşlarını.

Sevirəm
Mənimlə göz-gözə gələndə
Şimşək baxışların vuruşlarını.
Sevirəm
Kirpik çala-çala
Məni süzərək
Bir mahir ovçudan qorxmuş, ürkərək
O ceyran ədalı baxışlarını.

~~♡~~

Müəllif: Ağasən Bədəlzadə

Göz-gözə durmuşuq, gülüm, göz-gözə,
Dilimiz lal olub, gözlər danışır.
Baxışlar süzülür ürəyimizə,
Odlu baxışlarda sözlər sayrışır.

Ahlarım od salır qıvrım telinə,
Həsrətim can çəkir göz qabağında.
Əlimi uzatsam, çatar əlinə,
Fikrim çaşıb qalıb düz qabağında.

Doğma xəyalların səndən gen düşür,
Həsrətin biri qış, biri yaz olur.
Bəzən zirvəyə də əlin yetişir,
Böyründə bir çiçək əlçatmaz olur.

Hər yaxın olandan könül istəmə,
Düzdən rahat olur bəzən dağ-dərə.
Hər uzaq olana əlçatmaz demə,
Çox vaxt fikir çatmır əl çatan yerə.

Arzuya bəs olmur tək can sağlığı,
Arzu gah sevincdən, gah dərddən doğar.
Yaxınlığın bir az nəs uzaqlığı,
Uzaqlığın bir az yaxınlığı var.

~~♡~~

ÇIX QATAR YOLUNA

Müəllif: Baba Vəziroğlu

Çıx qatar yoluna bahar gələndə,
Mən sənə çiçəkli bahar göndərim.
Vüsal meyvəsindən dada bilmədik,
Sənə hər meyvədən nübar göndərim…

Çıx qatar yoluna payız olanda,
Uçan durnalarla salam yetirim.
Çıx qatar yoluna qaş qaralanda,
O qərib axşami , qəmi itirim…

Çıx qatar yoluna külək əsəndə,
Dağılan saçını darayım sənin.
Çıx qatar yoluna, səni itirsəm,
Bilim ki, mən harda arayım səni…

Çıx qatar yoluna yağış yağanda
Başının üstündə çətir tutaram.
Çıx qatar yoluna, elə özüm də
Mənzilə yetməyən qərib qataram…

Çıx qatar yoluna hər axşam, səhər,
Çıx qatar yoluna, məni qarşıla.
Bəlkə bir ömürlük çəkdi bu səfər,
Mən gələ bilmədim, məni bağışla…

~~♡~~

“Səninlə dünyada bəxtiyaram mən”

Müəllif: Bəxtiyar Vahabzadə

Ömrün payızında sevdim, sevildim,
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan orda varam mən.

Başımı qoyaram gündə yüz kərə,
Bir yol ayağını qoyduğun yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.

Sevgiyə həd qoymaq düzü günahdı,
Cahilin hər işi, sözü günahdı,
Eşqi günah saymaq özü günahdı,
Kim deyir eşqimdə günahkaram mən?!

Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm,
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada BƏXTİYARam mən.

sponsor 3

~~♡~~

Canım nə qədər var, mənə canan, sən olarsan şeiri

Müəllif: Xaqani Şirvani
Canım nə qədər var, mənə canan, sən olarsan,
Candan da əziz olsa bir insan, sən olarsan.
Sən indiyədək qəlbim üçün qəlb idin, ey yar,
Bundan sora da canım üçün can sən olarsan.
Hər yaram əgər olsa, onun məlhəmi sənsən,
Hər dərdim olarsa, ona dərman sən olarsan.
Könlün necə istərsə, elə ver mənə fərman,
Ömrüm nə qədər var, mənə soltan sən olarsan.
Eylərsən əgər şərhini iman ilə küfrün,—
Baş hərflə sərlövhəyi-divan sən olarsan.
Xaqani nədir? Gəlsən əgər ey gözü şəhla!
Əlbəttə ki, Xaqaniyə xaqan sən olarsan.

~~♡~~

Mən sevim, sən sevmə şeiri


Müəllif: Süleyman Rüstəm.

Mən sevim, sən sevmə, qoy belə olsun.
Sənə sev deməyə nə cürətim var?
Ürək özünündür özün bilərsən!
Mənimsə əhdimə sədaqətim var.

Mən tək sevən hanı səni dünyada?
Başımdan çıxmayır mənim bu sevda,
Ölsəm də açmaram sirrimi yada,
Səndən yar, sənə yar şikayətim var.

Yaxşı tanımırsan məni hələ sən,
Yar, saldın aşiqi dildən dilə sən.
Neyləyim mən belə, sən də eləsən,
Sənə yar, səndən yar, şikayətim var..

~~♡~~

Səni sevmək üçün gəldim dünyaya


Müəllif: Zəlimxan Yaqub

Çöldə çiçək oldum, çəməndə naxış,
Şimşəkdə od oldum, buludda yağış.
Sirli bir göz gördüm, nurlu bir baxış,
Çevrildim çeşməyə, qarışdım çaya,
Səni sevmək üçün gəldim dünyaya.

Mən min il əvvəl də gələ bilərdim,
Min ildən sonra da ölə bilərdim.
Zamanı başqa cür hesablayardım,
Vaxtı başqa cürə bölə bilərdim.
Düşüb sən doğulan həftəyə, aya,
Səni sevmək üçün gəldim dünyaya.

Səsini eşitdim, səsdən səs aldım,
Şaqraq gülüşündən güc, həvəs aldım.
Sən nəfəsim oldun, mən nəfəs aldım,
Muştuluq verdilər Günəşə, Aya,
Səni sevmək üçün gəldim dünyaya.

Neçə dinsizləri dinə gətirdim,
Qorudum, sünbülü dənə gətirdim.
Könlümdə nə varsa sənə gətirdim,
Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
Səni sevmək üçün gəldim dünyaya.

Məcnun da, Kərəm də, Fərhad da mənəm,
Məcnuna, Fərhada qanad da mənəm.
Ölüm də, sevgi də, həyat da mənəm,
Şükür Yaradanın verdiyi paya,
Səni sevmək üçün gəldim dünyaya.
Səni sevmək üçün gəldim dünyaya.

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.6 / 5. Səs sayı: 137

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

8 Comments

  1. Qəlbimi bir kutuya bənzət
    Arzularımı duyğularımı içində gizlət
    Bular yerinə yetməsədə olar
    Məni öz içində gizlət

    1. Seninle nefes aliram doguluram yeniden, seni cox sevirem cox,sevirem konulden,nolar gulum soyuq olma,terk etme qəfildən, men sensiz neylerem bu fani dunyada,cox qalmaram bir gun o dunyaya kocerem

  2. Çöldə çiçək oldum, çəməndə naxış,
    Şimşəkdə od oldum, buludda yağış.
    Sirli bir göz gördüm, nurlu bir baxış,
    Çevrildim çeşməyə, qarışdım çaya,
    Səni sevmək üçün gəldim dünyaya.
    ( Favori bend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir