[quads id=7]

31 Mart Soyqırımı haqqında şeirlər

31 Mart Soyqırımı haqqında şeirlər
1
(1)

31 Mart soyqırımı — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri kütəvi qırğın.

Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

“Şəhidlər” şeiri

Müəllif: Bəxtiyar Vahabzadə

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…

Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…

Dözdü hər zillətə, dözdü hər şeyə,
” Dünyada mənimdə haqqım var ” ,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…

İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.


“Gün otuz biri” şeiri

Müəllif: Naməlum

Ey qara donlu, kafir yadelli,
Kəs ayağını Türk torpağından
Daha bəsdir tökdüyün qanlar
Lənət olsun sənə qəddar, Şaumyan
Sən çirkin niyyətli bolşevik dostu,
Qırğınlar törətdin saysız, hesabsız
Kiriməz minlərlə günahsız ruhu
Unutmaz o günü Zəngəzur, Naxçıvan
Bakıda iyirmi min adam qırdılar
Nalələr bürüdü O gecə aləmi
Xalqa divan tutdu “Daşnaksütyun”lar
Viran qoyub bu abad şəhəri
“Qırmızı Qvardiya” –cəllad dəstəsi
Tutub Bakını topa, atəşə
Öldürüb uşaq, cavan, qadını
Göz dağı verdilər dinc əhaliyə
Qoynunda gətirən gənc canazəsin
Bu başı bəlalı, doğma şəhərə
Üzüb gəldi möhtəşəm “Evelina”
Yaydılar canilər döyüşür guya
Yığıb malakanı, rusu, xaçlını
“Üsyançı” şəhəri “susdurmaq” üçün
Silahsız kütləni atəşə tutdu
Şamaxı, Kürdəmir, Lənkəran, Salyan
İmdad diləyirdi gör neçə qəza
Özünə fəxr bildi murdar Hamazaps
Düzməyi gözləri muncuğa vurub
Quba 90-illik dərdi gizlətdi
Bağrında şəhidə abidə salıb
Erməni gör necə bir millətimiş?
Türkün əsrlərdir qanına susayıb
Qudyalçay sahili oldu məzarlıq
Dəfn edib xalqını qoynunda diri
Xaraba qoyuldu vətənim, elim
Üçüncü aylardan, gün otuz biri


31 Mart üçün şeiri

Müəllif: Leyla Mətin

O qarlı şaxtalı müsibət dolu
Gecəni hələ də unutmamışıq.
Körpə harayına yetə bilməyən
Çarəsiz ananı unutmamışıq.

Nə əzab əziyyət çəkdi körpələr
Bədənlər ayrıldı bir neçə yerə
Qaranlıq gecədə ay yumdu gözün
Şahidlik etmədi bu vəhşiliyə.

Ağaclar budaqlar nalə çəkdilər
Daşlar qan gördükcə dəhşətə gəldi.
Çığrıqlar qulağı batırdı , əfsus
Düşmən çox qəddardı insaf etmədi.


31 Mart Soyqırımı haqqında şeirlər

“Vətən torpağı” şeiri

Müəllif: Əyyub Türkay

Atalardan, babalardan,
Bizə miras qalan torpaq.
Uğrunda öz canın verən,
Ər-igidi olan torpaq.

Baxmayın ki, mən uşağam,
Savaş nədir, bilirəm mən.
Mənim atam cəbhələrdə
Məhv eləyib çoxlu düşmən.

Bu torpağı çox sevməyi
Öyrədibdir atam mənə.
Hər qarışın qorumağa
Mən borcluyam bu Vətənə.

sponsor 3

“Şəhidlər” şeiri

Müəllif: Bəxtiyar Vahabzadə

Bu vətən , bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
əyninə qanından bir köynək geyib
düşmənin yolunu kəsdi Şəhidlər.

Mymarket.az – Pulsuz Elan saytı
Təki vətənimiz düşməsin dara
Baxmayıb soyuğa , borana , qara
Cavab vermək üçün o azğınlara
Hər bir çətinliyə dözdü Şəhidlər.

Arzusu göylərə , yerə sığmayan
Araza sığmayan , Kürə sığmayan
Nağıla , dastana , şerə sığmayan
ən ali , müqəddəs sözdü Şəhidlər.
Torpaq götürməsin bu qanı , qardaş.

Gözləriniz yoxdu torpaq tökülə
Telləriniz yoxdu sığal çəkilə
Cəsədiniz yoxdu kəfən bükülə
Biz necə oxşayaq yaranı ,qardaş,
Torpaq götürməsin bu qanı ,qardaş.

Əliniz ümiddən qopmayıb hələ
Qanınız torpağa hopmayıb hələ
“Sevirəm”kəlməsi tapmayıb hələ
Qəfil güllə tapdı sevdanı , qardaş,
Torpaq götürməsin bu qanı , qardaş.

Bəlkə ana,bacı kitiyə , dönə
Yandıqca bir yanar körüyə dönə
Bu yoldan çətin ki , geriyə dönə
Vətən çətin dönüb usanır , qardaş,
Torpaq götürməsin bu qanı , qardaş


Vətən Marşı Şeiri

Müəllif: Bəxtiyar Vahabzadə.

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.

Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
Mənim öz ulduzumu bağrına basmış hilalım,
Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”.

Sən bu gül bayrağın altında məramınca yaşa,
Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
Sənin öz bayrağının kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.

Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni.

Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
Tapmar haqqa və insanlığa haqqdan doğulan.
Bəşərin dərdini öz dərdi bilib millətimiz.
Bizim öz niyyətimizdən doğub hürriyyətimiz.
Gecələr yatmadan əvvəl sor özündən ki:
“Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”



“Dünyanı qoruyaq soyqırımlardan” şeiri

Müəllif: İbrahim YUSİFOĞLU

Soyqırım haqqında düşünəndə mən,
Dilimdə söz donur, damarımda qan.
Bir ağrı, inilti keçir içimdən,
Bəlalar çəkmişik soyqırımlardan.

Kədərdi, əzabdı, qorxuncdu, bəddi,
Sinə də qovrulan dərddi soyqırım.
Gözləmir qanunu, gözləmir həddi,
Gavur ermənidi- şərdi soyqırım.

Adı Şaumyandı, soyadı Vazgen,
Yurdumda daş üstə daşı qoymadı.
Təkqulaq cəlladdı- geni həmən gen,
Türk qanı tökməkdən dinsiz doymadı.

Aşkarda, daldada illər boyunca,
Döndərdi səmtini çayların, gölün.
Qılıncla dəyişdi adın, soyun da
Əsir götürdüyü obanın, çölün.

Talandı neçə yol Naxçıvan, Gəncə,
Od tutdu Şamaxı Bakıya qədər.
Uşağı, qocanı öldürüb öncə,
Tarixə əbədi əkdi qəm-kədər.

Döndü qasırğaya torpağımızda,
Evlərin, qəlblərin çırağı söndü,
Yaman qəddar oldu Xocalımızda,
Bütün soyqırımlar yalana döndü.

Elə keçiribdir caynaqlarına,
Bu gün Odlar Yurdu para-paradır.
Güvənib arxalı “ dayılarına”,
“Böyük Ermənistan” qurub-yaradır.

Soyqırım haqqında danışanda mən,
Dilimdə söz coşur, damarımda qan.
İçimə bir haray dolur qeybdən:
-Dünyanı qoruyaq soyqırımlardan!


Bənzər mövzular:

Axtarış sözləri: 31 mart soyqırımı haqqında şeir,31 mart soyqırımına aid şeirlər,31 mart soyqırımı şeir,31 mart soyqırıma aid şeirlər,31 mart soyqirimi haqqinda şeirlər,31 mart soyqirimi aid seirler,31 mart soyqırımı şeirlər,31 marta aid şeirlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 1 / 5. Səs sayı: 1

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir