Yaşadığım ərazidə müasir şəhərsalma haqqında inşa

yaşadığım ərazidə müasir şəhərsalma haqqında inşa,yasadigim erazide sehersalma,yasadigim erazide muasir sehersalma melumat
4.3
(23)

Bu məqalə Yaşadığım ərazidə müasir şəhərsalma  haqqında inşa yazmağınıza yardım edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

Mən küləklər şəhəri olan Bakıda yaşayıram.  Bakı, nəinki ölkəmizin, eləcə də dünyanın ən gözəl və müasir şəhərlərindən biridir. Burada qədim tarixi binalarla yeni binaların harmoniyası vardır.  Müasir şəhərsalma zamanı şəhərin qədim tarixi abidələri, köhnə binaları da nəzərə alınır və ona görə layihələr həyata keçirlir.

Bakımız bütün dünyada həm də müasir tikilililəri ilə tanınır. Bunlar arasında Heydər Əliyev Mərkəzi,  Alov Qüllələri, Beynəlxalq Muğam Mərkəzi, Milli Olimpiya Stadionu, Xalça muzeyi, Bakı Kristal Zalı xüsusi gözəlliyi ilə seçilir.

“Alov qüllələri” kompleksi Bakının ən hündür binasıdır. Hündürlüyü 190 m olan bu bina şəhərimizin əsas rəmzlərindən birinə çevrilmişdir.Bina bütün dünyaya müasirliyi ilə bərabər həm də Azərbaycanın “Odlar Yurdu” olduğunu rəmzin olara tanıdır.

Heydər Əliyev Mərkəzi İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli Sərəncamı əsasında yaradılıb. Mərkəz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideyasının dərindən öyrənilməsi, geniş təbliği, milli-mənəvi dəyərlərimizin yaşadılmasıməqsədilə fəaliyyət göstərir.

Yaşadığım ərazidə müasir şəhərsalma haqqında inşa

Ölkəmizdə müasir şəhərsalmanın ən böyük uğurlarından biri də “Bakı Ağ Şəhər” layihəsidir. O,  Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilib. Layihə beynəlxalq arenada professionallar arasında ən genişmiqyaslı şəhərsalma layihəsi kimi təqdim olunub.

“Bakı Ağ Şəhər” “Cityscape Global” sərgisində “Ən yaxşı şəhərsalma layihəsi” nominasiyası üzrə mükafata layiq görülüb. Layihə, həmçinin “MIPIM Asia Awards 2011” müsabiqəsində də “Mərkəzi və qərbi Asiyanın ən yaxşı gələcək layihəsi” nominasiyasında mükafat alıb. Təkcə layihə deyil, eyni zamanda ayrı-ayrı binalar da Avropa və Asiyada keçirilən beynəlxalq sərgilərdə mükafatlara layiq görülüblər.

Bakımız müasir olduğu qədər həm də qədimdir, tarixidir. Müasir Bakı bizim qürur mənbəyimiz, qədim Bakı isə maddi-mənəvi mirasımızdır.

 Hər daşı tarix olan qədimi Bakı küçələri, İşərişəhər, Qız qalası və digər tarixi yerlər  müasir tikililərlə ahəng içindədir. Xarici turistlər də Bakıda qədimliyin və müasirliyin ahəngindən heyran olurlar.   Təəssüf ki, bəzi tikinti şirkətlərinin mənfəət naminə tez-tələsik inşa etdiyi səliqəsiz binalar bu ahəngi pozur. Bu da şəhərin gözəlliyinə xələl gətirir.

Əlbəttə, müasir dövrdə və dövlətdə yaşayırıq. Ancaq şəhərsalma zamanı qədim binalarımız yenilərin kölgəsində qalmamalıdır. Axı Qadim Bakımız həm də tarixi əsərdir və keçmişdən mirasdır.  Və ata-babalarımızdan qalan bu miras istənilən mənfəətdən daha böyük və dəyərlidir.   Qədim Bakımızı qorumaq və bu əmanəti gələcək nəsillərə sağlam bir şəkidlə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.

Bənzər mövzular:

Axtarış sözləri: yaşadığım ərazidə müasir şəhərsalma haqqında inşa,yasadigim erazide sehersalma,yasadigim erazide muasir sehersalma melumat

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.3 / 5. Səs sayı: 23

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir