Səyyahlar Azərbaycana gəlir esse

məşhur səyyahlar haqqında məlumat,səyyahlar azerbaycana gelir esse,səyyahlar azərbaycana gəlir esse,səyyahlar kəşflər azərbaycan,seyyahlar azerbaycana gelir haqqinda esse,səyyahlar azərbaycana gəlir haqqında esse

Sponsor

3
(2)

Bu məqalə “Səyyahlar Azərbaycana gəlir  mövzusunda esse yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

GİRİŞ

Azərbaycan şərqlə qərbin qovuşduğu, böyük ticarət yollarının keçdiyi tarixi bir ərazidə yerləşir. Yurdumuz fərqli və zəngin mədəniyyətə, özünəməxsus adət-ənənələrə sahibdir. Bu da əsrlər boyu Azərbaycana dünyanın dörd bir tərəfindən səyyahların gəlməsinə, buranı araşdırıb öyrənməsinə səbəb olmuşdur.

ƏSAS HİSSƏ

Azərbaycanın zəngin təbii sərvətlər diyarı olması barədə tarixçilər, salnaməçilər və səyyahlar maraqlı məlumatlar verib. Ölkəmizin qədim və orta əsrlər dövrünə aid zəngin təbiəti, özünəməxsus mədəni zənginlikləri Azərbaycana səfər edən səyyahların və salnaməçilərin diqqətini özünə cəlb edib. Azərbaycanda olmuş müxtəlif ölkə səyyahları öz əsərlərində və qeydlərində burada təbii sərvətlərdən istifadəyə və təbii ətraf mühitin real vəziyyətinə də toxunublar.
Görkəmli türk səyyahı Övliya Çələbinin (1646-1666) Azərbaycanda keçirdiyi günlərini “Səyahətnamə” adlı kitabında qeydə almışdır. Kitabda XVII əsr Azərbaycanının tarixi, coğrafiyası, ölkədəki siyasi durum, əhalisi, onun məşğuliyyəti, məişəti barədə dəyərli bilgilər öz yerini tutur. Övliyanın səyahət yolu qədim Azərbaycan torpaqlarından – Urmiyədən başlamış Naxçıvan, İrəvanı keçməklə, Təbrizə, Bakıya uzanır.
Azərbaycan qiymətli balıq sərvəti ilə keçmişdən dünyada tanınıb. Hələ X əsrdə coğrafiyaşünas-səyyah İbn-Haqvəl yazırdı ki, Kür və Araz çaylarının hər ikisinin suyu içməli və yüngüldür.
İtalyan səyyahı Marko Polo (XII əsr) Xəzər dənizində balıqlarla zəngin olduğunu qeyd edir: “Bu dənizdə, çayların ağzında çoxlu balıq olur. Nərə balığı, qızıl balıq və başqa böyük balıqlar çoxdur”.

X-X əsr ərəb səyyahları İstəxri və İbn Haqvəl Azərbaycanın ixracatında mühüm əhəmiyyətə malik nadir “qırmız” adlı boyaq məhsulu barədə maraqlı məlumatlar var. Səyyahlara görə, bu qəribə həşərat təbii boyaq alınmasında yaxşı xammaldır. Həmin həşərat növləri Kürün dənizə töküldüyü yerin qarşısındakı və Xəzər dənizində yerləşmiş adalarda çox olur. Onlar Bərdə ərazisində də qeyd edilib.
XIII əsr flamand səyyahı rahib Rubrik Vilehelm Kür çayında “əla qızıl balıqlar olduğunu” bildirmişdir.
XIV əsrin birinci yarısında Şərqdə katolikliyi yaymaq məqsədilə fransız missioneri rahib Juirden Katalani Azərbaycana da gəlir. O, qeydlərində Bakını və onun neft mənbələrini də xatırlayaraq Bakı neftinin müalicəvi xassələrini göstərir.

XIV-XV əsrlərdə yaşamış Şərqin tanınmış səyyah, coğrafiyaşünas və astronomu Əbdürrəşid Bakuvi Azərbaycanın təbii şəraitindən, onun son dərəcə zəngin maddi nemətlərindən bəhs edərək çoxlu məlumatlar verib. Məsələn, Güney Azərbaycanda müalicəvi əhəmiyyətli isti və soyuq mineral suların, əkinə yararlı torpaqların və bol su sərvətinin, faydalı qazıntılardan mis, dəmir, malxit, göydaş, lazurit və s. olduğunu qeyd edir. O, eyni zamanda Quzey Azərbaycanın təbiətindən bəhs edərək, öz doğma şəhəri Bakı və Abşeron haqqında çoxlu məlumatlar verib. Bakıda güclü küləklərin əsməsindən danışan müəllif qeyd edir ki: “Bakı neft mədənləri və qətranın olması ilə məşhurdur. Ona görə, burada ildə 200 dəvə yükündən çox neft çıxarılır.”

Səyyahlar Azərbaycana gəlir esse

sponsor 3


Bakı ətrafı təbii sərvətlərə toxunan Ə. Bakuvi yazır: “Orada ardı-arası kəsilmədən gecə-gündüz ağımtıl yasəməni rəngdə ağ neft çıxır. Bu püskürmə mənbəyinin yanında torpağa bənzər bərk maddə var. O şam kimi yanır. Ondan parçalar kəsib şəhərə aparır, evləri və hamamı qızdırmaq üçün istifadə edirlər. Şəhərdən bir fərsəng məsafədə heç vaxt sönməyən alov yanır. Bu, təbii qazdır. Bu alovun yanında yerləşən kəndin əhalisi əhəng daşını yandırır və miniklə şəhərə gətirir. Buradakı duz gölündən duz istehsal edilir və başqa ölkələrə göndərirlər”. Azərbaycanın faydalı qazıntı yataqlarının bol olduğunu digər qaynaqlar da təsdiq edir.

Ə. Bakuvi indi yalnız qoruq ərazisində saxlanan ceyranların bu adada böyük sürülərini xüsusi qeyd edir: “Orada çoxlu ceyran var, bu qədər ceyran heç yerdə yoxdur”. O, Azərbaycanın ayrı-ayrı bölgələrinin təbiətinə də diqqət yetirib.
Muğan düzünün təbii otlaqlarının, çəmənliyin çoxluğu da Bakuvi tərəfindən diqqətdən yayınmayıb. Naxçıvanın təmiz havası, şəfalı suyu barədə məlumat verən səyyah burada sıx meşə örtüyündən danışır.
Məşhur Rus səyyahı və tacir Afanasi Nikitin (XV əsr) “Üç dəniz arxasına səyahət” adlı kitabında da Bakıdan bəhs edib. O yazır ki, “Dərbəndə getdim, Dərbənddən Baka, o yerə ki orada heç vaxt alov sönmür”. Nikitin həmçinin Şirvan hökmdarı Fərrux Yaşar və Ağ Qoyunlu hökmdarı Uzun Həsən ilə görüşünü də qeyd etmişdir.
XVII əsr alman səyyahı, görkəmli alim Adam Oleari Muğan düzü ilə bağlı maraqlı müşahidələrinin birindən qeyd edir: “Biz, bir neçə böyük sürü-tabun vəhşi heyvan gördük. Türklər (azərbaycanlılar) onu “ceyran”, farslar isə “ahu” adlandırırlar. Bu heyvanlar görünüşcə demək olar ki, maral kimidirlər. Lakin, rəngləri qırmızıdır və buynuzları çıxıntılı deyil, keçi buynuzları kimi arxaya yatıqdır. Çox bərk qaçırlar. Deyirlər ki, ceyranlar ancaq Muğanda, həmçinin Şamaxı, Qarabağ və Marağa tərəflərdə olur”.

Bir çox səyahətçinin qeydlərində – E. Kempfer (XVII əsr), S. Qmelin (XVIII əsr), P. I Lerx (XIX əsr) – Şirvanşahlar saray kompleksi qeyd olunur. Avropalı səyyahlar E. Kempfer, P.Vilot və başqaları atəşpərəstlərin Suraxanıda yerləşən Atəşgah məbədindən də bəhs ediblər.
XV əsrdən başlayaraq Bakı intensiv inkişaf etməyə başladı və ən əhəmiyyətli Xəzəryanı şəhərlərdən birinə çevrildi. Qərbi Avropa səyyahları – Venesiya Ticarət evinin nümayəndələri Ambrozio Kontarini, İosafat Barbaro, Katerino Dzeno, həmçinin İspan diplomatı və səyahı Rüyi Gonzalez de Klavixo – Bakıda olmuşlar və Bakı, Xəzər dənizi haqqında qeyd kitablarında yazmışlar.

NƏTİCƏ:
Göründüyü kimi, tarix boyu yurdumuz müxtəlif səyyahların diqqət və maraq mərkəzində olmuşdur. Təbbi və mədəni zənginliyimiz, əlverişli coğrafi mövqedə yerləşməyimiz dünyanın hər tərəfindən Azərbaycana səyyahların axın etməsi ilə nəticələnmişdir. Bu gün də Yurdumuz özünəməxsusluğu ilə dünyanın diqqət mərkəzindədir və bura hər il yüzminlərlə turist səyahət edir, zəngin mədəniyyətimizi öyrənirlər.

Bənzər mövzular:

Axtarış sözləri: məşhur səyyahlar haqqında məlumat,səyyahlar azerbaycana gelir esse,səyyahlar azərbaycana gəlir esse,səyyahlar kəşflər azərbaycan,seyyahlar azerbaycana gelir haqqinda esse,səyyahlar azərbaycana gəlir haqqında esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3 / 5. Səs sayı: 2

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir