Cəsarət haqqında esse 

Cəsarət haqqında esse 

Sponsor

0
(0)

Bu məqalə Cəsarət haqqında esse yazmağına yardım edəcək. İnşa sənə fikir vermək məqsədiylə yazılıb. Çalış ki, inşaya öz fikir və sözlərini də əlavə edəsən. Sonda şərh yazaraq öz düşüncələrini bizimlə paylaş.


GİRİŞ

Cəsarət hər insanın sahib olmadığı özəl bir keyfiyyətdir. O, ruhumuzun gücüdür.Cəsur insanlar tarix boyu hər kəs tərəfindən təqdir edilib, hörmət və sevgiyə layiq bilinmişdir.  


ƏSAS HİSSƏ

Cəsarət heç qorxmamaq deyil. Cəsarət bütün risklərə və qorxuya rəğmən cəsur seçimlər edə bilməkdir. Həqiqətən də cəsur insanlar qorxularını deyil, qəlblərini dinləyir, ona görə hərəkət edirlər. İnsan risk alıb cəsur seçimlər etdikcə cəsarəti, özünə inamı və hörməti daha artır. Qorxaq seçimlər isə insanın özünə inamına və hörmət hissinə xələl gətirir.  

Ancaq şüursuzca özünü hər təhlükəyə atmaq cəsarət deyil. Bu böyük ağılsızlıq hesab olunur. Hansı ki, biz bunu heyvanlarda görə bilərik. Bəzən insanlar arsız, həyasız olmaqla cəsur olmağı qarışdırırlar. Cəsarət müəyyən əxlaqi dəyərlər çərçivəsində cəsarətdir. Əgər orda bəşəri-əxlaqi dəyərlər yoxdursa, deməli bu cəsarətin deyil, arsızlığın nümunəsidir.  

Əslində hər insanın ruhunda cəsur olmaq potensialı vardır.Sadəcə insana sevgi göstərmək, ona özünü dəyərli hiss etdirmək lazımdır. Sevgi ilə böyüyən, dəyər görən insanlar daha iradəli, özünə inanan olduğundan, həmçinin həyatda daha cəsur da olurlar. 

Cəsur insanlar hər kəsin edə bilmədiklərini edə biləcək cəsarətə sahib olanlardır. Bizim qazi və şəhidlərimiz hər birimizə əsl cəsarət örnəyidir. Onların içlərində olan vətən sevgisi qorxularından üstün gəlmiş, gələcək nəsillər üçün özlərini fəda etmişlər. Ölümə meydan oxumaq hər kəsin cəsarət edə bilməyəcəyi bir şeydir.  

sponsor 3

Ancaq cəsur olmaq sadəcə ölmək və öldürməkdən ibarət deyil. Bəzən haqsızlığa səs çıxarmaq, yalanın hakim olduğu bir yerdə həqiqəti demək də böyük cəsarətin göstəricisidir. Yəni, cəsarət yalnız döyüş meydanlarında ölçülmür. Xəyalındakı biznesi qurmaq üçün bütün risklərə rəğmən böyük pullar yatıran biznesmen də cəsurdur, cəsarətlidir. O, uğursuz olub pulunu itirə , ya da uğur qazanıb zənginliyini artıra bilər. Biznes dünyası qədər, elm dünyası da böyük cəsarət tələb edir. Bilinməyəni araşdırıb öyrənmək, yeni kəşflər və ixtiralar etmək, həqiqətin ardınca düşmək də böyük cəsarət tələb edir.  

Cəsarət daha uğurlu və xoşbəxt bir həyatın yoludur. Cəsur seçimlər insana hər zaman qazandırır: daha böyük müvəffəqiyyət ya da dəyərli həyat təcrübəsi. 

Dahi yazar Balzakın da dediyi kimi: 

“Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir.” 



NƏTİCƏ

İnamla ürəkdən gələn cəsarət birgə olduqda, insan dünyadakı hər şeyə meydan oxumaq iqtidarına sahib olur. Cəsur adamlar hər zaman tarix yazmağı bacarmış, öz cəsarətləri ilə tarixdə böyük iz qoymuşlar. Sən də qorxularını deyiI, ürəyini dinlə və həyatını gözəlləşdirəcək cəsur seçimlər et. Çünki, cəsarət gec-tez xoşbəxtlik gətirir, qorxular isə peşmançılıq.  


Bənzər mövzular:

Cəsarət haqqında esse 

Axtarış sözləri: cəsarət tələb edən esse,cəsarət haqqında esse,cesaret haqqinda essecəsarət esse,cəsarətli olmaq haqqında inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir