[quads id=7]
elm haqqinda insa,elm bir nurdur insa,elm haqqinda esse,elm haqqında inşa,elm tükənməz xəzinədir inşa,elmə aid inşa,elm haqda insa
3.6
(28)

Bu məqalə Elm  haqqında inşa yazmağınıza yardım edəcəkdir.
Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

İnsanlar tarix boyu ta qədimdən bilmədiklərini bilmək və həyatı anlamaqistəyib. Bilinməyənə olan maraq, arzu və həyəcan ilə ilk atalarımız dünyanı öyrənməyə başlamış, araşdıraraq və kəşf edərək yeni biliklərə qapı açmışdır. Bunun sayəsində zamanla elm yarandı və o qaranlığı aydınladan işıq kimi dünyamızı da işıqlığa çıxardı.

Elm meyvə verən böyük bir ağaca bənzər. Onun müxtəlif qolları və budaqları vardır. Fizika, Kimya, Riyaziyyat, Astronomiya və s. Hər budağın da özünəməxsus meyvəsi və dadı vardır. Elm adamları məhz onun böyüməsi və inkişafı, daha da ucalması üçün gecə gündüz çalışır, bir ömür sərf edirlər. İnsanlıq məhz onun kölgəsində böyüyüb inkişaf edir.

Elm bizə təbiətin minbir gözəlliyini, rəngarən və müxtəlif canlılar aləmini öyrədir. Məhz elmin sayəsində insan həyatı və özünü daha yaxşı dərk edir və tanıyır. Elm hər şeydən öncə bu suallara cavab axtarır:
Necə? Nə nə cür? Harda?

Bitmək bilməyən öyrənmək eşqi ilə elm insanları yeni ixtiralar və kəşflər etmiş, bütün bunların nəticəsində insanlıq daha bilikli, bacarıqlı və güclü olmağı bacarmışdır.

Gündəlik həyatda istifadə etidiyimiz bir çox məhsulu məhz elm bizə bəxş edib. İnternet, televizor, telefon, lampa,paltaryuyan, soyuducu, qatar, maşın, və s. bunun kimi minlərlə ixtira məhz elmin nailiyyətlərinin bir nəticəsidir. Bütün bunlar insanlığa daha yaxşı və rəhat həyat bəxş etmək üçün yaradılmışdır.Elm həm də xəstəliklərə dərman tapır, onları sağaldır, problmərimizə həll yolu axtarır. Elm olmasaydı insanlar daş dövründəki kimi mağaralarda yaşar və çox şeydən bixəbər olardı.

Elmin nə oluğunu mən məktəbdə öyrəndim.
Bir dahinin belə bir kəlamı var:
“Bütün elmlərin açarı sual işarəsidir.”
Günlərin bir günü mən də böyük maraqla müəllimimdən soruşdum:
-Müəllim, elm nədir?
O, belə cavab verdi:
“Elm ucsuz-bucaqsız böyük bir dəryadır. Onun suyundan içdikcə çox susayarsan.”
Bu cavab məndə daha da maraq oyatdı və sanki müəllimim bunu hiss edib izahat verdi

-Yəni ki elmin sonu yoxdur və o sonsuzdur. Bir ömür öyrənsən böyük sərvət qazanmış olarsan amma yenə də bilmədiklərin çox olacaq. Buna görə də peyğəmbərimiz buyurub:

“Beşikdən qəbrədək elm öyrənin.”

Müəllimin bu sözləri ilə elmə olan marağım daha böyüdü və evə gələn kimi internetdən elmi araşdırmağa, onu daha yaxşı tanımağa çalışdım.
Bu zaman öyrəndim ki, elm sadəcə bilikdən ibarət deyil. O, həm də xəyal gücündən ibarətdir. Ən böyük elmi ixtiralar xəyalpərəst insanlar tərəfindən ixtira edilib. Bu gün istifadə etidyimiz maşın, təyyarə, telefon kimi həyatımızı dəyişən kəşflər və ixtiralar vaxtilə sadəcə xəyal imiş. Bu gün isə dahi və xəyalpərəst elm adamları sayəsində gerçəkdir. Biz insanlar bu fədakar elm adamlarına borcluyuq.
Elmin sayəsində həm də Nikola Tesla, Albert Eynşteyn, İsak Nyuton, Aristotel və Pifaqor kimi böyük dahiləri tanıdım. Onların insanlıq üçün etdikləri məndə minnətdarlıq hissi oyadırdı.
Elm öyrənmək daim böyük heyrət , həyəcan və maraq hissi oyadır. İnsan öyrəndikcə anlayır nə qədər az şey bildiyini. Buna rəğmən insan öyrəndikcə daha çoxunu bilmək istəyir.
Bir dəfə babamla dərs barəsində söhbət edərkən belə dem işdi:
“Mənim ağıllı balam, Elm, ən uca sənətdir. Onu öyrənmək insanın özünü də ucaldar. Elm öyrənən hər kəs elm adamı olmaz, ancaq həmişə adam olmağı bacarar. Elmli insan yaxşını pisdən, yanlışı doğrudan həmişə ayırmağı bilər. Elm onun dostudur, dayağıdır.”
Bu sözləri artıq böyüdükcə daha yaxşı anlayıram. Və görürəm ki, elmə sahib insanlar həmişə və hər yerdə böyük hörmət sahibirdlər. Həm də bunu anladım ki, elmli olmaq insanı hörmətli, dəyərli və güvənilən bir şəxsiyyət edir. Belə insanlarla hər kəs söhbət etmək və nəsə öyrənmək istər. Tam da bu anda məşhur bu kəlamı xatırladım:

Elm bir xəzinədir,nə qədər sərf edərsən,o qədər artar.

Elm haqqında inşa

Minbir sirrlərlə və möcüzələrlə zəngin olan bu həyatda yaşayırıq. Və Elm bilinməz möcüzələri bilinən, gizli sirrləri aşikar edir. Mən də böyüdükdə elmlə məşğul olmaq, həyatı kəşf etmək və insanlığa fayda vermək istəyirəm. Kim bilir bəlkə də bunları yazan, gələcəyin məşhur elm adamlarından biri olacaq.

Bənzər mövzular:

Elm Haqqında Atalar Sözləri
Elm və Təhsil Haqqında Aforizmlər
Elm nədir?

Axtarış sözləri elm haqqinda insa,elm bir nurdur insa,elm haqqinda esse,elm haqqında inşa,elm tükənməz xəzinədir inşa,elmə aid inşa,elm haqda insa:

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.6 / 5. Səs sayı: 28

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir