[quads id=7]
mən müəllim olmaq istəyirəm inşa,mən böyüyəndə müəllim olmaq istəyirəm inşa,müəllim haqqında inşa,müəllim haqqında esse,mənim sevimli müəllim inşa,muellim haqqinda insa
3.5
(35)

Bu məqalə “Mən böyüyəndə Müəllim olmaq istəyirəm  mövzusunda inşa yazmağınıza yardım edəcəkdir.Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

Müəllimlik mənim üçün ən doğma və əziz peşədir. Böyüyəndə mən də şagirdləri tərəfindən sevilən, onların gözəl gələcəyə sahib olması üçün davamlı çalışan fədakar bir müəllim olmaq istəyirəm.
Hələ məktəbə ilk addımları atdığım gündən yeni biliklər öyrənməyi və bildiklərimi insanlarla paylaşmağı sevmişəm. Öyrənmək və bunu başqalarına öyrədə bilmək məni həmişə məmnun edib və özümü dəyərli hiss etdirib.
Bilirəm ki, bu peşəyə olan sevgimi izah etməkdə sözlər belə aciz qalar. Ancaq onu deyə bilərəm ki, bu peşəyə olan sevgiimin yaranmasında müəllimlərimin də əvəzolunmaz rolu var. Bəlkə də onlar olmasaydı, müəllimliyi bu qədər sevməzdim.

Yadımdadır, müəllimim bir dəfə bizə demişdi:

“İnsan sevdiyi işi görərsə bir ömür xoşbəxt olar. Siz də sevdiyiniz işi tapmalı və onunla birgə xoşbəxt yaşamağı bacarmalısız.”

Məncə də insan sevdiyi işi görərək daha mənalı və gözəl bir həyat yaşayır. Mən də belə bir həyatı yaşamaq istəyənlərdən biriyəm.
Müəllimim həm də bizə dost kimi arxa dayaq durur, çətin gündə dəstək olur , yeri gəldikdə bir ana kimi şəfqət və sevgi göstərir. Ö bizlərə öz doğma övladları gözüylə bağır və bizim parlaq gələcəyimiz üçün əlindən gələni edir. O, şagirlərinə ürəkdən bağlıdır. Müəllimim həm də, öz şagirdləri ilə empati qurmağı, özünü onların yerinə qoymağı çox yaxşı bacarır. O, mənim örnək aldığım ən böyük idealımdır. Mən də böyüdükdə onun kimi bir müəllim olmağı arzulayıram. Şagirdlərimlə həm dost kimi həm də bir ana kimi sevgi və qayğı göstərmək, onlara hər mənada dəstək olmaq istərdim. Şagirdlərimə təkcə yeni bilikləri deyil, həm də düşünməyi, xəyal etməyi və özünü inkişaf etdirmənin yollarını öyrədəcəm. Bilirəm ki, uşaqlar arasında çox çalışqan və zəkalı olanlar da olacaq, dəcəl və tənbəl olanlar da. Ancaq hər birinə qarşı xüsusi diqqət və qayğı ilə yanaşacaq, onların özlərini tanımasına, kəşf etməsinə yardım edəcəm. Şagirdlərimə qarşı həm dost, həm bir Ana kimi davranacaq, onların dərdlərinə də sevinclərinə də şərik olmağa çalışacam. Əgər belə bir müəllim olmaq mənə qismət olarsa, özümü dünyanın ən bəxtəvər insanlarında biri hesab edərəm.
Mənim sevmədiyim bir cəhət var ki, ətrafımda müəllim olmayan insanlara sırf vəzifəsi və pulu var deyə ona “Müəllim” deyə müraciət edirlər. Soruşsan bəlkə heç vurma cədvəlini də bilmir ancaq hər kəs ona müəllim deyir. Fikrimcə, bu əsl müəllimlərə və müəllimlik peşəsinə böyük hörmətsizlkdir. Özü də bu hörmətsizliyi böyük dediyimiz adamlar edir. Məncə nə qədər vəzifəsi və pulu olursa olsun, o şəxslər özləri müəllimə hörmət etməlidirlər. Lap Atatürk kimi. Çünki bilik və bacarıq, pul və vəzifədən daha önəmlidir. Pul və vəzifəni itirə bilərsən. Ancaq bilik və bacarıq hər zaman səninlədir. Nə qədər paylaşsan belə azalmır. Hətta artır və daha dəyərli olur.

Mən böyüyəndə Müəllim olmaq istəyirəm

men boyuyende muellim olmaq isteyirem insa muellim haqqinda 1
Mən böyüyəndə Müəllim olmaq istəyirəm


Məncə bir müəllimin ən böyük uğuru budur: Parlaq gələcəcəyə sahib uğurlu və vətənpərvər gənclər yetişdirmək. Bu onun üçün ən böyük qürur mənbəyidir.
Atatürkün də dediyi kimi:

“ Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər.”

Bu kəlamı çox sevirəm və hətta istərdim ki, gələcəkdə bu sözü çərçivə edib öz məktəbimin divarına vuraq.
Həqiqətən də müəllim həyatımıza işıq tutur. O göstər bizə ki, nə yaxşıdır nə pis, nə doğru nə yanlış. Onun sayəsində biz özümüzü və dünyamızı daha yaxşı tanıyırıq. Ana və Atalara borcu olduğumuz kimi, müəllimlərə də borcuyuq. Və bu borcu yalnız bir şəkildə ödəyə bilərik:
Vətənə layiq savadlı, bacarıqlı və uğurlu bir gənc olmağı bacaraq.

İnşamı dahi şairimiz Bəxtiyar Vahabzadənin gözəl şeiri ilə bitirmək istəyirəm:

Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.
Əkdiyin ağacların
Gülü, çiçəyi solmaz.
Dünyada sənin kimi
Barlı bağban tapılmaz.

Bənzər mövzular:

Axtarış sözləri: mən müəllim olmaq istəyirəm inşa,mən böyüyəndə müəllim olmaq istəyirəm inşa,müəllim haqqında inşa,müəllim haqqında esse,mənim sevimli müəllim inşa,muellim haqqinda insa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.5 / 5. Səs sayı: 35

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir