Müəllimə Aid Gözəl Sözlər muellime aid sozler muellimler

Sponsor

4.3
(179)

Müəllimə Aid Gözəl Sözlər və Aforizmlər

Yer üzündə müəllimdən daha bir şərəfli peşə tanımıram.

—Sinoplu Diogen

 Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər. —Atatürk

 Müəllim keçmişin əmanətçisi, gələcəyin qurucusudur. — Naməlum

 Dərs deməyi sevən müəllimlər uşaqlara öyrənməyi öyrədirlər.

 Yaxşı müəllimlik düzgün cavab verməkdən daha çox, düzgün suallar verməkdir.

 Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir. M. K. —Atatürk

 Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. —Heydər Əliyev

 Bir müəllim əbədiyyətə hökm edən insandır. —Henri Bruks Adams

 Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır – müəllim, hakim və həkim. —Sokrat

 Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı. —Makedoniyalı İsgəndər.

 Müəllimliyin mahiyyəti öyrənməni cəlbedici etmək, bu fikrin başqa bir fikrə təsiri ilə qığılcım effekti yaratmaqdır. —Marva Collins.

 Müəllimə, Allaha və savadlı insana sədaqət hər kəsi zinətləndirər. —Çanakya

 Müəllim nə qədər ki, oxuyur, öyrənir o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür. —Konstantin Uşinski

 Mən çox şeyi müəllimlərimdən öyrəndim, daha çox şeyi yoldaşlarımdan, bundan da çox şeyi şagirdlərimdən öyrəndim.Konfutsi

 Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir. —Yan Komenski

 Pis müəllim şagirdlərə həqiqəti təqdim edir, yaxşı müəllim isə onu tapmağı öyrədir.[3]Adolf Disterveq

 Müəllimlərdən işgəncə görməyən həyatda zülm çəkər. — Naməlum

 Heykəltəraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də uşağın həyatında həmin rolu oynayır. —Jozef Addison

 Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələr öz özlərinə fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır. —Aleksis Karrel

 Yazıq o tələbəyə ki, müəllimini üstələyə bilməyib. —Leonardo da Vinçi

 Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil. —Onore de Balzak

 Müəllimlik dünyanın ən nəcib peşələrindən biri, bəlkə də birincisidir. Bağ bağbansız keçinə bilmədiyi kimi, bəşəriyyət də müəllimsiz keçinə bilməz…. Hünərli usta dəmirdən səbr ilə misri qılınc yona bildiyi kimi, yaxşı müəllim də kəctab millətdən xoşbəxt cəmiyyət hazırlayır. —Sultan Məcid Qənizadə

 Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. —Heydər Əliyev

 Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin. —Firidun bəy Köçərli

 Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək. —Heydər Əliyev

sponsor 3

 Öz peşəsini, tədris etdiyi fənni sevməyən müəllim, cisimsiz kölgə, yağışsız bulud, işıqsız çıraqdır. Elmini, tədris etdiyi fənni sevən, daim çalışan müəllim öz kökü üzərində bitən, öz şirəsi ilə bəslənən və buna görə daim artan, yaşıllaşan, çiçəklənən, bəhrə verən ağacdır. Yaxşı müəllim şagirdlərin şüurunu başqa çaylardan axıdılan sularla deyil, məktəblinin şüurunda gizlənmiş idrak bulağını açıb, onun suyu ilə sulayır. Müəllim əməkdə və geyimdə sadəliyin, fəaliyyətində gümrahlıq və əməksevərliyin, davranışda təvazökarlıq və gözəl əxlaqın, nitqdə danışmaq və susmaq sənətinin nümunəsi, ictimai həyatda ağıllılığın örnəyi olmalıdır. —Yan Komenski

5 Oktyabr Müəllimlər Günü Haqqında Məlumat

Müəllimə Aid Atalar Sözləri

 Ağac və müəllim öz barı ilə tanınır. – Atalar sözü

Müəllimin vurduğu yerdə gül bitər. – Atalar sözü

 Yaxşı şagird müəllimi olmayanda bilinər. – Atalar sözü

 Ən yaxşı müəllim də səhv edə bilər. – Atalar sözü

 Müəllimə bir ata kimi hörmət edin! -Ukrayna atalar sözü

 Ən yaxşı müəllim təcrübədir. – Atalar sözü

 Müəllimi üzə tərifləyərlər, dostu 
arxada, işçini işdən sonra. – Tai atalar sözü

 Müəllimlər sizin üçün qapını aça bilər, 
ancaq içəri özünüz girməlisiniz. – Çin atalar sözü


Həyat bir müəllim kimi

Həyat, çox müdrik bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər.

Eşq, vəzifədən daha yaxşı bir müəllimdir. Albert Eynşteyn

Zaman ən yaxşı müəllimdir, təəssüf ki, o öz şagirdlərini öldürür. Hektor Berlioz

Tənhalıq mənəvi yolla gedənin ən yaxşı müəllimidir. – Fəridəddin Əttar

Təcrübə tələbkar müəllim kimidir:əvvəlcə imtahana, sınağa çəkir, sonra öyrətməyə başlayır.

—Anonim

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.3 / 5. Səs sayı: 179

İlk səs verən sən ol!

x

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir