[quads id=7]

Vətən insan üçün niyə əzizdir haqqında esse

veten insan ucun niye ezizdir insa,veten insan ucun niye ezizdir haqqinda esse,vətən insan üçün niyə əzizdir haqqında esse,vətən insan üçün niyə əzizdir esse,veten insan üçün niye ezizdir esse,vətən insan üçün niyə əzizdir haqqında
3.4
(41)

Bu məqalə “Vətən insan üçün niyə əzizdir  haqqında esse yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın esseyə öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

GİRİŞ

Hər kəsə öz vətəni əzizdir. Bir Ana qədər əziz və doğma.  Eynən Azərbaycanım kimi. Bütün dünyanı dolansan da Vətən qədər  əziz diyar tapılmaz.  Çünki, o bizim Ana yurd yurdumuz, beşik yerimizdir.   

ƏSAS HİSSƏ

Vətən mənə əzizdir ona görə ki, mən burda doğulub dünyaya göz açmışam.  Gözümü açarkən ilk gördüyüm bir Anam olub, bir də Ana vətənim. Azərbaycanımın adı da, özü də əzizdir mənə. Həyata ilk addımlarımı məhz burda atıb, dünyanı tanımağa Vətəndən başlamışam.  İnsan Ana vətəndə dünyaya göz açır, onun çörəyi və suyu ilə bəslənir, qoynunda böyüyüb boya başa çatır.  

Mən sənin torpağından
Boy atmışam, vətənim…
Dirçəlmişəm, qalxmışam,
Dənli sünbül olmuşam.
Eşqini ürəyimdə
Yaşatmışam, vətənim.
Min nəğməli, min sözlü
Coşğun könül olmuşam.

 Vətəni bizim üçün əziz edən, həm də gözəl xatirələr və arzularımızdır. Ömrün ən gözəl  anları olan uşaqlıq çağlarını Vətəndə keçiririk. Arzu və istəklərimiz, xəyallarımız burda çiçək açıb bizim birgə böyüyür. Bir insanın vətənlə bağlı gözəl anları, xatirələri nə qədər çoxdursa, vətən onun üçün bir o qədər əzizdir.

Vətəni insan üçün əziz edən həm də onun doğmalarıdır.  Ana-ata, qardaş-bacı, dost tanış…Onlar bizim əzizlərimizdir. Ən gözəl münasibətləri, tanışlıqları, dostluqları burda qururuq.  Sevdiyimiz insanlar bizə vətəni daha da sevdirir və bu da vətəni bizə daha əziz, daha doğma edir.

İnsana sevdiyi hər zaman əziz gəlir. Mən də Vətənimi sevdiyim üçün o mənə əzizdir, müqəddəsdir. Vətəni sevmək ən ülvi hissdir. Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Nizami poeziyasını, Tusi elmini, Koroğlu cəngisini, Xətai qılıncını, qələmini, Babək cəsarətini, Nəsimi qətiyyətini, Üzeyir musiqisini, Səməd Vurğun şeiriyyətini sevmək deməkdir.

Hər insan vətəninə bağlıdır və onu əziz edən də məhz bu bağlılıqdır.. Tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və torpağına  bağlıyıq.  Məsələn:

Novruz bayramımız və onun maraqlı, əyləncəli  adətləri…
Özünəməxsusluğu ilə seçilən ləziz mətbəximiz..
Ecazkar təbiətimiz və bir-birindən gözəl bölgələrimiz
Bənzərsiz  muğamımız, tarımız, kamanımız..

Bunların hər biri mənim üçün əziz və doğmadır.

Vətən insan üçün niyə əzizdir haqqında esse

Vətəndə öyrənirik danışmağı, yazıb-oxumağı. sevib-sevilməyi. Bura bizim ilk həyat məktəbimizdir. Ana-ata və Vətən deməyi öyrənir, öz ürəyimizdən keçənləri ifadə etməyə başlayırıq. Sevmək nədir, sevilmək necə bir hissdir burda öyrənir insan  Dəyərli həyat təcrübələrimiz, bilik və bacarıqlarımız öncə burda formalaşır, inkişaf edir.

Vətən dünənimiz, bu günümüz və sabahımızdır. Keçmiş nəsillərimiz, dədə-babalarımız bu diyarda yurd salıb, yaşayıblar.  Onlar uzun illər bu torpaqlar mövcud olub, mədəniyyət inciləri qurub-yaradıb gələcək nəsillərə miras qoydular. Şəki xan sarayı, Qız qalası, Xudafərin körpüsü, Nizami məqbərəsi, Şirvanşahlar sarayı, Qobustan qayaları və adını çəkmədiyim onlarla belə tarixi əsər. Onlarla mənim aramda görünməz ancaq hiss dilən möhkəm tarixi bağlar vardır. Və hər biri mənə əzizdir, müqəddəsdir və hörmətə layiqdir.

Vətən həm də şəhidlərə görə əzizdir. O torpaqda ki insanın yaxınlarından, doğmalarından şəhidin yoxdursa, ora vətən kimi gəlməz insana. Bu torpaqlarda yaşayan hər kəs üçün şəhidlər də vətən qədər əzizdir.

NƏTİCƏ

Vətən- burdadır xəyallarım, sevdiklərim və bitib-tükənməz arzularım. Ona görə əzizdir hər daşı, hər torpağı.  O qədər əziz və doğmadır ki, ən gözəl qürbət diyarlar belə vətənin yerini verməz. Onun suyu,, havası, qonaqpərvər insanları, zəngin mədəniyyəti mənə doğmadır, şirindir.

Yer üzündə gəzsən bütün qitəni,
Göz oxşasa yeri, göyü, çəməni,
Cani-dildən sevəcəyik Vətəni,
Çünki Vətən müqəddəsdir, əzizdir.

Bənzər mövzular:

Axtarış sözləri: veten insan ucun niye ezizdir insa,veten insan ucun niye ezizdir haqqinda esse,vətən insan üçün niyə əzizdir haqqında esse,vətən insan üçün niyə əzizdir esse,veten insan üçün niye ezizdir esse,vətən insan üçün niyə əzizdir haqqında yığcam esse,vətən insan üçün niyə əzizdir haqqında inşa,veten insan ucun niye ezizdir haqqinda yigcam esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.4 / 5. Səs sayı: 41

İlk səs verən sən ol!

sponsor 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir