[quads id=7]

Jan-Fransua Şampolyon haqqında məlumat

şampolyon haqqinda melumat,jan fransua şampolyon haqqında məlumat,jan fransua şampolyon haqqinda melumat,jan fransua sampolyon vikipediya,jan fransua sampolyon haqqinda melumet
4
(1)

Jan-Fransua Şampolyon haqqında qısa məlumat

Jan-Fransua Şampolyon (23 dekabr 1790 – 4 mart 1832) – əslən fransız olan qədim yunan və latın ədəbiyyatı alimi, filoloq, şərqşünas və misirşünas.  Misir heroqlif yazısını tərcümə etmiş, Misir dili və mədəniyyəti ilə bağlı mühüm araşdırmalar aparmışdır   O,  Misirologiyanın atası hesab olunur.

Həyatı

Champollion, Fransanın Lot əyalətinin Fijak şəhərində anadan olub. O, bir neçə il Qrenoblda yaşayıb. Hələ uşaqlıqdan dillərə olan marağı və qeyri-adi istedadı ilə seçilirdi. 20 yaşında doğma fransızca ilə yanaşı, latın, yunan, ivrit, geez, sanskrit, avestan, pəhləvi, ərəb, suryani, xaldey, fars və çin dillərini bilirdi.  Hələ 16 yaşında ikən Qrenobl Akademiyasında Misir xristianlarının dili olan kopt dilinin qədim Misir dili olduğunu sübut etməyə çalışan bir məqalə təqdim etmişdi . O, 1824-cü ildə muzeyləri və şəxsi kolleksiyaları görmək üçün İtaliyaya getdi. 1826-cı ildə Luvr Muzeyinin Misir şöbəsinin müdiri oldu.

Elmi Fəaliyyəti

Şampolyon   1812-1815 və 1818-1821-ci illərdə Qrenobl Universitetində tarix professoru olub. Ona yeni kəşf edilmiş Rosetta daşındakı yazıların sirrini açmaq tapşırılmışdı. Şampolyon zatən Şərq dillərinə, xüsusən də kopt dilinə olan marağı ilə seçilirdi.   O, 1822-1824-cü illəri bu işə sərf etdi. Onun 1824-cü ildə yazdığı “Precis du systeme hieroglyphique” əsəri müasir Misirologiyanın bütün sahələrində ensiklopedik mənbə olmuşdur. O, Turin Kralı Siyahısının əhəmiyyətini də açıqlayıb.

Champollion, Kollec de Frans -da Misirologiya professoru oldu.Onun Misirşünaslığa böyük marağının əsas mənbəyi Napoleonun Misirə etdiyi səfər olmuşdur .

Jan-Fransua Şampolyon haqqında məlumat
Jan-Fransua Şampolyon haqqında məlumat

1820-ci illərdə Jan Fransua Rozetta Daşın üzərindəki heroqlif yazının sirrinini taparaq qədim Misir tarixi sənədlərinin tərcüməsinə yardım edir. Thomas Young və William Bankes tərəfindən dəyərli ilkin işlərə əsaslanaraq, Champollion 1824-cü ildə Rosetta Daşının hissələrini tərcümə edərək, Qədim Misirin Kopt dilinə bənzədiyini və yazı sisteminin fonetik və konseptual işarələrin birləşməsindən ibarət olduğunu göstərdi. Tədqiqatlarında Misir heroqliflərini təsnif etmiş,  onların siyahısını hazırlamış, dilin qrammatik sistemini izah  etmişdir.

Yazıları araşdırarkən, bir çox Misir sözləri kopt dilinə tərcümə edərək ,bu sözlərin qarşılığını oxuya bilmiş və bir çox heca işarələrinin fonetikasını başa düşmüşdür.
1828-1829-cu illər arasında Şampollion Piza Universitetinin şərq dilləri professoru İppolito Rosellini ilə birlikdə Misirə Fransa-Toskana birgə ekspedisiyasına rəhbərlik etdi. O, Nil çayının yuxarı axınına səyahət etdi və çoxsaylı abidələri , yazıları ətraflı araşdırdı. Ekspedisiya nətisəsində  topladığı məlumatlar əsasında  Monuments de l’Egypte et de la Nubie (1845) əsərini yazmışdır.  

Misirə elmi səfəri zamanı və ondan sonra işdən yorulan Şampolyon 1832-ci ildə 41 yaşında Parisdə vəfat etmişdir. Ölümündən sonra özü kimi arxeoloq olan böyük qardaşı Jak Cozef Şampolyon-Figeak onun bəzi əsərlərini nəşrə verir.

Qədim və sirli Misir tarixinin, onun dilininin və mədəniyyətinin öyrənilməsində Jan-Fransua Şampolyonun böyük rolu vardır.

Bənzər mövzular:

Axtarış sözləri: şampolyon haqqinda melumat,jan fransua şampolyon haqqında məlumat,jan fransua şampolyon haqqinda melumat,jan fransua sampolyon vikipediya,jan fransua sampolyon haqqinda melumet

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 1

İlk səs verən sən ol!