[quads id=7]

İbn Sina haqqında məlumat

ibn sina haqqında məlumat,ibn sina haqqinda melumat azerbaycanca,ibn sina haqqında melumat,ibn sina haqqinda esse,ibni sina kimdir,ibn sina haqda melumat
0
(0)

İbn Sina haqqında qısa məlumat

Tibb elminə bəxş etidiyi töhvələrə görə Qərb dünyası onu latınca “Avicenna” yəni, “Böyük Ustad” adlandırır.
Əsl adı Əbu Əli əl-Hüseyn İbn Abdullah İbn Sinadır. İslam dünyasında İbn Sina olaraq tanınır. O, təkcə tibb sahəsində deyil, fəlsəfə, riyaziyyat, kimya, fizika, geologiya, musiqi və astronomiya kimi sahələrdə özünü doğrultmuş və gələcək nəsillərə ilham verəcək əsərlər yaratmışdır.İbn Sina öz dövrünün böyük alimi və islam dünyasının əsas mütəfəkkirlərindən biri hesab olunur. Bəzi tarixçilərə görə fars əsilli, bəzilərinə görə də türk əsillidir. Elm dünyasına bəxş etdiyi kəşf bir çox titullar qazanmışdır: Hüdcətül-Haqq (həqiqət carçısı), Şeyx-ur-Rəis (böyük, müdrik), Harami buzurq (dahi təbib), Şərəf-ül-Mülk (ölkənin ən şərəfli insanı) və s.

İbn Sina kimdir? Bioqrafiyası

Təxminən 980-ci ildə Buxara yaxınlığındakı Əfşan adlı kəndə dünyaya gəlib. Bu yer Mərkəzi Asiyada Özbəkistanın ərazisində yerləşir.

İbn Sina haqqında məlumat


10 yaşında Quranı əzbər bilən İbn Sina ibtidai təhsilini Samanilər imperiyasında alim olan atasından almışdır. Tibb təhsilini isə 16 yaşında Kuşyar adlı həkimdən alan Sina buranı 2 il kimi qısa müddətdə bitirmişdir.
Bu dövrdə Buxara sultanı xəstələnir və məhz 17 yaşlı İbn-i Sinanın müalicəsi ilə sağalır. O, bunun sayəsində saray kitabxanasından istifadə etmək imkanı əldə etdi. Cəmi 19 yaşında ikən həkim adını qazanan İbn Sina xəstələri pul ödəmədən müalicə edirdi. İki il sonra, 21 yaşı olanda atasını itirdi. O, elə bu yaşda olarkən, bütün Mədrəsə şöbələrində usta birinə çevrilmişdi. İbn Sina 23 yaşında ikən Samanilər sülaləsinin hakimiyyəti sona çatdı. Bu hadisədən sonra İbn Sina bir sıra problemlərlə üzləşdi. O, Qəznəli Mahmudun himayəsinə keçmək xahişini qəbul etmədi. Bundan sonra o, qərbə doğru köç edərək Ürgənc şəhərinə getdi. Bu şəhərə gəldikdən sonra Mərv, Nişapur və Xorasana qədər bölgələri bir-bir araşdırdı. Bu araşdırmalar zamanı xəstələnən İbn Sina Xəzər dənizinin sahilindəki Qorqan bölgəsində dostunun yanında məskunlaşır. Bu dövrdə o, ” Təbabət elmininqanunu” kitabını yazdı. İbn Sinanın İsfahan valisi ilə yaşaması Həmədan əmirini narahat etdiyi üçün Böyük Ustadı, həbsə məhkum etdi. Müharibənin sonuna qədər həbsdə olan İbn Sina bu dövrdə çox səfalət və məşəqqət içində yaşamışdır. Həbsdən sonra Həmədan əmirinin yanında işləməyə məcbur edilməsindən narazı olan İbn Sina plan qurur. Qardaşı, iki tələbəsi və iki köləsi ilə birlikdə şəhərdən maskalanıb qaçırlar. Tutulmaq qaçmağı bacarırlar və İsfahan şəhərinə çatırlar.

O, yeni həyatında 10 il Əbu Caferin yanında alim kimi çalışır. Bu dövrdə o, həkim və alim kimi fəaliyyət göstərməklə yanaşı, müharibələrdə də iştirak etməyə başlamışdı. Həmədan səfəri zamanı qarnında şiddətli ağrılar var idi və ayaq üstə durmaqda çətinlik çəkirdi. Onlar Həmədana çatanda ağrı və iztirabdan yatağından çıxa bilmədi. Bu arada İbn Sina, böyük fəzilət göstərmiş və bütün var-dövlətini kasıblara bağışlamışdır. O, qullarına azadlıq verirdi.

İbn Sina Haqqında Az Bilinən Maraqlı məlumatlar

  • Fransada Paris Tibb Fakültəsinin binasında İbn Sinanın portreti asılıb.
    Ayda bir kraterə İbni Sinanın adını verilmişdir.
  • Bir çox ölkələr insanlığa verdiyi töhfələrə görə onun adına sikkələr, zərflər, markalar və medalyonlar buraxdılar.
  • Dante Alighieri 14-cü əsrdə yazılan və klassika çevrilən məşhur “İlahi komediya” pyesində İbn Sinanın adını da daxil etmişdi.

İbn Sina və Tibb

İbn Sin müalicə zamanı xəstənin bədənini başdan ayağa müainə edir, qaraciyəri və dalağı əli ilə yoxlayırdı. Həmçinin döş qəfəsini və ürəyini dinləyir, nəbzinə baxırdı. O, xəstələri müayinə edərkən onların xarakter və xasiyyətinə, həyat tərzinə, qəbul etdiyi qidalara xüsusi diqqət yetirir, hərəkət və davranışlarına fikir verirdi. Fəaliyyəti dövründü qanın qida daşıyan maye olduğunu öyrəniş, şəkərli diabetdə sidikdə şəkərin olmasını və bəzi xəstəliklərin irsi ola biləcəyini kəşf etmişdir. Bir çox xəstəliklərin təməlində gözəgörünməz mikrobların səbəbkar olması fikrini ilk İbn Sina irəli sürmüşdür.

Qan dövranını kiçik və böyük qan dövranı olmaqla 2 yerə ayırmış və ürək-damar sistemlərinin öyrənilməsinə töhvə verdi.
Skarlatina, qarayara və sarılıq, həmçinin mədə xorası və xərçəng kimi xəstəlikləri tədqiq etmiş və öyrənmişdir. Həmçinin əməliyyat zamanı xəstələrə narkoz verilməsini İbn Sina təklif etmişdir.. Sina gözlərə də böyük maraq göstərmiş və anatomiyasını araşdırmışdır.

İbn-i Sinanın “ Tibb elminin qanunu” əsəri XVII əsrin ortalarına qədər tibb elminin əsas əsəri kimi Avropa universitetlərində tədris olunmuşdur. Bu əsərə həkimlik dövründə həyata keçirdiyi tibbi araşdırmalar, əldə etdiyi təcrübə və nəticələr,xəstəyə diaqnozun qoyulması və davranış tərzləri daxildir.
Şərq ölkələrində isə 19-cu əsrə qədər yazılmış “əl-Kânun fî’t-Tıb” (Tibb qanunu) ensiklopedik əsəri tədris edilmişdir. Bu əsər 1516-1574-cü illər arasında Avropada 60 dəfə nəşr olunur. 1700-cü illərin ortalarına qədər Avropa və Şərqdə ən mühüm tibb dərsliyinə çevrilən bu əsər 5 cilddən ibarətdir:

Anatomik və profilaktik tibb (1-ci cild),
Sadə dərmanlar (2-ci cild)
Patologiya (3-cü cild)
Dərman və cərrahi üsullarla müalicə (4-cü cild)
Müxtəlif dərman preparatları haqqında ətraflı məlumat(5-cil cild)
Onun ixtira etdiyi tibbi alətlər bu gün də müasir tibbdə təkmilləşdirilib istifadə olunur.Xüsusilə də, cərrahiyə alətləri ilə

Bənzər Mövzular:

İbn Sina və Fəlsəfə

ibn sina haqqinda melumat azerbaycanca ibn sina haqda 1
İbn Sina haqqında məlumat

Fəlsəfə təhsili alan Sinanın həyat və yaradıcılığına əsas təsir edən Aristotel və Fərabi olmuşdu. İbn Sina Fəlsəfəni 2 əsas qrupa ayırdı: nəzəri və praktiki.

“Əməli şeylərdən danışan, həm bilməyimiz, həm də tətbiq etməyimiz tələb olunan hikmətə isə “praktik hikmət” deyilir”
Varlıqlardan bəhs edən, tətbiq etməyimiz deyil, öyrənməyimiz tələb olunan hikmət (fəlsəfə) “nəzəri hikmət” adlanır”. O, Nəzəri fəlsəfənin özünü də üç yarımbaşlığa ayrdı:
təbiət elmləri (aşağı elmlər), riyaziyyat (orta elmlər) və metafizika (ali elmlər). Sinaya görə ağıl tez-tez düşüncələrə dalır və ruha düşünmək qabiliyyəti qazandırır..

“Əməli şeylərdən danışan, həm bilməyimiz, həm də tətbiq etməyimiz tələb olunan hikmətə isə “praktik hikmət” deyilir”
Sinaya görə varlıq üçə bölünür:
1) Mövcud olan və sonra ölən varlıqlar (canlılar),
2) Olmalı olan və zəruri varlıq (kainat),
3) Həmişə ehtiyac duyulan əbədi varlıq (Allah).
O, Platonun idealizmi ilə Aristotel fəlsəfəsini uzlaşdıraraq ağıl haqqında bir fikrlər irəli sürmüş və nəzəriyyələr yaratmışdır.

İbn Sina və Fizika

O, fizika dünyasına “Kasr-i Mey” (hərəkət etmək istəyi) anlayışını gətirdi. İbn Sinanın fikrincə, cisim maneə törədən cisimlə qarşılaşmasa, həmişə hərəkət edə bilər. Kasr-i Mey anlayışı qərb dünyasına “İmpetus” adı ilə tanınır. O, əsərlərində hərəkətə və dinamik mövzulara diqqət yetirməklə yanaşı, işığın havada hərəkəti ilə də maraqlanırdı. İbn Sinaya görə görmə kənardan gözə gələn işıqların hərəkəti əsasında mümkündür.
O, yeniyetməlik illərində Aristotelin “Metafizika” əsərini oxumuş və mexanika ilə maraqlanmışdır. Bəzi cəhətlərdən Aristotelin hərəkət anlayışını tənqid etmişdir. Aristotel, cismi hərəkət etdirən qüvvə ilə cisim arasındakı toxunma yox olduqda, cismin hərəkətini davam etdirməsini təmin edən amilin şərait, yəni hava olduğunu bildirirdi. Ariistotelə görə müqavimət qüvvəsi və cismin daşıması havanın sayəsində mümkün olurdu.
İbn Sina bu fikirlərlə razı olmamış və apardığı müşahidələr nəticəsində hava ilə küləyin güclərini müqayisə etmişdir. Aristotelin haqlı ola bilməsi üçün havanın şiddətinin küləyin şiddətindən daha çox olması nəticəsini çıxarmışdır. Ancaq bir ağacın yaxınından ötüb keçən bir ox, ağaca dəymədiyi müddətcə, ağacda və yarpaqlarında ən xırda bir tərpənmə meydana gətirmədiyi halda, külək, ağacları silkələməkdə və hətta kökündən qopara bilməkdədir. Elə isə havanın şiddəti cisimləri daşımaq üçün kifayət deyil.

İbn Sina və Kimya

O, fizika və tibb sahələri ilə birgə həm də kimya üzrə çoxlu tədqiqatlar aparmışdır. Astrologiya və əlkimyaya güvənmirdi Dəyişilmə nəzəriyyəsinin doğru olub-olmadığını apardığı təcrübələrlə tədqiq etmiş və doğru olmadığını isbat etmişdir. İbn Sinaya görə, hər element yalnız özünə xas keyfiyyətlərə malikdir və beləliklə daha dəyərsiz metallardan qızıl və gümüş kimi daha dəyərli metalların əldə edilməsi mümkün deyil.

İbn Sinanın əsas əsərləri
• Kitabu-Şifa (Şəfa kitabı)
• Əl-Qanun fit-tibb (Tibb qanunları)
• Əş-Şifa (“Sağlamlıq kitabı”),
• Ki¬ta¬bu’n- Nəfs,
• Ən-nicat
• Kitabü’l-Necat, İşarat ve’l-Tambihat (“Semptomlar və Xəbərdarlıqlar”).
• Risale fi-İlmü’l-Əhlak (“Əxlaq haqqında kitabça”)
• Əl-Hutub
• EdDustur-ut Tıbbi
Onun tibb ensiklopediyası (4 cildlik), fəlsəfəyə aid müxtəlif kitabları, astronomiya və metafizikaya aid əsərləri bütün dünyada məşhurdur. Qərb dövlətləri üçün İbn Sinanın əsərləri böyük maraq kəsb edirdi. Avropalılar bu əsərləri öz dillərinə tərcümə edir, məktəblərində tədrisə verir və bu əsərlərdəki bilgilər ilə yeni ixtiralar və kəşflər edirdlər.
Böyük ustad 1037-ci ildə Ramazan ayının səhər vaxtı dünyasını dəyişdi. O, 57 illik ömrü boyunca 200 kitab və 450 məqalə yazmışdır. Öz dövrünün universal və bənzərsiz bir alimi olan İbn Sina kəşf və ixtiraları elm dünyasında damğasını vurdu.

Axtarış sözləri: ibn sina haqqında məlumat,ibn sina haqqinda melumat azerbaycanca,ibn sina haqqında melumat,ibn sina haqqinda esse,ibni sina kimdir,ibn sina haqda melumat

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

sponsor 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir