[quads id=7]
sehidlere aid sozler sehidler haqqinda sozler sehid sozleri 2
3.8
(18)

Bastığın yerlərə torpaq deyərək keçmə, tanı:
Düşün altında minlərcə kəfənsiz yatanı.


Zəfəri bizə bəxş edən igid əsgərlərimiz salamlayır, qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Məkanınız cənnət, ruhunuz şad olsun Azərbaycan Əsgəri!

Vətənin yolunda ölən şəhidlər Ölmür, qovuşurlar əbədiyyətə.

Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur.

Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.

Bu torpaqlar tək bizə qədim atalarımız yox, həm də şəhidlərin əmanətidi…

Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,

Qazin rəşadətli, Şəhidin sanlı,
Bu zəfərin mübarəkdir, ey vətən!

Can fəda etdin ki, vətən yaşasın,
Bayrağa bürünüb ötən şəhidim.

Xatirən yaşayar daim, Şəhidim,
Sən candan keçdin ki, el zəfər çalsın.

Vətən üçün yaşadın və vətən üçün şəhadət şərbətini içdin; Sən torpağa deyil, ürəklərə basdırılmısınız.

Bizim üçün “Vətən” ürəkdən başlayır, “şəhidlik”lə bitir!

Bayraqları bayraq edən üzərindəki qandır. Torpaq uğrunda ölən varsa Vətəndir!

Şəhidlər də, zəfər də
Bu sevinc də kədər də
Bizimkidir ana yurd

Biz Şəhid qanıyla Zəfər toxuduq,
Hər ilməsi büllur, bədizi inci…

Halallıq ver bizə, şəhid qardaşım.
Halallıq ver bizə haram dünyada.

Minlər ilə şəhid görmək dəhşətdirsə,
Şəhidliyə vərdiş etmək daha dəhşət…

Şəhidlərə aid sözlər təsirli və gözəl

Şəhidlər gözlərdən axan yaşımız,
Şəhidlər ölməzlik rəmzidir bizə.
Şəhidlər tarixdə qan yaddaşımız,
Qanıyla yol cızıb hər birimizə.

Bənzər mövzular:

Cənnət qoxulu şəhidim, sən qanınla adını tarixə yazdın. AdIn milyonların yaddaşına həkk oldu. Bu tarix, bu vətən, bu millət səni unutmaycaq!

Nur üzlü şəhidim, rahat uyu, yat
Vətənin azaddır, torpağın azad
Qanınla yağıdan təmizlədiyin
Basmaz torpağına bir də yad ayaq.

Allaha çatmanın bir çox yolu vardır. Biz şəhidliyi seçdik. Şeyx Şamil

Şəhidlər duracaq, yurd azad olacaq! -Məhəmmədhüseyn Şəhriyar

sponsor 3

Şəhidlərin qanı ilə qızarmış torpaqda yeni lalələr bitir. – Mirzə İbrahimov

Şəhid olmaq sevinci hopur Vətən uğrunda can verənlərin baş daşlarına, kədər boy – boy ucalır yarımçıq ömürlərin doyurmadığı insan arzularında..- Əli Rzazadə

Güclərimiz birləşincə, Türkün gücü selə döndü,
Şəhidlərin al qanıyla torpaq qızıl gülə döndü.

Sən ki ölməmisən, sağsan, şəhidim,
Uca, əzəmətli dağsan, şəhidim.
Vətən də, anan da qoy fəxr eyləsin,
Hər zaman sən üzü ağsan, şəhidim.


Dastan deyib, dastan olan igidim,
Döyüşündə aslan olan igidim,
Şəhidliklə zirvə tutan igidim,
Ruhun cənnət, yerin olsun laləzar,


Axtarış sözləri: şəhidlər haqqında sözlər,şəhidlər haqqında statuslar,şəhidlər haqqında mənalı sözlər,şəhidlər üçün sözlər,şəhidlər haqqında aforizmlər,şəhidlərə aid sözlər,şəhidlərə aid mənalı sözlər,şəhidlərə aid statuslar,şəhid sözləri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.8 / 5. Səs sayı: 18

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir